Koronavirusdan ölən şəxslərin meyitləri, arxiv şəkli

Koronavirusun qorxunc ştammı artıq dünyanın 60 ölkəsində aşkarlanıb

14
(Yenilənib 21:00 20.01.2021)
Hesabata əsasən, son bir həftədə dünyada koronavirusa 4,7 milyondan çox yeni yoluxma halı qeydə alınıb. Bu göstərici əvvəlki həftə ilə müqayisədə 6 faiz azdır. Bununla belə, ölüm halları 93 mini keçərək rekord həddə çatıb

BAKI, 20 yanvar — Sputnik. Koronavirusun Böyük Britaniya ştammı artıq dünyanın 60 ölkəsində aşkarlanıb. Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) həftəlik hesabatında bildirilib.

"12 yanvardan etibarən virusun VOC-202012/01 variantı daha 10 ölkə/ərazi/bölgədə aşkarlanıb. Bu günə olan məlumata görə, ümumilikdə dünyanın 60 ölkəsi koronavirusun bu variantının öz ərazisinə daxil olduğu barədə məlumat verib", – deyə qurumun internet saytında yayılan hesabatda qeyd olunur.

ÜST-dən o da bildirilib ki, koronavirusun ilk dəfə CAR-da aşkarlanan 501.V2 ştammlı daha bir mutasiyası üç ölkədə də qeydə alınıb. Beləliklə, COVID-19-un sözügedən variantının yayıldığı ölkələrin sayı 23-ə çatıb.

Hesabata əsasən, son bir həftədə dünyada koronavirusa 4,7 milyondan çox yeni yoluxma halı qeydə alınıb. Bu göstərici əvvəlki həftə ilə müqayisədə 6 faiz azdır. Bununla belə, ölüm halları 93 mini keçərək rekord həddə çatıb ki, bu da əvvəlki məlumatlarla müqayisədə 9 faiz çoxdur.

Qeyd edək ki, ötən ilin dekabr ayının ortalarında Böyük Britaniyada SARS-CoV-2 virusunun daha təhlükəli mutasiyası aşkarlanıb. Yeni növ koronovirusun əvvəlkindən daha ölümcül olduğu barədə xəbərlər yayılsa da, bu məlumat rəsmi şəkildə təsdiqini tapmayıb.

Xatırladaq ki, koronavirusun daha bir mutasiyası olan 501.V2 ştammı ilk dəfə 2020-ci ilin oktyabr ayında Cənubi Afrikada müəyyən olunmuşdu. İlkin tədqiqatlar virusun bu növünün daha sürətlə yayıldığını göstərib. Bununla belə, hələlik 501.V2 ştammının xəstəliyin daha ağır formada keçməsinə səbəb olduğunu təsdiqləyən elmi dəlillər yoxdur.

 

14
Teqlər:
ştamm, Koronavirus, epidemiya, COVID-19
Mövzu:
Yeni tip koronavirus pandemiyası (622)
Sputnik V peyvənd, arxiv şəkli

Kiril Dmitriyev: "Rusiyanın rəqibləri "Sputnik V"-nin uğurundan qorxur"

6
(Yenilənib 22:53 26.02.2021)
"Rusiyanın düşmənləri bizə olan inamı sarsıtmağa çalışır, amma onlar Rusiya peyvəndini qaralamaq üçün çox səy göstərməli olacaqlar, çünki bu, dünyanın ən yaxşı peyvənd preparatlarından biridir".

BAKI, 26 fevral — Sputnik. "Rusiyanın "Sputnik V" koronavirus peyvəndinin əleyhdarları dünyada ona olan inamı sarsıtmağa çalışır, çünki bu ən yaxşı preparatlardan biridir və onlar bundan, sadəcə, qorxurlar" – bu fikri Rusiya Birbaşa İnvestisiyalar Fondunun (RBİF) rəhbəri Kiril Dmitriyev səsləndirib.

"Fikrimcə, söhbət yalnız "Sputnik V" peyvəndinin beynəlxalq səviyyədə tanınmasından deyil, dünyadakı liderliyimizdən gedir... Təvazökar, ancaq dürüst olmalıyıq. Dünyanın ən yaxşı peyvəndinə sahibik, bu, Rusiya alimlərinin böyük uğurudur, biz bununla fəxr etməliyik ", – deyə Dmitriyev Rusiya Tarix Cəmiyyətinin meydançasında bu ölkənin virusologiya tarixində liderliyinə həsr olunmuş sərginin açılışında bildirib.

