Koronavirusа qarşı peyvənd, arxiv şəkli

Koronavirus vaksini ilə bağlı hamını düşündürən məqam açıqlandı

92
(Yenilənib 00:46 09.01.2021)
"Kim istəyir ki, vaksin vurdursun, bu zaman onun virusu keçirib-keçirmədiyi ilə bağlı müəyyən şübhələri varsa, bunu aradan qaldırmaq üçün qan analizi verməlidir".

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 9 yanvar — Sputnik. Artıq Azərbaycan da koronavirusa görə vaksinlərin vurulması üçün hazırlıqlara başlayıb. Məlumatlara görə, yanvar ayının sonlarına əhali arasında risk qruplarının COVID-19 xəstəliyinə görə vaksin olunacağı gözlənilir. İndi yaranan əsas suallardan biri koronavirusu gizli keçirən şəxslərə peyvəndin vurulub-vurulmayacağı, vaksindən əvvəl peyvənd ediləcək şəxslərin koronavirusa görə testdən keçirilməsi ilə bağlıdır.

Yaqut Qarayeva, arxiv şəkli
© Sputnik / Murad Orujov

Sputnik Azərbaycan bu mövzuda kütləvi marağı nəzərə alaraq suallara aydınlıq gətirməyə çalışıb. Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyəti yanında tibbi-elmi komitəsinin sədri, professor Akif Qurbanov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, koronavirus keçirib sağalan şəxslər, yəni koronavirus testi pozitiv çıxanlar vaksin vurdurmaya bilərlər: "Əgər doğrudan da onun COVID-19 xəstəsi olduğu rəsmi təsdiqlənibsə, həmin şəxslər koronavirusa görə vaksin vurdurmaya bilərlər. Kim istəyir ki, vaksin vurdursun, bu zaman onun virusu keçirib-keçirmədiyi ilə bağlı müəyyən şübhələri varsa, bunu aradan qaldırmaq üçün qan analizi verməlidir. Bu zaman qanda anticisimlərin miqdarına baxılacaq. Qanda COVID virusu əleyhinə anticisimlərin miqdarına əsasən ona vaksinin vurulub-vurulmaması barədə qərar verilir".

Professor bildirir ki, simptomsuz xəstədə ola bilər ki, bu anticisim heç olmasın. Yaxud da olsa da çox az miqdarda olsun: "Bu zaman belə şəxslər də vaksin vurdura bilərlər. Qanda anticisimlərin miqdarı kifayət qədər olan şəxslər vaksin vurdurmaya bilər. Koronavirusu gizli keçirən şəxslər tibbdə virusu keçirməyən kimi qəbul olunur. Bunu dəqiqləşdirmək üçün anticisim testi aparılmalıdır".

O ki qaldı ümumiyyətlə vaksin vurulan zaman həmin şəxslərin hər birinin testdən keçirilib-keçirilməyəcəyinə, A.Qurbanov deyir ki, bu məsələ hələki müzakirə mərhələsindədir. Bu barədə son qərar qəbul edildikdən sonra ictimaiyyətə geniş açıqlama veriləcək.

Qeyd edək ki, "Vector" adlı xüsusilə təhlükəli infeksiyalar laboratoriyasının keçmiş rəhbəri Aleksandr Çepurnov deyib ki, artıq yeni növ koronavirus infeksiyasına yoluxan şəxslər bədənlərində mövcud olan anticisimlərin miqdarı aşağı düşəndə peyvənd olunmalıdırlar. Onun sözlərinə görə, antikorların sayı tədricən azaldığından onların miqdarı hər yarım aydan bir yoxlanılmalıdır: "Antikor göstəricisi aşağı həddə yaxınlaşdığı an peyvənd vurulmalıdır. Çünki keçirilən xəstəlik ona təkan verəcək və peyvənd daha yaxşı nəticə göstərəcək".

