Koronavirusa qarşı peyvənd, arxiv şəkli

Pulumuza edilən qəsd: Milyon dozalarla peyvənd zibilliyə atılır

217
(Yenilənib 16:08 20.01.2021)
Halbuki Danimarka şüşədə artıq qalan 6-cı doza ilə 250 mindən çox şəxsin peyvənd olunduğu barədə məlumat verib. Niderland isə artıq qalan vaksin preparatı sayəsində 39 mindən çox səhiyyə işçisinin peyvənd olunduğunu açıqlayıb.

BAKI, 20 yanvar — Sputnik. Bəzi Avropa ölkələri “Pfizer/BioNTech” peyvəndinin şüşədəki dozadan daha az miqdarından istifadə edir. Sputnik Azərbaycan bu barədə Türkiyənin NTV kanalına istinadla məlumat yayıb.

Dünyanın bir sıra yoxsul ölkələrinin koronavirus peyvəndindən məhrum olduğu bir vaxtda Fransa, Almaniya və İsveçrədə şüşədə artıq qalan bir doza dərmanın zibilliyə atılması narazılıqla qarşılanıb.

Qeyd edək ki, bir qədər əvvəl türk alimi Uğur Şahinin ortaq qurucusu olduğu "Pfizer" beş dozalıq dərman şüşələrinin içindən bəzən altı dozalıq peyvənd preparatı çıxa biləcəyi barədə xəbərdarlıq etmişdi. Amerikanın Qida və Dərman Vasitələrinə Nəzarət İdarəsi və Avropa Dərman Agentliyi isə bu əlavə dozadan istifadə olunmasını tövsiyə etmişdi.

Artıq Fransa peyvənd şüşələrindən dozadan artıq preparat çıxdığını, bir millilitrlik şprislərin olmaması səbəbindən isə artıq qalan dərmanı zibil qutusuna atmaq məcburiyyətində olduqlarını etiraf edib. Almaniya da əksər tibb müəssisələrində belə şprislərin mövcud olmadığını bildirib. Halbuki Danimarka şüşədə artıq qalan 6-cı doza ilə 250 mindən çox şəxsin peyvənd olunduğu barədə məlumat verib. Niderland isə artıq qalan vaksin preparatı sayəsində 39 mindən çox səhiyyə işçisinin peyvənd olunduğunu açıqlayıb.

Məlumat üçün bildirək ki, Azərbaycan Çinin "Sinovac" şirkətinin hazırladığı "CoronaVac" vaksini alıb. Səhiyyə Nazirliyindən verilən açıqlamaya görə, bu peyvəndləri almağımıza səbəb onun saxlama şərtlərinin ölkəmiz üçün əlçatan olmasıdır. 

Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən koronavirusla (COVID-19) mübarizə işçi qrupunun üzvü Günay Quluzadənin sözlərinə görə, bu peyvəndləri təhlükəsiz və soyuq şəraitdə saxlamaq lazımdır. Hər bir peyvəndin özünün saxlanma şərtləri var. Bəzi COVID-19 peyvəndləri -20, bəziləri -70 dərəcə saxlanma şərtləri tələb edir. Azərbaycanda tətbiq olunan "Sinovac" şirkətinin hazırladığı "CoronaVac" vaksininin saxlama temperaturu isə sadədir. Onu 2-8 dərəcədə üç ilə qədər saxlamaq mümkündür.

"Vaksinin Türkiyədəki kliniki sınaq nəticələrinə əsasən, onun virusla mübarizədə 91,25 faiz effektiv olduğu müəyyən edilib. İnaktiv üsula görə hazırlanan bu peyvənddə yoluxucu xüsusiyyətini itirmiş virus bədənə verilir və bədənin xəstəlikdən immunitet qazanması hədəflənir. "CoronaVac" vaksini ənənəvi, etibarlı və sınanmış inaktiv platformada hazırlanır. Yüksək qoruyuculuq və uğurlu sınaq nəticələri var. Saxlanma şəraiti, çatdırılma və tətbiq şərtləri, "soyuq zəncir" sistemi tələbi əlverişlidir. Ölkəmizdə illər boyu mövcud olan infrastruktur imkan verir ki, bu vaksinləri ölkənin ən ucqar nöqtəsinə çatdırıb, tətbiq edək", - deyə nazirliyin nümayəndəsi bildirib. 

