Polis postu, arxiv şəkli

Onlarda alınmadı, cəhd etməyin

15
(Yenilənib 13:59 31.12.2020)
Ölkə üzrə karantin rejimi qaydalarını pozan 2532 nəfər barəsində isə inzibati tənbeh tədbiri tətbiq olunub

BAKI, 31 dekabr - Sputnik. Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə sərt karantin rejiminin tətbiq edildiyi şəhər və rayonların giriş-çıxışlarında quraşdırılmış xüsusi postlarda Daxili İşlər Nazirliyinin hərbi qulluqçuları və polis əməkdaşları tərəfindən davam etdirilən nəzarət-profilaktiki tədbirlər nəticəsində 2020-ci il dekabrın 30-da da bəzi vətəndaşlar tərəfindən sərtləşdirilmiş karantin rejimi qaydalarının pozulması halları aşkarlanıb.

Sputnik Azərbaycan-a DİN-dən daxil olan məlumata görə, nəzarət-profilaktik yoxlamalar zamanı postlardan müvafiq qaydada icazə almadan keçməyə cəhd göstərən 4000 nəqliyyat vasitəsi müəyyən olunaraq geri qaytarılıb. Eləcə də qeyd olunan müddətdə ölkə üzrə karantin rejimi qaydalarını pozan 2532 nəfər barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.   

Eyni zamanda ev şəraitində müalicə təyin edilmiş 8 nəfər aktiv COVID-19 xəstəsi ictimai yerlərdə müəyyən olunaraq yaşadıqları ünvanlara qaytarılıb ki, onlardan da 6 nəfər barəsində cinayət işi başlanılıb.    

"Bir daha vətəndaşlarımızdan özünütəcrid tədbirlərinə uyğun davranmağı, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmağı, karantin rejimindən irəli gələn bütün tələb və qadağalara ciddi riayət etməyi xahiş edirik.

Xalqımızı Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə təbrik edir, ən xoş diləklərimizi yetirir, hər bir kəsə gözəl bayram ovqatı arzulayırıq", - məlumatda deyilir.

15
Teqlər:
Koronavirus, epidemiya, COVID-19, icazəsiz, nəqliyyat vasitəsi, sürücü, polis postu, Karantin rejimi, karantin
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar (432)
Koronavirusa qarşı peyvənd, arxiv şəkli

Bizə niyə Çin vaksini vuracaqlar? İşçi qrupunun üzvü xüsusiyyətləri sadalayır

11
(Yenilənib 15:56 19.01.2021)
"Ölkəmizdə illər boyu mövcud olan infrastruktur imkan verir ki, bu vaksinləri ölkənin ən ucqar nöqtəsinə çatdırıb, tətbiq edək" - Günay Quluzadə

BAKI, 19 yanvar — Sputnik. Azərbaycanda tətbiq edilən peyvəndin saxlanma qaydaları açıqlanıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən koronavirusla (COVID-19) mübarizə işçi qrupunun üzvü Günay Quluzadə bildirib ki, peyvəndlər temperatur və zərbə kimi ola biləcək kənar təsirlər hesablanaraq, paketlənir. Bu səbəbdən peyvənd ampulları istiliyə davamlı şüşələrdən seçilir.

"Peyvəndləri təhlükəsiz və soyuq şəraitdə saxlamaq lazımdır. Hər bir peyvəndin özünün saxlanma şərtləri var. Bəzi COVID-19 peyvəndləri -20, bəziləri -70 dərəcə saxlanma şərtləri tələb edir. Azərbaycanda tətbiq olunan "Sinovac" şirkətinin hazırladığı "CoronaVac" vaksinidir. Bu vaksinin saxlama temperaturu sadədir, 2-8 dərəcədə üç ilə qədər saxlamaq mümkündür. Vaksinin Türkiyədəki kliniki sınaq nəticələrinə əsasən, onun virusla mübarizədə 91,25 faiz effektiv olduğu müəyyən edilib. İnaktiv üsula görə hazırlanan bu peyvənddə yoluxucu xüsusiyyətini itirmiş virus bədənə verilir və bədənin xəstəlikdən immunitet qazanması hədəflənir. "CoronaVac" vaksini ənənəvi, etibarlı və sınanmış inaktiv platformada hazırlanır. Yüksək qoruyuculuq və uğurlu sınaq nəticələri var. Saxlanma şəraiti, çatdırılma və tətbiq şərtləri, "soyuq zəncir" sistemi tələbi əlverişlidir. Ölkəmizdə illər boyu mövcud olan infrastruktur imkan verir ki, bu vaksinləri ölkənin ən ucqar nöqtəsinə çatdırıb, tətbiq edək", - deyə Günay Quluzadə bildirib.

