Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Azərbaycana koronavirus əleyhinə bu ölkənin peyvəndi gətirilib

© AFP 2023 / NOEL CELISВакцина от коронавируса Sinovac Biotech LTD, фото из архива
Вакцина от коронавируса Sinovac Biotech LTD, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan koronavirus əleyhinə kütləvi vaksinasiya ərəfəsindədir. Peyvənd ilk növbədə səhiyyə sistemində çalışanlara və yaşı 65-dən yuxarı olan vətəndaşlara vurulacaq.

BAKI, 13 yanvar — Sputnik. Səhiyyə Nazirliyindəki mənbədən Sputnik Azərbaycan-a verilən məlumata görə, SARS-CoV-2 virusuna qarşı peyvəndin birinci partiyası artıq Azərbaycana daxil olub.

Mənbənin sözlərinə görə, ölkəyə gətirilən peyvənd Çin istehsalı olan SinoVac preparatıdır. O da məlum olub ki, birinci mərhələdə koronavirus əleyhinə peyvənd səhiyyə sistemində çalışanlara və yaşı 65-dən yuxarı olan vətəndaşlara vurulacaq.

Qeyd edək ki, bir qədər bundan əvvəl Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB dövlət başçılarının sammitində çıxış edərkən peyvənd proqramının 2021-ci ilin əvvəllərində başlayacağını, vaksinasiyanın könüllülük prinsipi əsasında və dövlət hesabına aparılacağını bildirmişdi.

Bu arada, yaxın günlərdə səhiyyə naziri Oqtay Şirəliyevin immunizasiyanın başlanması və müddəti barədə əmr imzalayacağı gözlənilir.

Xəbər lenti
0