"Rusiyanın düşmənləri bizə olan inamı sarsıtmağa çalışır, amma onlar Rusiya peyvəndini qaralamaq üçün çox səy göstərməli olacaqlar, çünki bu, dünyanın ən yaxşı peyvənd preparatlarından biridir. Onlar, sadəcə, bundan qorxurlar", – deyə RBİF rəhbəri vurğulayıb.

Qeyd edək ki, fevralın 2-də "The Lancet" elmi jurnalı "Sputnik V" koronavirusa qarşı peyvənd preparatının klinik sınaqlarının üçüncü mərhələsinin nəticələrini dərc edib. Klinik sınaqların üçüncü mərhələsində "Sputnik V" yüksək effektivlik, immunogenlik və təhlükəsizlik göstəriciləri nümayiş etdirib. Könüllülərin analiz təhlilləri göstərib ki, peyvəndin effektivliyi 91,6 faiz təşkil edir. Preparat vurulandan sonra yalnız 78 koronavirusa yoluxma hadisəsi öz təsdiqini tapıb.

Müqayisə üçün bildirək ki, "AstraZeneca"-nın effektivliyi - 62,1%, "Sinovac" peyvəndinin - 50,4%, "Sinopharm"-ın - 79,3% təşkil edir.

Xatırladaq ki, Rusiya Səhiyyə Nazirliyi "Sputnik V" peyvəndini 2020-ci ilin avqust ayında qeydə alıb. Vaksin Rusiyanın Qamaleya adına Epidemiologiya və Mikrobiologiya Elmi Tədqiqat Mərkəzi tərəfindən RBİF-nin dəstəyi ilə işlənib-hazırlanıb. Bu dünyada COVID-19-un profilaktikası üçün ilk qeydiyyata alınmış preparatdır.

 

6
BMT Təhlükəsizlik Şurasının iclası, arxiv şəkli

BMT Təhlükəsizlik Şurası vaksinasiya ilə bağlı qərar qəbul edib

9
Pandemiya dövründə qüvvədə olan qaydalara uyğun olaraq səsvermə dünəndən bəri yazılı olaraq reallaşıb.

BAKI, 26 fevral — Sputnik. BMT Təhlükəsizlik Şurası yekdilliklə yeni növ koronavirus infeksiyasına qarşı istifadə eilən peyvəndlərin bərabər paylanması barədə qərar qəbul edib.

“Report”un məlumatına görə, bu barədə Təhlükəsizlik Şurasının iclasında Böyük Britaniyanın BMT-dəki daimi nümayəndəsi Barbara Vudvord məlumat verib.

Pandemiya dövründə qüvvədə olan qaydalara əsasən səsvermə dünəndən bəri yazılı olaraq reallaşıb.

9
Kitabxanada qız, arxiv şəkli

"Tıq-tıq xanım" nağılı ingilis dilinə tərcümə edilib

0
(Yenilənib 23:09 26.02.2021)
Tofiq Bakıxanovun İsveçdə yaşayan nəvəsi Nadim Əliyev Abdulla Şaiqin 140 illik yubileyi ilə bağlı maraqlı bir təşəbbüs göstərərək ədibin uşaqlar üçün qələmə aldığı "Tıq-tıq xanım" nağılını ingilis dilinə tərcümə edib

BAKI, 27 fevral — Sputnik. Abdulla Şaiqin 140 illik yubleyi ilə bağlı "Tıq-tıq xanım" nağılı ingilis dilinə tərcümə edilib.

Sputnik Azərbaycan xəbər verir ki, görkəmli Azərbaycan bəstəkarı Tofiq Bakıxanovun İsveçdə yaşayan nəvəsi Nadim Əliyev Abdulla Şaiqin 140 illik yubileyi ilə bağlı maraqlı bir təşəbbüs göstərərək ədibin uşaqlar üçün qələmə aldığı "Tıq-tıq xanım" nağılını ingilis dilinə tərcümə edib.

Nağılın ingilis dilində tərcüməsi kitab formatına salınıb. Kitabdakı illüstrasiyaların müəllifi Aleks Bjelicadır.

0