Maska taxmış olan, arxiv şəkli

Azərbaycanda uşaqlar arasında koronavirusa yoluxma aşkarlanıb - EKSKLÜZİV

165
Allahverdi Musayev deyir ki, uşaqlar arasında virusa yoluxmadan sonra ağırlaşma olsa belə, ölüm halları indiyədək olmayıb

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 28 yanvar — Sputnik. "Azərbaycanda uşaqlar arasında koronavirusa yoluxma halları aşkarlanıb". Bu barədə Sputnik Azərbaycan-a eksklüziv açıqlamasında K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Allahverdi Musayev məlumat verib. O bildirib ki, COVID-19-a yoluxmaya 10 yaş üzərində uşaqlar arasında rast gəlinib. A. Musayevin sözlərinə görə, COVID-19 xəsəliyinə yoluxma xəstəxanaya başqa xəstəliklərlə əlaqədar müraciət edən uşaqlarda koronavirusa görə müayinə aparılarkən aşkarlanıb:

"Hansısa bir uşaq xəstəxanaya əməliyyat üçün gəldikdə bu sırada onda qarın ağrısı, qusma olduqda, eləcə də bağırsaq infeksiyası keçirdikdə, müayinələr aparılır. O zaman məlum olur ki, həmin uşaqda COVID-19 pozitivdir. Yaxud da müayinələr zamanı məlum olur ki, həmin uşaq artıq COVID-19 xəstəliyini keçirib. Bu zaman biz uşağın xəstəxanaya qəbul edilib-edilməməsi barədə qərar veririk".

A.Musayev deyib ki, Azərbaycanda 10 yaşın üzərində uşaqlarda koronavirusun ağırlaşması hallarına da rast gəlinib: "Virusun təsir etdiyi bir sindrom var. Virusu keçirdikdən sonra ürəkdə, böyrəkdə, bağırsaqda ağırlaşmalar olur, qaraciyər zədələnir. 

Ciyərin rentgeni, arxiv şəkli
© AP Photo / Jean-Francois Badias
Bu hallara çox nadir olsa da, rast gəlinir. Amma uşaqlar arasında virusa yoluxmadan sonra ağırlaşma olsa belə, ölüm halları indiyədək olmayıb. İndiyə qədər bizdə 10 yaşdan yuxarı 10-a qədər (12, 13, 14 yaş aralığında) uşaqda ağırlaşma qeydə alınıb. Onlar sağalaraq evə göndəriliblər. Düzdür, o uşaqlar ağır vəziyyətdə xəstəxanaya daxil olublar. Amma onlar sağalaraq evə buraxılıblar. Uşaqlar arasında koronavirusdan ölüm halı qeydə alınmayıb".

A.Musayev bildirib ki, immun sistemi zəif olan uşaqlarda virusa yoluxmanın ağırlaşacağı ehtimal olunsa da, praktikada buna çox rast gəlinmir.

165
Teqlər:
yoluxma, uşaq, Azərbaycan, Koronavirus, epidemiya, COVID-19
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər (411)
Sputnik V peyvənd, arxiv şəkli

Kiril Dmitriyev: "Rusiyanın rəqibləri "Sputnik V"-nin uğurundan qorxur"

10
(Yenilənib 22:53 26.02.2021)
"Rusiyanın düşmənləri bizə olan inamı sarsıtmağa çalışır, amma onlar Rusiya peyvəndini qaralamaq üçün çox səy göstərməli olacaqlar, çünki bu, dünyanın ən yaxşı peyvənd preparatlarından biridir".

BAKI, 26 fevral — Sputnik. "Rusiyanın "Sputnik V" koronavirus peyvəndinin əleyhdarları dünyada ona olan inamı sarsıtmağa çalışır, çünki bu ən yaxşı preparatlardan biridir və onlar bundan, sadəcə, qorxurlar" – bu fikri Rusiya Birbaşa İnvestisiyalar Fondunun (RBİF) rəhbəri Kiril Dmitriyev səsləndirib.

