Ana və uşağı, arxiv şəkli

Südlə gələn sümüklə çıxar: COVID-ə yoluxan ana etsin?

20
(Yenilənib 21:32 30.12.2020)
"Əmizdirmə zamanı ana ilə körpə arasında məsafə az olduğundan hava-damcı yolu ilə yoluxma mümkündür"

BAKI, 30 dekabr — Sputnik. "COVID-19 virusu əsasən hava-damcı yolu vasitəsilə yayılır. Bu səbəbdən hamiləlik zamanı COVID-19-a yoluxma halı baş verərsə, virusun ana bətnindəki körpəyə keçmə ehtimalı minimaldır".

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin baş mama-ginekoloqu Sevinc Məmmədova hamilə qadınlara və analara COVID-19 riski ilə bağlı tövsiyəsində deyib. O bildirib ki, hamiləlik infeksiyaya meylliliyi artırmır və xəstəliyin klinik gedişatını ağırlaşdırmır, infeksiyalaşmış anaların əksəriyyəti sağalır: 

"Hamilə qadınlarda COVID-19 klinik əlamətləri hamilə olmayan şəxslərlə eynidir. Lakin hamilə qadınlarda COVID-19-la əlaqəli ağır fəsadlaşma baş verdikdə intensiv terapiya şöbəsinə hospitalizasiya və ekstrakorporal membran oksigenasiya zərurəti yarana bilər.

Ana südü ilə virusun yoluxması sübut olunmayıb. Lakin əmizdirmə zamanı ana ilə körpə arasında məsafə az olduğundan hava-damcı yolu ilə yoluxma mümkündür. Bu zaman anaların tibbi maskadan istifadəsi tövsiyə olunandır. Ana südündə passiv anticisimlər və digər infeksiya əleyhinə faktorlar olduğundan döşlə əmizdirmə alqışlanmalıdır".

Onun sözlərinə görə, ABŞ-ın bəzi xəstəxanalarında protokola uyğun COVID-19 ağır gedişatlı hamilələrdə remdesivirdən istifadə olunur: "Remdesivir SARS-CoV-2-nin vitro və digər koronaviruslara təsir edən yeni nukleotid analoqudur. Ebola və Marburq virus xəstəliyi olan hamilələrdə istifadə olunmuş və döl üçün hər hansı bir toksik təsiri haqqında məlumat olmamışdır. Lakin randomizə olunmuş klinik tədqiqat COVID-19 pandemiyası zamanı hamilə və süd verən analara bu dərmanın istifadəsini istisna edib. Bəzi tədqiqatlarda lopinavir – ritonavir (adətən İİV infeksiyalı hamilələrdə) istifadə edilir. Ciftdən keçir və vaxtından əvvəl doğuş riskini artırır. Lakin insanlarda teratogen effekt qeydə alınmayıb. COVID-19-da istifadə olunan ribavirin və barisitinib kimi vasitələr tertogen effektə malikdir.

Ana xəstə olduğu halda bilavasitə kontaktın azaldılması məqsədilə yenidoğulmuşun sağılmış ana südü ilə digər sağlam şəxs tərəfindən, gigiyena qaydalarına riayət edərək, qidalandırılması tövsiyə edirilir".

20
Teqlər:
süd, uşaq, ana, yoluxma, Koronavirus, COVID-19
Koronavirusa qarşı peyvənd, arxiv şəkli

Bizə niyə Çin vaksini vuracaqlar? İşçi qrupunun üzvü xüsusiyyətləri sadalayır

11
(Yenilənib 15:56 19.01.2021)
"Ölkəmizdə illər boyu mövcud olan infrastruktur imkan verir ki, bu vaksinləri ölkənin ən ucqar nöqtəsinə çatdırıb, tətbiq edək" - Günay Quluzadə

BAKI, 19 yanvar — Sputnik. Azərbaycanda tətbiq edilən peyvəndin saxlanma qaydaları açıqlanıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən koronavirusla (COVID-19) mübarizə işçi qrupunun üzvü Günay Quluzadə bildirib ki, peyvəndlər temperatur və zərbə kimi ola biləcək kənar təsirlər hesablanaraq, paketlənir. Bu səbəbdən peyvənd ampulları istiliyə davamlı şüşələrdən seçilir.

