Həkim, arxiv şəkli

Səhiyyə sistemində vəzifə saxtakarlığı: Direktora cinayət işi açıldı

18
(Yenilənib 13:46 09.01.2021)
Saatlı rayon Mərkəzi Xəstəxanasının direktoru Səidə Şahpələngovanın vəzifə səlahiyyətlərindən sui-istifadə edərək qanunsuz hərəkətlərə yol verməsi, dövlət əmlakını mənimsəməsi, həkim və tibb işçilərinə işə gəlmədikləri halda əməkhaqqı verməsi faktları üzə çıxıb.

BAKI, 9 yanvar — Sputnik. Saatlı rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Səidə Şahpələngovanın vəzifə səlahiyyətlərindən sui-istifadə edərək qanunsuz hərəkətlərə yol verməsi, dövlət əmlakını mənimsəməsi, həkim və tibb işçilərinə işə gəlmədikləri halda əməkhaqqı verməsi faktları üzrə Saatlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq istintaq aparılıb.

Sputnik Azərbaycan Baş Prkurorluğun məlumatına istinadla xəbər verir ki, istintaqla, Səidə Şahpələngovanın Fətəlikənd kənd sahə xəstəxanasının sabiq baş həkimi Cəməsəddin Əhmədov, həmin xəstəxanada həkim stomatoloq vəzifəsinə işə qəbul olunmuş oğlu Fuad Nəbiyev və baş həkim Səidə Cəlilova ilə xeyli miqdarda pul vəsaitini mənimsənilməsinə dair razılığa gələrək qabaqcadan əlbir olub bir qrup şəxs halında, öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq Cəməsəddin Əhmədov və Səidə Cəlilovaya qanunsuz göstəriş verməklə tərtib olunmuş davamiyyət tabellərində Fuad Nəbiyevə əmək haqqı hesablanmasına dair bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı edərək 13 min 706 manat məbləğində pul vəsaitini mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, Saatlı rayonu Qara Nuru kənd Həkim məntəqəsinin sabiq müdiri İbrahiməjdər Hüseynovun tibb bacısı Aytac Əhədova tərəfindən faktiki olaraq görülməyən işlərə görə qanunsuz olaraq əmək haqqı köçürülməsi yolu ilə 2 min 646 manat məbləğdə pul vəsaitlərini öz qulluq mövqeyindən istifadə edərək mənimsəməsinə, Səidə Şahpələngovanın isə belə nəticənin baş verə biləcəyi imkanını görməyərək səhlənkarlıq etməsinə şübhələr üçün əsaslar müəyyən edilib.

İş üzrə toplanmış sübutlar əsasında Səidə Şahpələngovaya Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 313 (vəzifə saxtakarlığı) və 314.1-ci (səhlənkarlıq), Cəməsəddin Əhmədov, Səidə Cəlilova və İbrahiməjdər Hüseynova isə CM-nin 308.1 və 313-cü maddələri ilə ittiham elan edilərək, cinayət işi aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilib.

Törədilmiş cinayətlər nəticəsində dəymiş maddi ziyanın ödənilməsi təmin edilib.

18
Sinovac CoronaVac peyvəndi, arxiv şəkli

Azərbaycanda COVID-19-a qarşı peyvəndin vurulacağı tarix açıqlandı

55
(Yenilənib 18:48 15.01.2021)
İbrahim Məmmədov bildirib ki, sərtləşdirilmiş karantin rejiminin yumşaldılıb-yumşaldılmaması barədə isə məlumatı yoxdur.

BAKI, 15 yanvar — Sputnik. Azərbaycanda vaksinasiyanın başlayacağı tarix açıqlanıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov TRT Avaz-a müsahibəsində deyib.

O bildirib ki, gələn həftənin əvvəli Azərbaycanda vaksinasiyaya başlanılacaq: "Həm Türkiyə, həm də Azərbaycan Çin istehsalı peyvənd alıb. Azərbaycan Türkiyə ilə eyni vaksinləri alır. Bütün məsələlərdə olduğu kimi, bu məsələdə də Azərbaycan Türkiyə ilə həmrəylik nümayiş etdirdi".

İ.Məmmədov bildirib ki, sərtləşdirilmiş karantin rejiminin yumşaldılıb-yumşaldılmaması barədə isə məlumatı yoxdur.

55
Teqlər:
brifinq, Azərbaycan, peyvənd, Koronavirus, epidemiya, COVID-19
Koronavirus xəstəsi, arxiv şəkli

Şüa ilə koronavirusu müalicə etmək təhlükəlidir

8
(Yenilənib 01:13 15.01.2021)
"Bir insanı radiasiya ilə müalicə etməyə ehtiyac yoxdur. Müxtəlif radiasiya növləri mövcuddur. Rentgen şüaları və ultrabənövşəyi şüaların fərqi çox böyükdür"

BAKI, 15 yanvar — Sputnik. Koronavirusun radiasiya dozaları ilə müalicəsi təhlükəli ola bilər. Radiasiya və ultrabənövşəyi şüalardan səthləri və havanı dezinfeksiya etmək daha yaxşıdır. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə tibb elmləri doktoru, virusoloq Anatoli Altşteyn danışıb.

Rusiya və Özbəkistandan olan elm adamları zəif dozalı radiasiyanın koronavirusu və mutasiyalarını insana zərər vermədən məhv edə biləcəyini müəyyən ediblər.

Bu barədə əvvəllər Ural Federal Universitetinin mətbuat xidməti də məlumat vermişdi.

Universitetdən verilən məlumata görə, COVID-19-a radiasiya təsirinin tədqiqi Ural Federal Universiteti və Özbəkistan Respublikası Elmlər Akademiyasının alimləri tərəfindən aparılır. Birgə tədqiqatlar zamanı yumşaq rentgen və ultrabənövşəyi şüalanmanın koronavirusa təsirinin xüsusiyyətləri aşkar olunub.

"Bir insanı radiasiya ilə müalicə etməyə ehtiyac yoxdur. Müxtəlif radiasiya növləri mövcuddur. Rentgen şüaları və ultrabənövşəyi şüaların fərqi çox böyükdür", - deyə Altşteyn bildirib.

Belə ki, bir insana içindəki koronavirusu öldürə biləcək dozada şüa verilərsə, onun özünə zərər vermək ehtimalı böyükdür.

Virusoloq buna alternativ olaraq qeyd edib: "Səthləri şüalandırmaq ən yaxşı dezinfeksiyadır. Havada bir virusu ultrabənövşəyi şüalarla öldürmək olar". 

8
Teqlər:
təhlükə, radiasiya, şüa, Koronavirus, epidemiya, COVID-19
Mövzu:
Yeni tip koronavirus pandemiyası
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan koronavirusdan peyvənd vurdurur

Ərdoğan koronavirus peyvəndindən sonra: "Sapsağlamam"

0
(Yenilənib 00:05 16.01.2021)
Türkiyə Prezidentinə yanvarın 14-də Çinin "Sinovac" şirkətinin istehsalı olan "CoronaVac" vaksini vurulub.

BAKI, 16 yanvar — Sputnik. Bu ana qədər hər hansı bir yan təsiri olmayıb. Sputnik Azərbaycan "Hurriyet" nəşrinə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında bildirib.

"Bu ana qədər hər hansı bir yan təsiri olmayıb. Sapsağlamam. 28 gün sonra ikinci iynəmizi vurduracağıq", - deyə Ərdoğan qeyd edib.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan canlı yayımda koronavirusa qarşı peyvənd edilib.

Türkiyə Prezidentinə Çinin "Sinovac" şirkətinin istehsalı olan "CoronaVac" vaksini vurulub.

0