Maksa taxmış qız, arxiv şəkli

TƏBİB uşaqların kütləvi yoluxması ilə bağlı səsyazısına münasibət bildirdi

40
(Yenilənib 11:07 01.02.2021)
Ümumdünya Səhiyyə Təşkilatının rəsmi açıqlamasına görə, yeni ştammın xəstəliyin ağırlıq dərəcəsinə təsir göstərməsi və bunun uşaqlar arasında daha geniş yayılmasına dair hər hansı fakt yoxdur.

BAKI, 1 fevral — Sputnik. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda uşaqların kütləvi şəkildə koronavirusa yoluxması ilə bağlı səs yazısına münasibət bildirib.

TƏBİB-dən verilən məlumatda deyilir:

""WhatsApp" vasitəsilə Azərbaycanda uşaqların kütləvi şəkildə koronavirusa yoluxması ilə bağlı səs yazısı yayılıb. İddialara görə, koronavirusun müalicəsi üçün nəzərdə tutulan xəstəxanalar uşaqlar üçün çarpayılarla təchiz olunub. Səs yazısında bildirilir ki, koronavirusun yeni ştammı daha çox uşaqlar arasında yayılır və ölümə səbəb olur.

Bununla əlaqədar bildiririk ki, Ümumdünya Səhiyyə Təşkilatının rəsmi açıqlamasına görə, yeni ştammın xəstəliyin ağırlıq dərəcəsinə təsir göstərməsi və bunun uşaqlar arasında daha geniş yayılmasına dair hər hansı fakt yoxdur. Yeni ştammın sadəcə yoluxmanın sürətini yüksəltməsi və bununla əlaqədar xəstə sayının artması istisna edilmir.

Ümumiyyətlə, sözügedən ştamm ölkəmizdə hələ ki, qeydə alınmayıb. Bu səbəbdən yayılan səs yazısı şayiə xarakterlidir və cəmiyyətdə ajiotaj yaratmaq məqsədi daşıdığına görə, araşdırılması üçün aidiyyəti orqanlara təqdim olunub. Məlumat üçün qeyd edək ki, hazırda əhalinin sağlamlığının etibarlı qorunması və koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə xəstəxanalarda müalicə prosesi sabit şəkildə davam edir.

Bu səbəbdən vətəndaşlarımızdan yalnız rəsmi məlumatlara inanmağı xahiş edir, ayrı-ayrı şəxslərdən isə cəmiyyətdə çaşqınlıq yaradan açıqlamalardan çəkinməyi tövsiyə edirik".

40

Azərbaycanda son sutkada 319 nəfər COVID-19-a yoluxub, 5 nəfər vəfat edib

11
(Yenilənib 15:16 03.03.2021)
Azərbaycanda indiyədək ümumilikdə 235 333 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 229 143 nəfər müalicə olunaraq sağalıb, 3 230 nəfər vəfat edib, aktiv xəstə sayı 2 960 nəfərdir. 

BAKI, 3 mart - Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 319 yeni yoluxma faktı qeydə alınıb, 161 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 235 333 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 229 143 nəfər müalicə olunaraq sağalıb, 3 230 nəfər vəfat edib, aktiv xəstə sayı 2 960 nəfərdir. 

Ölkədə son sutka ərzində 7 928, hazırkı dövrədək isə 2 618 808 test aparılıb.

11
Rusiyada koronavirusa yoluxanan xəstələrin müalicə aldığı hospital, arxiv şəkli

Rusiyada koronavirusdan ölənlərin sayı 87 mini keçdi

10
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 114,7 milyonu keçib, 2,54 milyondan çox adam isə virus səbəbi ilə ölüb.

BAKI, 3 mart — Sputnik. Son bir sutka ərzində Rusiyada 10 535 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 452 nəfər ölüb.

Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 4 278 750 –yə çatıb. Rusiyada pandemiya yayılandan 87 348 nəfər COVID-19-dan vəfat edib. Ölkədə bu virusdan sağalanların sayı 3 853 734 - ə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 114,7 milyonu keçib, 2,54 milyondan çox adam isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

10

Ağdam rayonunda mina partladı, vəzifəli şəxs yaralandı

0
Hadisə nəticəsində idarə rəisi ağır xəsarətlərlə xəstrəxanaya yerləşdirilib. Hazırda onun vəziyyəti ağır qiymətləndirilir

BAKI, 3 mart - Sputnik. Ağdam rayonunda idarə rəisi minaya düşüb.

Sputnik Azərbaycan Trend-ə istinadən bildirir ki, Ağdam rayonu Mexaniki Suvarma İdarəsinin rəisi Hafiz Əzizzadə rayonun işğaldan azad olunan Novruzlu kəndində xidməti vəzifəsini yerinə yetirərkən minaya düşüb.

Hadisə nəticəsində idarə rəisi ağır xəsarətlərlə xəstrəxanaya yerləşdirilib. Hazırda onun vəziyyəti ağır qiymətləndirilir.

0
Teqlər:
yaralı, partlayış, mina, vəzifəli şəxs, Ağdam, Qarabağ