CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda koronavirus: yoluxanların sayı dünənə nisbətən artıb

© Sputnik / Murad OrujovBakıda klinikaların birində koronavirus testi
Bakıda klinikaların birində koronavirus testi - Sputnik Azərbaycan
Abunə olmaq
Ölkədə yanvarın 30-da bir sutka ərzində 131 yeni yoluxma faktı qeydə alınmışdısa, bu gün bu rəqəm 153-ə yüksəlib. Ölüm sayında isə azalma var

BAKI, 31 yanvar - Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 153 yeni yoluxma faktı qeydə alınıb, 355 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.

İndiyədək ümumilikdə 2302219 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 223315 nəfər müalicə olunaraq sağalıb, 3132  nəfər vəfat edib, aktiv xəstə sayı 3772 nəfərdir.

Ölkədə son sutka ərzində 6330, hazırkı dövrədək isə 2408050 test aparılıb.

Xəbər lenti
0