Novosibirsk Dövlət Universitetinin bionanotexnologiya, mikrobiologiya və virusologiya laboratoriyasının müdiri Sergey Netesov peyvəndin virus infeksiyasının təqlidi olduğunu deyib: "Bu səbəbdən, xəstəlikdən sonra yaranan antikorun titri mövcud dəyərləri üç-dörd dəfə üstələyirsə, onda həmin şəxs peyvənd olunan insan kimi özünü virusdan qoruyur".

Böyük Britaniyanın səhiyyə naziri Mett Henkok ölkə parlamentinin İcmalar Palatası qarşısında çıxışı zamanı bildirib ki, əhalinin koronavirusa qarşı vaksinasiyası hər altı aydan bir yenidən tələb oluna bilər: "Düşünürəm ki, bu peyvəndlərin qoruyucu təsirinin nəçə müddətlik olduğunu bilmədiyimiz üçün insanları yenidən vaksinasiya etməli ola bilərik. İnsanları nə qədər zamandan bir vaksinasiya etməli olduğumuzu bilmirik, lakin bu, altı aydan bir və ya hər il edilə bilər".

Akif Qurbanov isə bildirir ki, koronavirusa görə vaksinlərin 6 aydan bir təkrarlanmasına ehtiyac yoxdur: "Bu mütləq deyil ki, vaksin 6 aydan bir təkrar vurulsun. Əgər vaksin vurulan şəxslərdə immunitet kifayət qədər yaranıbsa və qanda anticisimlər kifayət qədər yüksək səviyyədə qalıbsa, o şəxslərə peyvəndin 6 aydan vurulmasına heç bir ehtiyac yoxdur".

92
Teqlər:
Koronavirus, epidemiya, COVID-19, Azərbaycan, vaksinasiya, vaksin
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər (390)
Qanda qlükozanın miqdarının yoxlanılması

Şəkərlə bağlı xərcləri əhəmiyyətli dərəcədə azaltmaq olar

10
(Yenilənib 23:07 16.01.2021)
"Ölkəmizdə qeydiyyatda olan şəkərli diabet xəstələrinin sayı 272 min nəfərdir. Onların 1850-ni uşaqlar təşkil edir".

BAKI, 16 yanvar — Sputnik. "Ölkəmizdə qeydiyyatda olan şəkərli diabet xəstələrinin sayı 272 min nəfərdir. Onların 1850-ni uşaqlar təşkil edir".

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev "Virtual Diabet Məktəbi" layihəsi üzrə Anlaşma Memorandumunun imzalanması mərasimində deyib. O bildirib ki, diabetlə əlaqəli fəsadlaşmaların sayının artması universal tibbi təminat baxımından dövlət büdcəsinə ağır maliyyə yükü yaradır:

"İlkin profilaktik tədbirləri və əhali arasında maarifləndirməni gücləndirməklə xəstəliklə bağlı xərcləri əhəmiyyətli dərəcədə azaltmaq olar. Bu baxımdan Anlaşma Memorandumu mənfi tendensiyanı müsbətə doğru çevirməkdə yeni imkanlar açır".

Agentliyin İdarə Heyətinin sədri deyib ki, hər il dünyada ölümlərin 11.3%-i şəkərli diabetlə bağlı olur.

10
Laboratoriya işçiləri, arxiv şəkli

Azərbaycanda COVID-19-a qarşı Vaksinasiya Strategiyası təsdiqlənib

5
Bu gün Azərbaycanda vaksinasiyanın yanvarın 18-də başlanacağı məlum olub. Peyvəndləmə iki mərhələdə aparılacaq.

BAKI, 16 yanvar - Sputnik. Baş Nazir Əli Əsədov “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”nı təsdiq edib.

