Limonlu çay

Limonlu çayın növbəti faydaları üzə çıxıb

27
(Yenilənib 11:17 25.01.2021)
Tədqiqatlar göstərir ki, limon şirəsinin istifadəsi ümumi kalorililiyi məhdudlaşdırmaqla birlikdə piy çöküntülərini azaldır və menopauza ərəfəsində qadınlarda insulinorezistentliyi artırır.

BAKI, 25 yanvar - Sputnik. Çay, insanın çəkisini artıran şirin içkilərlə müqayisədə kalorisi olmayan yüksək keyfiyyətli içkidir. Sağlamlığa xeyri olan çay içərkən biz təkcə arıqlamırıq, həm də bir sıra üstünlüklər, o cümlədən, soyuqdəymədən və ya zökəmdən sonra bərpa olunmaq üçün üstünlüklər əldə edirik. Limon, arıqlamaq istəyənlər üçün faydalı olan C vitamini, sellüloz və bitki birləşmələri ilə zəngindir.

Sputnik Azərbaycan “MedikForum” saytına istinadla xəbər verir ki, bəzi tədqiqatlardan alınan nəticələrə görə, limonlarda həll olunan sellüloz toxluq hissini uzadır.

Orqanizmdəki toksinləri təmizləyən bu gözəl içkinin düzgün qəbulu bədənin normal fəaliyyəti üçün zəruridir. Çay qidanı enerjiyə çevirir və metabolizm prosesini yaxşılaşdırır. Metabolizmin sürəti aktivliyi saxlamaq üçün bədənin hansı tempdə kalori yandırdığını müəyyənləşdirir. Tədqiqatlar göstərir ki, limon şirəsinin istifadəsi ümumi kalorililiyi məhdudlaşdırmaqla birlikdə piy çöküntülərini azaldır və menopauza ərəfəsində qadınlarda insulinorezistentliyi artırır.

Adi limonlu çay hazırlamaq üsulu çox sadədir. Qaynadılan suya bir xörək qaşığı adi çay əlavə olunur və bir dəqiqəlik qaynamağa qoyulur. Daha sonra isə, limon şirəsi və şəkər əlavə olunur. İçkini yaxşıca süzgəcdən keçirmək, sonra da dadına görə isti və ya soyuq içmək tövsiyə olunur. Daha effektiv nəticələr əldə etmək üçün gündə bir-iki fincan şəkərsiz limonlu çay içmək olar.

27
Teqlər:
çay, limonun xeyri, limon şirəsi, limon

Azərbaycanda koronavirus statistikası: rəqəmlər azalır

19
İndiyədək ölkədə ümumilikdə 233 770 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 228 299 nəfər müalicə olunaraq sağalıb, 3 209 nəfər vəfat edib

BAKI, 25 fevral — Sputnik. Azərbaycanda son sutkada koronavirus infeksiyasına 126 yeni yoluxma faktı qeydə alınıb, 142 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Son sutkada 3 nəfər “COVID-19”dan vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 233 770 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 228 299 nəfər müalicə olunaraq sağalıb, 3 209 nəfər vəfat edib. Hazırda 2 262 aktiv xəstə var.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 438, bu günə qədər isə ümumilikdə 2 576 545 test icra olunub.

19
Teqlər:
yoluxma, azalma, statistika, Azərbaycan, Koronavirus, epidemiya, COVID-19
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər
Afrikada koronavirus

ÜST koronavirus haqda: Vəziyyət ərəbcədir azalır, amma yayılır

15
(Yenilənib 16:03 24.02.2021)
Dünyada koronavirusa yoluxma hallarının sayında altı həftədir ki, azalma qeydə alınır: Ötən həftə 2,4 milyon yoluxma halı qeydə alınıb ki, bu da əvvəlki həftədən 11% azdır.

BAKI, 24 fevral — Sputnik. Dünyada koronavirusa yoluxanların sayı, həmçinin ondan ölənlərin sayı azalmağa davam edir, lakin koronavirus mutasiyasının aşkarlandığı ölkələrin sayı artır. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumat Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) saytında yerləşdirilib.

"Dünyada koronavirusa yoluxma hallarının sayında altı həftədir ki, azalma qeydə alınır: Ötən həftə 2,4 milyon yoluxma halı qeydə alınıb ki, bu da əvvəlki həftədən 11% azdır. Yeni ölüm faktlarında da azalma qeydə alınır. Belə ki, ötən həftə təxminən 66 min yeni ölüm faktı qeydə alınıb ki, bu da ondan əvvəlki həftə ilə müqayisədə 20% çoxdur", - deyə ÜST-ün məlumatında bildirilir.

Bu arada ÜST bildirir ki, koronavirusun yeni ştamları yayılmağa davam edir. Son məlumatlara görə, "Britaniya" ştammı artıq 101 ölkədə, "Cənubi Afrika" ştammı 51, "Braziliya" ştammı isə 29 ölkədə qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 112,1 milyonu keçib, 2,48 milyondan çox insan isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

15
Teqlər:
ÜST, pandemiya, Koronavirus, epidemiya, COVID-19
Mövzu:
Yeni tip koronavirus pandemiyası
Xocalıdan olan qızcığaz

Tariximizin qara günü - Xocalı soyqırımından 29 il ötür

0
Xocalı soyqırımının ildönümü hər il Azərbaycan və dünyanın bir çox ölkəsində qeyd olunur. Bu tədbirlərdə ermənilərin Xocalıda törətdiklərini əks etdirən foto-stendlər, sənədli filmlər nümayiş olunur, soyqırımı həqiqətlərini əks etdirən kitablar sərgilənir

BAKI, 26 fevral - Sputnik. Azərbaycanın Xocalı şəhərində ermənilərin dinc sakinlərə qarşı törətdikləri soyqırımının 29-cu ili tamam olur.

Sputnik Azərbaycan-ın məlumatına görə, erməni silahlı birləşmələri SSRİ dövründən Xankəndi şəhərində dislokasiya olunmuş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərinə hücuma keçiblər.

Mühasirəyə alınan şəhərin 2500 sakini xilas olmaq üçün Ağdam istiqamətində hərəkət edib. Lakin pusquda dayanan ermənilər dinc sakinləri gülləbaran ediblər. Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

Xocalı soyqırımının ildönümü hər il Azərbaycan və dünyanın bir çox ölkəsində qeyd olunur. Bu tədbirlərdə ermənilərin Xocalıda törətdiklərini əks etdirən foto-stendlər, sənədli filmlər nümayiş olunur, soyqırımı həqiqətlərini əks etdirən kitablar sərgilənir.

2008-cu ilin mayından İslam Konfransı Təşkilatı Gənclər Forumunun (İKGF) Mədəniyyətlərarası Dialoq üzrə baş koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə "Xocalıya Ədalət" kampaniyası keçirilir. Kampaniyanın məqsədi beynəlxalq ictimaiyyətin Xocalı faciəsi ilə bağlı məlumatlandırılması, faciəyə beynəlxalq aləmdə mənəvi-siyasi qiymət verilməsi və beynəlxalq səviyyədə anılmasını təmin etməkdir. Kampaniyanın beynəlxalq əlaqələndirilməsi www.justiceforkhojaly.org saytı vasitəsilə aparılır.

0
Teqlər:
erməni terroru, Qarabağ, Azərbaycan, Xocalı soyqırımı