Avropa istehsalı olan peyvəndlərin niyə alınmaması barədə suala isə verilən rəsmi cavab bundan ibarətdir ki, -20, bəzənsə -70 dərəcə saxlanma şərtləri tələb edən bu peyvəndləri saxlamağa Azərbaycanda şərait yoxdur. Anlaşılan budur ki, həmin peyvəndləri almamaqla əslində Azərbaycan pula və itkiyə xeyli qənaət edib. 

Artıq bir sıra ölkələr şüşədə qalan artıq dozanın əlavə problem yaratdığı barədə istehsalçı şirkətlərə məlumat göndəriblər. Əgər atılacaq doza ilə bağlı problem aradan qaldırılsa, Avropa şirkətlərinin peyvəndləri nisbətən kasıb ölkələrin vətəndaşları üçün də əlçatan ola bilər. 

217
Девушка во время обеда

Qadınlar üçün ən faydalı qidalar

6
Qadın sağlamlığı üçün estrogen hormonlarının yaranması şərtdir. Onun miqdarı isə soya bitkiləri, tofu pendiri, küncüt yağı, sarıkök, qırmızı üzüm, şaftalı və sarımsaq sayəsində artır

BAKI, 8 mart - Sputnik. Qadınlar kalsiumun D vitamini ilə birlikdə qəbuluna xüsusi diqqət ayırmalıdırlar. Bu normanı qorumaq üçün rasiona treska balığının qaraciyərini, kalsiumu almaq üçün isə pendir, qatıq, süd, kəsmik və portağal şirəsini əlavə etmələri məsləhətdir.

Sputnik Azərbaycan bildirir ki, bunu "Rossiya-1"in efirində həkim və teleaparıcı Aleksandr Myasnikov sağlamlığı qorumaq üçün qadınlara gərək olan ərzaqlardan danışarkən deyib.

Myasnikov qeyd edib ki, qadın sağlamlığı üçün estrogen hormonlarının yaranması şərtdir. Onun miqdarı isə soya bitkiləri, tofu pendiri, küncüt yağı, sarıkök, qırmızı üzüm, şaftalı və sarımsaq sayəsində artır. Həmçinin rasiona kifayət qədər doymamış yağ da daxil etmək gərəkdir. 

"Daha bir faydalı ərzaq brokkolidir. O, onkoloji xəstəlikləri önləyir, kifayət qədər də müxtəlif mikroelement və vitaminlər, xüsusən foliatları ehtiva edir. Bu, çox faydalı bir şeydir, özü də qadınlarım həmişə, xüsusən hamilə olarkən ehtiyacları olan qidadır", - Myasnikov deyib.

6
Teqlər:
qadınlar, sağlamlıq, ərzaq

Azərbaycanlı məşhurlar vaksinasiyadan sonra özlərini necə hiss edirlər

753
(Yenilənib 22:34 07.03.2021)
"İndi sakitcə öz işlərimlə məşğul ola bilərəm, qorxu hissi azalıb, bununla belə, maska taxmağa davam edirəm. Peyvənddən qorxmaq lazım deyil".

BAKI, 7 mart — Sputnik, Kəmalə Əliyeva. Azərbaycanlı məşhurların bir qismi həm ölkədə, həm də xaricdə könüllü şəkildə koronavirusa qarşı peyvənd olunublar. Onların hamısı özlərini yaxşı hiss edir və məsləhət görürlər ki, bu təhlükəli virusa yoluxmamaq üçün hər kəs peyvənd olunsun. Onlar Sputnik Azərbaycan-a verdikləri müsahibədə bu barədə daha ətraflı danışıblar.