11
Teqlər:
Sinovac Biotech, vaksin, Koronavirus, epidemiya, COVID-19
Mövzu:
Azərbaycanda COVID-19 əleyhinə vaksinasiya
 Azərbaycanda koronavirus infeksiyasına qarşı vaksinasiya

Azərbaycanda universitetdə peyvəndləmə başladı

21
(Yenilənib 15:59 19.01.2021)
Vaksinasiya prosesində ilk növbədə risk qrupuna aid olan şəxslər, yəni yaşı 65-dən yuxarı olan həkimlər və universitet əməkdaşları iştirak edəcəklər

BAKI, 19 yanvar — Sputnik. Yanvarın 18-dən etibarən Azərbaycanda COVİD-19 infeksiyasına qarşı vaksinasiya prosesinə səhiyyə işçilərinin peyvəndlənməsi ilə start verilib. Artıq Azərbaycan Tibb Universitetinin (ATU) klinikalarında da vaksinasiya prosesinə başlanılıb. ATU-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, klinikalarda hər cür tələblərə cavab verən vaksinasiya məntəqələri fəaliyyət göstərir.

Əvvəlcə ATU-nun rektoru, professor Gəray Gəraybəyli və universitet rəhbərliyində təmsil olunan şəxslər peyvənd olunublar.

ATU-nun Tədris Cərrahiyyə Klinikasının direktoru, professor Surxay Hadıyev bildirib ki, vaksinasiya prosesində ilk növbədə risk qrupuna aid olan şəxslər, yəni yaşı 65-dən yuxarı olan həkimlər və universitet əməkdaşları iştirak edəcəklər. Sonra isə mərhələli şəkildə universitetin digər əməkdaşları da peyvənd olunacaqlar. S. Hadıyev vaksinasiyanın könüllü olduğunu diqqətə çatdırıb. Lakin qeyd edib ki, COVİD-19 pandemiyasına yoluxmamaq üçün peyvənd olunmaq çox vacibdir.

ATU-nun Tədris Stomotoloji Klinikasının direktoru, tibb üzrə fəlsəfə doktoru Mahir Səfərov qeyd edib ki, Səhiyyə Nazirliyi və Azərbaycan Tibb Universitetinin rəhbərliyinin göstərişinə əsasən, klinikada ayrıca vaksinasiya otağı ayrılıb:

"Orada 4 tibb bacısı fəaliyyət göstərir. Vaksinasiya üçün klinkamızda, demək olar ki, hər cür şərait yaradılıb. Tədris Cərrahiyyə Klinikasının reanimasiya blokundan bir tibb bacısı da bizə təhkim olunub".

ATU-nun Onkoloji Klinikasının müalicə işləri üzrə direktor müavini, dosent Nigar Mehdiyeva koronavirusa qarşı aparılan vaksinasiyanın əhalinin sağlamlığının qorunması üçün çox mühüm tədbirlər qrupuna aid olduğunu qeyd edib. Digər klinikalarda olduğu kimi Onkoloji Klinikada da sanitar və tibbi normalara uyğun olaraq vaksinasiya məntəqəsinin təşkil olunduğunu bildirib. Qeyd edək ki, adıçəkilən klinikalarda ATU-nun əməkdaşları vaksinasiya olunacaqlar.

21
Təlim hərbi hissələrində gənc əsgərlərin qəbulu

MN: Təlim hərbi hissələrində gənc əsgərlərin qəbulu davam edir

0
(Yenilənib 19:44 19.01.2021)
Hərbi qulluqçular şəxsi heyətin qəbul məntəqələrində qeydiyyatdan keçdikdən sonra müvafiq bölgü aparılır.

BAKI, 19 yanvar — Sputnik. "Azərbaycan Respublikası vətəndaşlarının 2021-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması haqqında" ölkə Prezidenti İlham Əliyevin müvafiq sərəncamının icrası ilə bağlı Azərbaycan Ordusunun təlim hərbi hissələrində gənc əsgərlərin qəbulu keçirilir.

Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyindən məlumat verilib.

Müdafiə nazirinin əmri ilə gənc əsgərlərin sağlamlığının qorunub saxlanılması məqsədilə yoluxucu xəstəliklərə qarşı profilaktik və əks-epidemik tədbirlər görülür. Eyni zamanda, müxtəlif mövsümi xəstəliklərdən qorunmaqla bağlı şəxsi heyətlə müvafiq maarifləndirmə işləri aparılır və onların sağlamlığına nəzarət məqsədi ilə gündəlik termometriyası keçirilir.

Hərbi qulluqçular şəxsi heyətin qəbul məntəqələrində qeydiyyatdan keçdikdən sonra müvafiq bölgü aparılır.

  • Təlim hərbi hissələrində gənc əsgərlərin qəbulu
    © AR Ministry of Defence
  • Təlim hərbi hissələrində gənc əsgərlərin qəbulu
    © AR Ministry of Defence
  • Təlim hərbi hissələrində gənc əsgərlərin qəbulu
    © AR Ministry of Defence
1 / 3
© AR Ministry of Defence
Təlim hərbi hissələrində gənc əsgərlərin qəbulu

Tibb məntəqələrində hərbi həkim komissiyası tərəfindən müayinə olunduqdan sonra hərbi qulluqçuların hər birinə tibbi kitabça açılır və gənc əsgərlərə müvafiq qaydada məişət xidmətləri göstərilir.

Hərbi qulluqçular bütün təminat növlərinə qoyulurlar və normalara uyğun olaraq qış hərbi geyim forması ilə təmin edilirlər.

Gənc əsgərlərin hazırlığı proqramına uyğun olaraq şəxsi heyətə sıra hazırlığı məşğələləri keçirilir və onlara hərbi intizamın möhkəmləndirilməsi üzrə mühazirələr oxunur.

0