Sputnik V peyvənd, arxiv şəkli

İran vaksin ala bilmək üçün onu qeydiyyatdan keçirdi

18
(Yenilənib 20:03 26.01.2021)
"Biz ümid edirik ki, yaxın gələcəkdə onu ala biləcəyik, həmçinin Rusiya və İranın müvafiq institutları tərəfindən birgə istehsala başlayacağıq"

BAKI, 26 yanvar — Sputnik. Rusiya istehsalı olan "Sputnik V" İranda uğurla qeydiyyatdan keçib. Sputnik Azərbaycan xəbər verir ki, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bildirib.

"Sizi məlumatlandırmaq istəyirik ki, "Sputnik V" vaksini dünən İranda qeydiyyatdan keçib. O, bizim sanitar rəhbərliyimiz tərəfindən təsdiqlənib və biz ümid edirik ki, yaxın gələcəkdə biz onu ala biləcəyik, həmçinin Rusiya və İranın müvafiq institutları tərəfindən birgə istehsala başlayacağıq", - deyə Zərif qeyd edib.

Xatırladaq ki, ötən il avqustun 11-də Rusiya Prezidenti Vladimir Putin ölkəsində koronavirusdan ilk peyvəndin qeydiyyatını elan edib. Prezident deyib ki, onun qızlarından biri peyvəndi öz üzərində sınaqdan keçirib.

Rusiyanın koronavirusa qarşı hazırladığı yeni peyvənd "Sputnik V" adını alıb. Bu ad 1957-ci ildə Yerin ilk süni peykinin buraxılması ilə bağlıdır.

""Sputnik-1" bütün dünyada kosmik tədqiqatları fəallaşdırıb. COVID-19-dan yeni Rusiya peyvəndi dünya ictimaiyyəti üçün necə deyərlər, "Sputnik anı" yaradıb", – deyə adın izahında bildirilir.

18
Teqlər:
qeydiyyat, Sputnik-V peyvəndi, vaksin, Rusiya, İran
Mövzu:
Yeni tip koronavirus pandemiyası (626)
Rusiyada koronavirusa yoluxanan xəstələrin müalicə aldığı hospital, arxiv şəkli

Rusiyada koronavirusdan ölənlərin sayı 87 mini keçdi

5
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 114,7 milyonu keçib, 2,54 milyondan çox adam isə virus səbəbi ilə ölüb.

BAKI, 3 mart — Sputnik. Son bir sutka ərzində Rusiyada 10 535 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 452 nəfər ölüb.

Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 4 278 750 –yə çatıb. Rusiyada pandemiya yayılandan 87 348 nəfər COVID-19-dan vəfat edib. Ölkədə bu virusdan sağalanların sayı 3 853 734 - ə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 114,7 milyonu keçib, 2,54 milyondan çox adam isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

5
 Azərbaycanda koronavirus infeksiyasına qarşı vaksinasiya

Ölkədə vaksinasiya olunanların sayı açqılandı

8
(Yenilənib 13:23 03.03.2021)
Hazırkı dövrədək ölkəmizdə koronavirus infeksiyasına qarşı 313,582 nəfər peyvəndlənmə prosesində iştirak edib.

BAKI, 3 mart — Sputnik. Martın 2-də Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 20,903 nəfər vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, hazırkı dövrədək ölkəmizdə koronavirus infeksiyasına qarşı 313,582 nəfər peyvəndlənmə prosesində iştirak edib. Vaksinasiya Respublikamızın bütün rayonlarında uğurla davam etdirilir.

8