"Fikrimcə, söhbət yalnız "Sputnik V" peyvəndinin beynəlxalq səviyyədə tanınmasından deyil, dünyadakı liderliyimizdən gedir... Təvazökar, ancaq dürüst olmalıyıq. Dünyanın ən yaxşı peyvəndinə sahibik, bu, Rusiya alimlərinin böyük uğurudur, biz bununla fəxr etməliyik ", – deyə Dmitriyev Rusiya Tarix Cəmiyyətinin meydançasında bu ölkənin virusologiya tarixində liderliyinə həsr olunmuş sərginin açılışında bildirib.

"Rusiyanın düşmənləri bizə olan inamı sarsıtmağa çalışır, amma onlar Rusiya peyvəndini qaralamaq üçün çox səy göstərməli olacaqlar, çünki bu, dünyanın ən yaxşı peyvənd preparatlarından biridir. Onlar, sadəcə, bundan qorxurlar", – deyə RBİF rəhbəri vurğulayıb.

Qeyd edək ki, fevralın 2-də "The Lancet" elmi jurnalı "Sputnik V" koronavirusa qarşı peyvənd preparatının klinik sınaqlarının üçüncü mərhələsinin nəticələrini dərc edib. Klinik sınaqların üçüncü mərhələsində "Sputnik V" yüksək effektivlik, immunogenlik və təhlükəsizlik göstəriciləri nümayiş etdirib. Könüllülərin analiz təhlilləri göstərib ki, peyvəndin effektivliyi 91,6 faiz təşkil edir. Preparat vurulandan sonra yalnız 78 koronavirusa yoluxma hadisəsi öz təsdiqini tapıb.

Müqayisə üçün bildirək ki, "AstraZeneca"-nın effektivliyi - 62,1%, "Sinovac" peyvəndinin - 50,4%, "Sinopharm"-ın - 79,3% təşkil edir.

Xatırladaq ki, Rusiya Səhiyyə Nazirliyi "Sputnik V" peyvəndini 2020-ci ilin avqust ayında qeydə alıb. Vaksin Rusiyanın Qamaleya adına Epidemiologiya və Mikrobiologiya Elmi Tədqiqat Mərkəzi tərəfindən RBİF-nin dəstəyi ilə işlənib-hazırlanıb. Bu dünyada COVID-19-un profilaktikası üçün ilk qeydiyyata alınmış preparatdır.

 

10
BMT Təhlükəsizlik Şurasının iclası, arxiv şəkli

BMT Təhlükəsizlik Şurası vaksinasiya ilə bağlı qərar qəbul edib

9
Pandemiya dövründə qüvvədə olan qaydalara uyğun olaraq səsvermə dünəndən bəri yazılı olaraq reallaşıb.

BAKI, 26 fevral — Sputnik. BMT Təhlükəsizlik Şurası yekdilliklə yeni növ koronavirus infeksiyasına qarşı istifadə eilən peyvəndlərin bərabər paylanması barədə qərar qəbul edib.

“Report”un məlumatına görə, bu barədə Təhlükəsizlik Şurasının iclasında Böyük Britaniyanın BMT-dəki daimi nümayəndəsi Barbara Vudvord məlumat verib.

Pandemiya dövründə qüvvədə olan qaydalara əsasən səsvermə dünəndən bəri yazılı olaraq reallaşıb.

9

Dünyanın məşhur şəlalərindən biri kəskin şaxtaların qurbanı oldu - VIDEO

0
(Yenilənib 12:14 27.02.2021)
Havaların kəskin soyuqlaşması bütün dünyada maraqlı hadisələrə səbəb olub. Belə ki, ABŞ və Kanada sərhəddind

Havaların kəskin soyuqlaşması bütün dünyada maraqlı hadisələrə səbəb olub. Belə ki, ABŞ və Kanada sərhəddində yerləşən Niaqara şəlaləsi də donub.

Kəskin şaxtalar nəticəsində məşhur Niaqara şəlaləsi donub. Donmuş şəlalə mənzərəsi görmək istəyən turistlərin sayı bu səbəbdən xeyli artıb.

0