Türkiyədə yaşayan məşhur azərbaycanlı bəstəkar, Xalq artisti Cavanşir Quliyev fevralın 4-də Çinin "Sinovac" şirkətinin "CoronaVac" peyvəndi ilə vaksinasiya olunub. Peyvəndin ikinci dozası isə ona martın 4-də (fevral ayının 28 gündən ibarət olduğu nəzərə alınaraq) tətbiq ediləcək. Bəstəkar deyir ki, nə peyvənd vurulan vaxt, nə də sonra ciddi bir dəyişiklik hiss etməyib. Quliyev özünü çox yaxşı hiss etdiyini bildirir.

"Hətta dostlarımla zarafat da elədim ki, bəlkə mənə adi su məhlulu vurublar? Peyvəndə şübhə ilə yanaşanlara bir məsəlini xatırlatmaq istəyirəm, öz təyinatına görə vaksin insanın ölümünə səbəb ola bilməz, ancaq virus insanları öldürür. Ən pis halda nə ola bilər – əgər insan çox güclü dərmanlar qəbul edirsə (xərçəng xəstələri, auto-immun xəstəliklərindən əziyyət çəkənlər və. s), bu zaman peyvəndin təsiri bir az azala bilər. Məsələn, əgər tamamilə sağlam insanda 100 faizlik müdafiə yaranırsa, belə xəstələrdə həmin göstərici 90 faiz olur.

Bəstəkar onu da əlavə etdi ki, hər şey insanın seçimindən asılıdır: kim xəstələnmək istəmirsə, peyvənd olunsun.

Azərbaycanın Xalq artisti Röya Ayxan ölkənin şou-biznes nümayəndələri arasında COVID-19-a qarşı ilk peyvənd olunan şəxsdir. O, rəsmi təmsilçisi olduğu özəl xəstəxananın həkimləri tərəfindən vaksinasiya olunub. Müğənni deyir ki, peyvənddən sonra orqanizmində heç bir dəyişiklik hiss etməyib, əksinə işləmək üçün enerjisi bir az da artıb.

"Vaksinasiyadan sonrakı gün dərhal işə başladım, özümü yaxşı hiss edirdim. Düzünü deyim ki, koronavirusa yoluxmaqdan çox qorxurdum, çünki dostlarımın, tanışlarımın əksəriyyəti artıq xəstələnmişdi. Allaha şükür ki, bəxtim gətirdi. Xəstələnməmək üçün peyvənd olunmaq qərarına gəldim. İndi sakitcə öz işlərimlə məşğul ola bilərəm, qorxu hissi azalıb, bununla belə, maska taxmağa davam edirəm. Peyvənddən qorxmaq lazım deyil", – deyə müğənni vurğulayıb.

Посмотреть эту публикацию в Instagram

Публикация от Röya (@royaofficial)

SSRİ Xalq rəssamı Tahir Salahovun qızı, Moskvada yaşayan rəssam Aydan Salahova Rusiyanın koronovirus əleyhinə ilk peyvəndi olan "Sputnik V" ilə vaksinasiya olunub. O, işi ilə əlaqədar tez-tez xarici ölkələrə səfər etdiyindən COVID-19-a yoluxmamaq üçün risk etmək qərarına gəlib və peyvənd vurdurub. Rəssama artıq preparatın ikinci dozası da vurulub və o, özünü çox yaxşı hiss edir. Düzdür, əvvəl bir az üşütmə və hərarət müşahidə olunsa da, sonra vəziyyəti yaxşılaşıb.

Azərbaycanın Xalq artisti, müğənni Faiq Ağayev "CoronaVac" peyvəndinin birinci dozasını vurdurub. Müğənninin sözlərinə görə, hamı əvvəlki həyat tərzinə qayıtmaq istəyir və uşaq bağçalarının, məktəblərin, ali təhsil müəssisələrinin açılması tezliklə digər məhdudiyyətlərin də aradan qaldırılacağına inam hissi yaradır.