"Peyvəndləri təhlükəsiz və soyuq şəraitdə saxlamaq lazımdır. Hər bir peyvəndin özünün saxlanma şərtləri var. Bəzi COVID-19 peyvəndləri -20, bəziləri -70 dərəcə saxlanma şərtləri tələb edir. Azərbaycanda tətbiq olunan "Sinovac" şirkətinin hazırladığı "CoronaVac" vaksinidir. Bu vaksinin saxlama temperaturu sadədir, 2-8 dərəcədə üç ilə qədər saxlamaq mümkündür. Vaksinin Türkiyədəki kliniki sınaq nəticələrinə əsasən, onun virusla mübarizədə 91,25 faiz effektiv olduğu müəyyən edilib. İnaktiv üsula görə hazırlanan bu peyvənddə yoluxucu xüsusiyyətini itirmiş virus bədənə verilir və bədənin xəstəlikdən immunitet qazanması hədəflənir. "CoronaVac" vaksini ənənəvi, etibarlı və sınanmış inaktiv platformada hazırlanır. Yüksək qoruyuculuq və uğurlu sınaq nəticələri var. Saxlanma şəraiti, çatdırılma və tətbiq şərtləri, "soyuq zəncir" sistemi tələbi əlverişlidir. Ölkəmizdə illər boyu mövcud olan infrastruktur imkan verir ki, bu vaksinləri ölkənin ən ucqar nöqtəsinə çatdırıb, tətbiq edək", - deyə Günay Quluzadə bildirib.

11
Teqlər:
Sinovac Biotech, vaksin, Koronavirus, epidemiya, COVID-19
Mövzu:
Azərbaycanda COVID-19 əleyhinə vaksinasiya
 Azərbaycanda koronavirus infeksiyasına qarşı vaksinasiya

Azərbaycanda universitetdə peyvəndləmə başladı

21
(Yenilənib 15:59 19.01.2021)
Vaksinasiya prosesində ilk növbədə risk qrupuna aid olan şəxslər, yəni yaşı 65-dən yuxarı olan həkimlər və universitet əməkdaşları iştirak edəcəklər

BAKI, 19 yanvar — Sputnik. Yanvarın 18-dən etibarən Azərbaycanda COVİD-19 infeksiyasına qarşı vaksinasiya prosesinə səhiyyə işçilərinin peyvəndlənməsi ilə start verilib. Artıq Azərbaycan Tibb Universitetinin (ATU) klinikalarında da vaksinasiya prosesinə başlanılıb. ATU-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, klinikalarda hər cür tələblərə cavab verən vaksinasiya məntəqələri fəaliyyət göstərir.

Əvvəlcə ATU-nun rektoru, professor Gəray Gəraybəyli və universitet rəhbərliyində təmsil olunan şəxslər peyvənd olunublar.

ATU-nun Tədris Cərrahiyyə Klinikasının direktoru, professor Surxay Hadıyev bildirib ki, vaksinasiya prosesində ilk növbədə risk qrupuna aid olan şəxslər, yəni yaşı 65-dən yuxarı olan həkimlər və universitet əməkdaşları iştirak edəcəklər. Sonra isə mərhələli şəkildə universitetin digər əməkdaşları da peyvənd olunacaqlar. S. Hadıyev vaksinasiyanın könüllü olduğunu diqqətə çatdırıb. Lakin qeyd edib ki, COVİD-19 pandemiyasına yoluxmamaq üçün peyvənd olunmaq çox vacibdir.