Sputnik Azərbaycan bildirir ki, Nazirlər Kabinetinin saytında dərc olunmuş sənədə görə, Strategiyanın Tədbirlər Planında nəzərdə tutulmuş icraçı orqanlar (qurumlar) zəruri tədbirlərin müəyyən edilmiş müddətlərdə yerinə yetirilməsini təmin etməli və işlərin gedişatı barədə məlumatları mütəmadi olaraq Nazirlər Kabinetinə təqdim etməlidirlər.
Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Qeyd edək ki, bu gün Azərbaycanda vaksinasiyanın yanvarın 18-də başlanacağı məlum olub. Peyvəndləmə iki mərhələdə aparılacaq. Öncə səhiyyə işçiləri və 65 yaşdan yuxarı şəxslər, hüquq-mühafizə orqanları tərəfindən əks-epidemik tədbirlərə cəlb olunan heyət; ikinci mərhələdə isə tibbi cəhətdən yüksək risk qrupu; 50 yaş və daha yuxarı, ən az bir xroniki xəstəliyi olan şəxslər; təhsil və sosial sektorda çalışanlar, sosial müəssisələrdə daimi yaşayanlar və digərləri vaksinasiya olunacaqlar.

 

5
Teqlər:
Nazirlər Kabineti, strategiya, vaksinasiya, vaksin, Koronavirus, epidemiya, COVID-19
Mövzu:
Azərbaycanda COVID-19 əleyhinə vaksinasiya
Rəssamın rəngləri və fırçaları, arxiv şəkli

Adi karandaşla canlı kimi görünən qəhrəmanlarımız: bunlar 14 yaşlı uşağın əl işidir - FOTO

22
(Yenilənib 23:32 16.01.2021)
Yardımlıdan olan yeniyetmə Vətən müharibəsi şəhidlərinin portretlərini sadə karandaşla yaradır. O inanır ki, gələcəkdə məşhur fırça ustası olacaq

BAKI, 16 yanvar - Sputnik, Kəmalə Əliyeva. Akademik təhsilinin olmamasına rəğmən, on dörd yaşlı Səməd İskəndərli karandaşla unikal əsərlər yaradır. O, daha çox Qarabağ müharibəsinin qəhrəmanlarının portretlərini çəkir. Sputnik Azərbaycan bildirir ki, gənc rəssam üçün hazırda ən böyük çətinlik işləmək üçün şəraitin olmaması və rassam ləvazimatlarının yoxluğudur. 

Посмотреть эту публикацию в Instagram

Публикация от İskəndərli Səməd 🇦🇿 (@drawing.smd)

Səməd Yardımlı rayonunun Sırıq kəndində yaşayır. O, rəsmlə uşaqlıqdan maraqlanır. Maliyyə problemlərinə görə ailəsi ona inkişaf etməkdə yardım edə bilmir. Müəllimlə çalışmaq imkanı olmayan Səməd internetdə müxtəlif videoçarxlara baxaraq öyrənir. 

Посмотреть эту публикацию в Instagram

Публикация от İskəndərli Səməd 🇦🇿 (@drawing.smd)

"Təəssüf ki, valideynlərim mənə rəssamlıq üçün lazım olanları ala bilmirlər, çünki bu ləvazimatlar çox bahadır. Əvvəl ancaq sadə karandaşla çəkməyə başladım. Sonra mənim xaricdə yaşayan dostum tanışları vasitəsilə mənə rəngli karandaşlar göndərdi, indi də onlardan istifadə edirəm. Onun sayəsində öz üzərimdə daha çox işləmək arzusu yarandı", - Səməd deyir.

© Photo : Courtesy of Samed Iskenderli
Səməd İskəndərli

Gənc istedad qohumlarını, tanışlarını, müxtəlif filmlərin qəhrəmanlarını çəkir. Son işləri isə Vətən müharibəsinin qəhrəmanlarına həsr olunub. Onun sözlərinə görə, hər dəfə şəhidlərin portretlərini yaradanda böyük məsuliyyət hiss edir və çalışır ki, hər yeni işi öncəkindən daha yaxşı alınsın. 

Səməd əmindir ki, gələcəkdə məşhur rəssam olacaq və onun əsərlərini hər kəs tanıyacaq. 

22
Teqlər:
Yardımlı, yeniyetmə, rəssam, Qarabağ
Mövzu:
Sözlə deyə bilmədiklərimizin izharı - sənət