"Bu dəfə hər şey insanların özündən asılıdır. Arzularımızı gerçəkləşdirmək, sağlamlığımızı qorumaq istəyiriksə, peyvənd olunmalıyıq. Yaxın günlərdə "Sinovac" şirkətinin "CoronaVac" vaksininin ikinci dozasının vurulması üçün yenidən tibb müəssisəsinə müraciət edəcəyəm. Beləliklə, həm özümü, həm də yaxınlarımı yoluxmaqdan qoruyacağam. Peyvənd vurdurun – sağlam yaşayın!" – deyə Ağayev qeyd edib və öz pərəstişkarlarını sağlam gələcək naminə vaksinasiya olunmağa çağırıb.

Xatırladaq ki, Azərbaycanda SARS-CoV-2 əleyhinə vaksinasiya prosesi yanvarın 18-də başlayıb. "2021-2022-ci illər üçün Azərbaycan Respublikasında COVID-19-a qarşı peyvənd strategiyası"na uyğun olaraq ilk növbədə həkimlərin və tibb işçilərinin vaksinasiya olunması nəzərdə tutulmuşdu. Bundan sonra 65 yaşdan yuxarı insanlar vaksinasiya prosesinə cəlb olundu. Hazırda yaşı 50-dən yuxarı olan ölkə vətəndaşlarına peyvənd vurulması davam edir. 18 yaşınadək şəxslər, hamilə qadınlar və allergiya xəstələri istisna təşkil edir. Vaksinasiya prosesi Çinin "Sinovac" şirkətinin istehsalı olan "CoronaVac" preparatı ilə həyata keçirilir.

Vaksinasiyada iştirak etmək üçün https://randevu.its.gov.az/ linki vasitəsi ilə onlayn növbə əldə etmək lazımdır. Bunun üçün şəxsiyyət vəsiqəsinin nömrəsi və FİN-kodu daxil edərək "Yoxla" düyməsinı sıxmaq lazım gəlir. Sonra təklif olunan siyahıdan peyvənd məntəqəsini, tarixi və saatı seçib mobil telefon nömrənizi daxil etməlisiniz. Qeydiyyat tamamlandıqdan sonra həmin nömrəyə növbəyə alındığını bildirən mesaj göndərilir. Mesajda peyvəndin ilk dozasının vurulacağı tarix, vaxt və yer göstərilir. Tibb müəssisəsində qeydiyyatdan keçən vaxt şəxsiyyət vəsiqəsini təqdim etmək vacibdir. 28 gündən sonra peyvəndin ikinci dozası tətbiq olunan vaxt təkrar qeydiyyatdan keçmək tələb olunmur.

753

Gözəllik, ya dəlilik? Qadınların seçimi - FOTO

0
Dünyadakı hər bir şey kimi, gözəllik standartları da yerində saymır. Hərdən geriyə baxanda qadınların bir az qəşəng görünmək üçün nələrə əl atdıqlarına mat qalırsan

Hər birimiz heç olmasa bir dəfə "Gözəllik qurban tələb edir" kəlmələrini eşitmişik. Kiminçünsə qulağını yağır edən cümləyə dönsə də, onun arxasında real hadisələr dayanır. Əsrlər boyu qadınlar dəyişkən gözəllik standartlarına uymaq üçün müəyyən qurbanlar veriblər ki, başqa zamanların prizmasından baxanda onlar absurd görünür. 

Plastik əməliyyatlar, qabırğaların çıxarılması, bayılma həddinə çatdıran dar korsetlər, radioaktiv və zəhərli kosmetika - Həvvanın qızları başlarına daha nə oyunlar açmayıblar ki...

Gənc nəsil ötən illərin gözəllik standartlarını gülməli, o standartlara çatmaq üsullarını isə ağılsız sayır. Ola bilsin, gələcək nəsillər də bizim zamanın gözəllik etalonlarına dodaq büzəcəklər. Bəlkə, hələ qadınların ülvi gözəllik arzularına çatmağına "yardım edən" gözəllik sənayesinin işçilərinin əməllərindən dəhşətə də gəldilər. 

Heyrətə salan "gözəllik alətlərini" Sputnik Azərbaycan-ın fotolentində izləyin.

0
Teqlər:
fotolent, gözəllik, qadınlar