ATU-nun Tədris Stomotoloji Klinikasının direktoru, tibb üzrə fəlsəfə doktoru Mahir Səfərov qeyd edib ki, Səhiyyə Nazirliyi və Azərbaycan Tibb Universitetinin rəhbərliyinin göstərişinə əsasən, klinikada ayrıca vaksinasiya otağı ayrılıb:

"Orada 4 tibb bacısı fəaliyyət göstərir. Vaksinasiya üçün klinkamızda, demək olar ki, hər cür şərait yaradılıb. Tədris Cərrahiyyə Klinikasının reanimasiya blokundan bir tibb bacısı da bizə təhkim olunub".

ATU-nun Onkoloji Klinikasının müalicə işləri üzrə direktor müavini, dosent Nigar Mehdiyeva koronavirusa qarşı aparılan vaksinasiyanın əhalinin sağlamlığının qorunması üçün çox mühüm tədbirlər qrupuna aid olduğunu qeyd edib. Digər klinikalarda olduğu kimi Onkoloji Klinikada da sanitar və tibbi normalara uyğun olaraq vaksinasiya məntəqəsinin təşkil olunduğunu bildirib. Qeyd edək ki, adıçəkilən klinikalarda ATU-nun əməkdaşları vaksinasiya olunacaqlar.

21
Çarpayıda gənc cütlük, arxiv şəkli

Hüquqşünas: "Yataq otağından çıxandan sonra söhbət ediləcək mövzu yoxdursa..."

0
(Yenilənib 15:15 19.01.2021)
"Kişilər unutmamalıdırlar ki, qadınla ailə həyatı quran zaman o, atası evindən çıxanda əxlaqsız olmur ki?! Əxlaqsız idisə, niyə alırdın? Deyildisə, deməli, sənin əlində əxlaqsız olub"

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 19 yanvar — Sputnik. Pandemiya dövründə daha əvvəl müşahidə edilməyən qaydalar tətbiq edildiyi üçün vətəndaşlar bu dönəmdə müxtəlif qayda pozuntuları ilə qarşılaşdılar. Karantin rejimi, SMS-icazə, evdə qalmaq kimi məhdudiyyətlər yenilik olduğu üçün bir çox vətəndaşlar bu vəziyyətlə barışmaqda çətinlik çəkdilər.

Bəs bu dövrdə vətəndaşlar hüquqşünaslara daha çox hansı hüquq pozuntusu ilə müraciət ediblər?

Hüquqşünas Tağı Hüseynov Sputnik Azərbaycan-ın suallarını cavablandırıb.

© Sputnik / Irade JELIL
Hüquqşünas Tağı Hüseynov

- Pandemiya dövründə vətəndaşları hüquqi istiqamətdə daha çox nə narahat edib?

- Pandemiya dövründə əsas hüquq pozuntuları iki istiqamətdə olub. Yəni şəxslərin bizə müraciətləri boşanma və inzibati orqanların tətbiq etdiyi cərimələrlə bağlı olub. Bir müddət əvvəl, sərt karantin rejimində evdə qalmaq tələbi, kafe və restoranların bağlı olması ailələri, demək olar ki, bir yerə topladı. Bu müddət ərzində mehriban olan ailələr daha da mehribanlaşdı. Problemli ailələrin problemi isə böyüyərək boşanma ilə nəticələndi.

İkinci istiqamətdə olan hüquq pozuntuları əsasən polisin yazdığı cərimələrlə bağlı olub. Belə ki, müraciət edən vətəndaşlar müxtəlif səbəblərlə polisin yazdığı cərimələrlə razılaşmadıqlarını dilə gətirirdilər. Bəziləri qeyd edirdilər ki, SMS müddətinin bitməsindən 2 dəqiqə sonra cərimə yazılıb, bəziləri evinin qapısında ona cərimə yazıldığını bildirirdilər. Bu problemlə qarşılaşan vətəndaşların 99 faizi məhkəməyə müraciət etmir. Düşünürlər ki, 100 manata görə məhkəmələrə vaxt ayırmağa dəyməz.

Ancaq bəzi prinsipial insanlar var ki, axıra qədər davam edirlər. Mən vətəndaşlara izah edirdim ki, məhkəməyə arayış yazmağa 50 manat vəkilə verməkdənsə, cəriməni tətbiq edən quruma müraciət ünvanlasınlar.

