Mingəçevirdə vaksinasiya

Mingəçevirdə vaksinasiya başlayıb

23
(Yenilənib 16:43 21.01.2021)
Gün ərzində 180-200 tibb işçisi peyvənd edilir. Növbəti mərhələdə isə risk qrupuna daxil edilənlərə vaksin vurulacaq.

Rahim Məmmədov, Sputnik Azərbaycan

BAKI, 21 yanvar — Sputnik. Son bir ildə insanların qorxulu kabusuna çevirilən koronavirusa qarşı bölgələrdə də peyvəndləmə işinə başlanıb. Ötən gündən etibarən Mingəçevir şəhərində də COVID-19-a qarşı vaksinasiyaya start verilib. Şəhərdə yaradılan 3 vaksinasiya məntəqəsində əvvəlcə tibb işçiləri peyvənd edilir. Məntəqəyə daxil olanlar qeydiyyatdan keçib, həkim müayinəsində olurlar. Daha sonra isə onlar peyvənd otaqlarına göndərilirlər. Mingəçevir şəhərində gün ərzində 200-ə yaxın tibb işçisinə vaksin vurulur. Bu haqda  Sputnik Azərbaycan-a Mingəçevir şəhər Xəstəxanasının Keyfiyyətə Nəzarət şöbəsinin rəhbəri Səadət Səmədova məlumat verib:

  • Mingəçevirdə vaksinasiya
    © Sputnik / Rahim Mammadov
  • Mingəçevirdə vaksinasiya
    © Sputnik / Rahim Mammadov
  • Mingəçevirdə vaksinasiya
    © Sputnik / Rahim Mammadov
1 / 3
© Sputnik / Rahim Mammadov
Mingəçevirdə vaksinasiya

“Mingəçevir şəhərində 3 vaksinasiya məntəqəmiz, hər birində isə 8 vaksinasiya otağımız var. Hazırda dünəndən etibarən bütün tibb işçililəri vaksinasiyaya cəlb olunub. Tibb işçiləri məntəqələrə gəlir və peyvənd olunurlar. Orta hesabla gün ərzində 180-200 nəfər vaksin olunur. İlkin olaraq vaksinasiyaya gələnlər həkim müayinəsindən keçirlər. Daha sonra isə peyvənd otaqlarına göndərilirlər. Narahatlığı olmayanlar 30 dəqiqədən sonra evə buraxılırlar”.

Qeyd edək ki, növbəti günlərdə Mingəçevirdə risk qrupuna daxil edilən digər şəxslərin peyvəndlənməsi işi aparılacaq.

23
Koronavirusa qarşı peyvənd Pfizer-BioNTech, arxiv şəkli

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ÜST-ə etirazını bildirdi

153
Agentlik: Azərbaycanın “Pfizer-BioNTech” vaksinlərini əldə edəcək 18 ölkə siyahısına daxil edilməməsi aydın deyil

BAKI, 4 mart - Sputnik. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) Azərbaycanın COVAX platforması çərçivəsində “Pfizer-BioNTech” vaksinlərini əldə edəcək 18 ölkə siyahısına daxil edilməməsi barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) qeydi ilə razı deyil.

Agentlikdən bildirilib ki, ÜST tərəfindən verilən məlumatda 29 yanvar tarixinədək COVID-19 peyvənd proqramına başlamış iştirakçı ölkələr “Pfizer-BioNTech” peyvəndinin birinci müstəsna paylanma mərhələsinə daxil edilmədiyi qeyd olunub:

“Bu əsaslandırma aydın deyil və bununla bağlı müddəalar heç bir hüquqi sənəddə və rəsmi yazışmalarda öz əksini tapmayıb. Azərbaycan ÜST-ün tövsiyələrini nəzərə alaraq vaksinasiya strategiyasını təsdiqləyib və vaksinlərin qəbulu üçün bütün texniki tələbləri yerinə yetirib.

Ötən il yaradılmış COVAX platformasının “SARS-CoV-2” virusuna qarşı vaksinlərin hazırlanması təşəbbüsünü yüksək qiymətləndirən və bu əməkdaşlığa ilk qoşulan 50 ölkədən biri də məhz Azərbaycan Respublikasıdır”.

