Yarasa, arxiv şəkli

Dünya nəhənginə ittiham: məlumatları gizlətməyə çalışır - VİDEO

25
(Yenilənib 10:14 31.12.2020)
Müəlliflər sənədlərə istinadən bildirirlər ki, araşdırmalar aparan heyətin üçüncü şəxslərə koronavirusla bağlı məlumat, yaxud nümunə ötürmək hüququ yoxdur

BAKI, 31 dekabr - Sputnik. Çin COVID-19 infeksiyasının mənşəyi barədə məlumatları gizlətməyə çalışır.

Sputnik Azərbaycan bildirir ki, bunu Associated Press agentliyi yazır.

Müəlliflər yazırlar ki, onların məlumatına görə, hazırda virus daşıyıcıları olan yarasaların yaşadığı Yunnan əyalətindəki mağaralar Çin hökumətinin ciddi nəzarəti altındadır. Jurnalistlər həmçinin bildirirlər ki, dövlət təhlükəsizlik xidmətinin agentləri jurnalistlər mağaraların yanında olarkən onları izləyirmişlər. 

AP güman edir ki, Çində virus barədə araşdırmalar dərc olunmazdan öncə onları xüsusi komissiya yoxlayır, rəsmi Pekin isə SARS-CoV-2-nin öyrənilməsi üçün alimlərə böyük miqdarda qrantlar ayırır. 

Müəlliflər sənədlərə istinadən bildirirlər ki, araşdırmalar aparan heyətin üçüncü şəxslərə koronavirusla bağlı məlumat, yaxud nümunə ötürmək hüququ yoxdur. Nəşr həmçinin Çin hökumətini araşdırmalarla bağlı ayrı-seçkilik etməkdə də günahlandırır, yəni müəlliflərin sözlərinə görə, yarasalarla bağlı tədqiqat aparan, ancaq bununla dövlət xətti ilə məşğul olmayan bir qrup mütəxəssisin nümunələri müsadirə olunub. Çinin Xarici İşlər Nazirliyindən AP-nin sorğusuna cavab olaraq bildiriblər ki, koronavirusu bir çox ölkədə aşkarlayıblar, problemin həlli ilə də "qlobal səviyyədə" məşğul olmaq lazımdır. 

XİN-in rəsmi nümayəndəsi Xua Çunyin isə hələ aprel ayında bildirmişdi ki, Çin lap əvvəldən koronavirus infeksiyası ilə bağlı mətbuatda yayılan xəbərlərə münasibətdə açıq və məsuliyyətli mövqe tutub.

25
Teqlər:
ittiham, AP, tədqiqat, yarasa, mağara, Çin, Koronavirus, epidemiya, COVID-19
Mövzu:
Yeni tip koronavirus pandemiyası (579)
Sputnik V peyvəndi, arxiv şəkli

"Rusiya pul dalınca qaçmır": Avropada "Sputnik-V" peyvəndinin müdafiəsinə qalxdılar

18
(Yenilənib 17:59 18.01.2021)
Qərb "hekayəçiləri" illərdir Rusiyanın elm sahəsindəki inkişafını inkar etdiklərindən, indi bu ölkənin peyvənd yaratdığını eşidəndə təəccüblənirlər.

BAKI, 18 yanvar — Radio Sputnik. Rusiya koronavirus pandemiyasının qarşısını almağa qadir dərman hazırlayıb; "Monde diplomatique" fransız qəzetinin ispan nəşrinin yazdığına görə, Qərbdə rus elmi ilə bağlı cəhalət hökm sürür.

"Qərbin "Sputnik-V" peyvəndinin yaradılmasına laqeyd və şübhəli yanaşması Rusiyanın elmi ənənələri haqqında məlumatsızlıqdan irəli gəlir. "Dil, mədəni və siyasi fərqliliklərdən qaynaqlanan bu cəhalət Rusiyadakı təşəbbüslərə şübhə ilə yanaşır", – deyə jurnalist vurğulayır.

O qeyd edib ki, preparatın işlənib-hazırlanması Rusiyadakı elmi axtarışların bütöv bir tarixi elmi inkişaf zəncirinin nəticəsidir. Jurnalistin sözlərinə görə, Qərb "hekayəçiləri" illərdir Rusiyanın elm sahəsindəki inkişafını inkar etdiklərindən, indi bu ölkənin peyvənd yaratdığını eşidəndə təəccüblənirlər.

"ABŞ və Avropa Şurası kimi əczaçılıq laboratoriyalarının öz dərmanlarına astronomik qiymətlər qoyduğu ölkələrdən fərqli olaraq, Rusiya pul dalınca qaçmır", – deyə Federiko Kusko qeyd edir.

Onun sözlərinə görə, hazırda müxtəlif ölkələrdə "Sputnik-V" ilə bağlı geniş yayılmış bu cür şübhələr 50 ildən sonra heç kimin yadına düşməyəcək.

18

Koronavirusla mübarizənin yeni mərhələsi: Bakıda vaksinasiya necə başladı

28
(Yenilənib 17:02 18.01.2021)
Paytaxtın tibb müəssisələri koronavirusa qarşı hamıdan əvvəl peyvənd olunan şəxsləri qəbul etdi. Bunun necə baş verdiyini videoda izləyin.

Azərbaycanda vaksinasiya Çinin “CoronaVac” preparatından istifadə olunmaqla aparılır. Bu gün həmin preparat səhiyyə işçiləri və dövlət qurumlarında çalışanlar üzərində sınaqdan keçirildi. Daha sonra yaşı 65-dən yuxarı olan vətəndaşlar və hüquq-mühafizə orqanlarının pandemiyaya qarşı tədbirlərə cəlb olunmuş əməkdaşları peyvənd olunacaqlar.

Azərbaycanın tibb müəssisələrində peyvənd zonası yaradıldı - Reportaj >>

Qeyd edək ki, könüllü şəkildə peyvənd olunmaq istəyən vətəndaşlar bunun üçün elektron sistem vasitəsilə yaşayış yerlərinə ən yaxın tibb məntəqəsini və vaxtı seçməlidir. Lakin bundan əvvəl sahə həkiminin qəbulunda olmaq vacibdir.

28
Avtomat və güllələlər, arxiv şəkli

Qazax sakinində silah aşkarlanıb

0
(Yenilənib 00:11 19.01.2021)
Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdm edilib, faktlarla bağlı XPŞ-nin İstintaq Qrupunda cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

BAKI, 18 yanvar — Sputnik. Nəqliyyatda Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə Şöbəsinin və Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Gəncə st. Xətt Polis Şöbəsinin (XPŞ) əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə saxlamaqda və gəzdirməkdə şübhəli bilinən, Qazax şəhər sakini, Afiq Məmmədov XPŞ-yə gətirilib.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata istinadla xəbər verir ki, onun üzərində şəxsi axtarış keçirilən zaman əlində olan, göy rəngli politelen torbanın içərisindən 455 qram narkotik vasitə olan qurudulmuş "marixuana" aşkar edilərək götürülüb.

Afiq Məmmədovun ətrafında keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində onun Qazax şəhər ərazisindəki qəbirstanlıqda odlu silah gizlətməsi də məlum olub. Polis əməkdaşlarının həmin əraziyə keçirdiyi baxış zaman oradan bir ədəd istifadəyə yararlı "AKM-72" tipli avtomat və həmin avtomata aid 4 ədəd patron aşkar edilərək götürülüb.

Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdm edilib, faktlarla bağlı XPŞ-nin İstintaq Qrupunda cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

0