Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyada koronavirusdan ölənlərin sayı 70 minə yaxınlaşır

© AP Photo / ALEXEY MALGAVKOСитуация в связи с эпидемиологической обстановкой в России, фото из архива
Ситуация в связи с эпидемиологической обстановкой в России, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiyada pandemiya yayılandan 69918 nəfər COVID-19-dan vəfat edib. Ölkədə bu virusdan sağalanların sayı 3150763-ə çatıb

BAKI, 25 yanvar — Sputnik. Son bir sutka ərzində Rusiyada 19290 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 456 nəfər ölüb.

Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 3738690-a çatıb. Rusiyada pandemiya yayılandan 69918 nəfər COVID-19-dan vəfat edib. Ölkədə bu virusdan sağalanların sayı 3150763-ə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 99,1 milyonu keçib, 2,12 milyondan çox adam isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Xəbər lenti
0