Məlumatda qeyd olunub ki, Azərbaycan vaksinlərin dünya ölkələri arasında ədalətlilik və həmrəylik prinsipləri ilə bölgüsünün tərəfdarıdır:

“Təəssüflə qeyd etmək istərdik ki, təcrübədə bunun əksini görürük.

Bir daha vurğulayırıq ki, Azərbaycan ilk gündən ÜST-ün tövsiyələrinə uyğun fəaliyyət göstərməklə yanaşı, COVID-19-la mübarizə çərçivəsində həyata keçirilən əməkdaşlıqlara öz töhfəsini vermişdir və vətəndaşlarının sağlamlığı üçün qarşıya qoyulmuş bütün öhdəlikləri yerinə yetirməyə bu gün də davam edir”.

Bildirilib ki, COVAX-la yazışmalarda Azərbaycanın bu vaksinləri infrastruktur baxımından qəbul etməyə tam hazır olduğu bildirilib:

“Bu gün COVAX layihəsi faktiki olaraq öz öhdəliklərini yerinə yetirə bilmir. Vaksinlərin düzgün paylaşdırılmasında ədalətsiz yanaşma birbaşa bu layihənin icrasında ciddi problemlərin olmasından xəbər verir.  Hesab edirik ki, COVAX layihəsi çərçivəsində bu proses nəzarətdə saxlanılmalı və istehsalçı şirkətlər qarşısında konkret tələblər qoyulmalıdır. 

Agentlik mövqeyini COVAX-a göndərilən rəsmi məktubda bildirib və təşəbbüskar qurumları qərara yenidən baxmağa çağırıb”.

153
AstraZeneca vaksini, arxiv şəkli

Azərbaycana "AstraZeneca" peyvəndi gətiriləcək

13
(Yenilənib 19:12 04.03.2021)
Azərbaycanda 2021-ci il yanvarın 18-dən əhalinin risk qrupuna aid kateqoriyasının vaksinasiyasına başlanılıb. Vaksinasiyada əsasən Çinin SinoVac şirkətinin CoronaVac peyvəndindən istifadə olunur.

BAKI, 4 mart — Sputnik. Azərbaycana COVID-19 əleyhinə 432 min doza "AstraZeneca" peyvəndi gətiriləcək. Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regionu üzrə ofisinin rəhbəri Hans Kluqe media nümayəndələri üçün keçirilən brifinqdə deyib.

ÜST rəsmi bildirir ki, peyvəndin ayrılması və tədarükü, peyvəndin çatdırılması müvafiq şəkildə tənzimlənir.

Azərbaycanda 2021-ci il yanvarın 18-dən əhalinin risk qrupuna aid kateqoriyasının vaksinasiyasına başlanılıb. Vaksinasiyada əsasən Çinin SinoVac şirkətinin CoronaVac peyvəndindən istifadə olunur.

13
Teqlər:
Azərbaycan, Koronavirus, epidemiya, COVID-19, AstraZeneca, peyvənd
Mövzu:
Azərbaycanda COVID-19 əleyhinə vaksinasiya
Oğlan, arxiv şəkli

Daha bir telefon mağazasından oğurluq olub

0
Yasamal ərazisindəki mağazaların birindən 10.000 manat dəyərində 20 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən əvvəllər dəfələrlə məhkum olunmuş A.Yusifov saxlanılıb.

BAKI, 4 mart — Sputnik. Yasamalda telefon mağazasından 10.000 manat dəyərində mobil telefon, moped və 2 ədəd motosiklet oğurlayan şəxslər saxlanılıblar. Bu bardəə Daxili İşlər Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib.

Qeyd olunub ki, Yasamal Rayon Polis İdarəsinin (RPİ) 27-ci Polis Bölməsinin (PB) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki mağazaların birindən 10.000 manat dəyərində 20 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən əvvəllər dəfələrlə məhkum olunmuş A.Yusifov saxlanılıb. Saxlanılan şəxsin ətrafında aparılmış tədbirlərlə onun paytaxt sakini Kamil Xasıyevlə birgə Bakı şəhər sakini olan 1 nəfərin mopedini, 2 şəxsin isə “Yamaha” və “Haojue” markalı motosikletlərini qaçırmaları da müəyyən edilib. Bölmə əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində K.Xasiyev də saxlanılaraq istintaq təqdim edilib.

Faktla bağlı 27-ci Polis Bölməsində saxlanılan şəxslər barəsində toplanan materiallar Yasamal RPİ-nin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir. 

0