- Boşanma müraciətləri ilə bağlı vətəndaşlar səbəb kimi nəyi vurğulayırlar?

- Düzünü desək, son dövrlədə kişilər öz məsuliyyətlərini unudublar. Bir müddət əvvəl qadınlar hüquq bərabərliyi istəyirdilər. Bu da sizə hüquq bərabərliyi. Ailədə kişi və qadınların vəzifələri yazılı şəkildə müəyyən edilmədiyi üçün ailə daxilində ər və arvad ailədə öz vəzifəsini bilmir. Ərzaq, əmlak, yemək almaq və s. kimin vəzifəsidir? Heç kim bilmir. Çox qəribədir, ailədə kişi yeyib-yatanda, işləməyəndə məsuliyyətə cəlb edilmir, amma ayrılandan sonra aliment ödəməyəndə cəlb edilir.

Boşanmaların digər səbəbi isə xəyanətdir.

Sosial şəbəkələr xəyanətlərin artmasına səbəb olur. Qadın və ya kişi sosial şəbəkədə kimləsə tanış olur və düşünür ki, ərim, arvadım onsuz da bilməyəcək. Amma artıq texnologiya inkişaf edib. Bütün şəbəkələrin mesajlarını tutmaq mümkündür.

Kişilər unutmamalıdırlar ki, qadınla ailə həyatı quran zaman atası evindən çıxanda əxlaqsız olmur ki?! Əxlaqsız idisə, niyə alırdın? Deyildisə, deməli, sənin əlində əxlaqsız olub.

Qadınlar da ailə həyatına müvəqqəti baxırlar. Yəni ərə sadəcə ərə getmək, ana olmaq xatirinə gedirlər. Düşünmürlər ki, həyat yoldaşı olmaq da özü də gözəl statusdur.

Qızlar oğlanı tanımadan ailə həyatı qururlar. Bəzən olur ki, onlar yataq otağından çıxandan sonra yarım saat söhbət edə biləcək mövzu tapa bilmirlər.

Bu səbəbdən də ailələr uzun müddətli olmur.

- "Aliment Fondu"nun yaradılması müzakirə edilir.

- Fondun yaradılması bir neçə il əvvəl də müzakirə edilmişdi. Ancaq bu müzakirələr reallaşmadı. Çünki bu fondun yaradılması boşanmaların artmasına səbəb ola bilərdi. Məsələn, qadınlar onu incidən həyat yoldaşları ilə birlikdə yaşamaqdan imtina edəcəkdilər. Düşünəcəkdilər ki, əgər fond varsa, heç kişini aliment üçün məhkəməyə də verməyə ehtiyac qalmayacaq. "Aliment Fondu" uşağa aliment ödəyəcək.

Ancaq bu gün qadınlar düşünürlər ki, boşansalar, aliment də ala bilməsələr, uşağa tək baxa bilməyəcəklər. Məcburən güzəştə gedib, ailə həyatını davam etdirməli olurlar.

Bu səbəbdən də fondun müzakirəsi dayandırıldı.

Hesab edirəm ki, uşaq pulunun verilməsi müzakirə edilməlidir. Məsələn, hər uşağa 100 manat uşaq pulu ayrılsa, boşanma olsa belə, kişi öz payına düşən 75 manatı ödəməli olar.

Ölkədə hamı 2000 manat maaş almır. Normal maaş 500 manatdır. Əgər bu maaşı alan kişinin iki uşağı varsa, uşaqlara 350 manat ödənilməlidir. Bu da təbii ki, kişiyə də sərf etmir. Mən hesab edirəm ki, kişilərə güzəşt etmək lazımdır. Aliment verməyən kişi Azərbaycan üçün üz qarasıdır. Ancaq kişilərin gəlirləri də nəzərə alınmalıdır.

0
Teqlər:
müsahibə, problemlər, kişi, qadın, hüquqşünas