CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Koronavirus "cəbhəsindən" yaxşı xəbərlər gəlir

Abunə olmaq
İndiyədək ölkədə ümumilikdə 223417 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 205406 nəfər müalicə olunaraq sağalıb, 2869 nəfər vəfat edib

BAKI, 8 yanvar — Sputnik. Azərbaycanda son sutkada koronavirus infeksiyasına 532 yeni yoluxma faktı qeydə alınıb, 1879 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Son sutkada 24 nəfər COVID-19-dan vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 223417 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 205406 nəfər müalicə olunaraq sağalıb, 2869 nəfər vəfat edib. Hazırda 15142 aktiv xəstə var. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8383 , bu günə qədər isə ümumilikdə 2250291 test icra olunub.

Xəbər lenti
0