CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Deputatdan dərman qıtlığı ilə bağlı həyəcan təbili

© AFP 2023 / GEORGE FREYТаблетки, фото из архива
Таблетки, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Bəzi şəxslər bu qıtlığı süni şəkildə yaradırdılar""Bəzi şəxslər bu qıtlığı süni şəkildə yaradırdılar"

BAKI, 24 dekabr — Sputnik. "2021-ci ilin dövlət büdcəsində səhiyyə xərcləri nəzərəçarpacaq qədər artırılıb. Həmin vəsaitin böyük bir qismi ölkəmizdə icbari tibbi sığortanın tətbiqinə yönəldilib". Sputnik Azərbaycan-ın məlumatına görə, bunu parlamentin bu gün keçirilən iclasında Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

Таблетки, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Deputat: Koronavirusa qarşı dərmanların tapılmaması monopolistlərin işinə yarayır

Onun sözlərinə görə, 2021-ci ilin yanvarından 31 şəhər və rayonda icbari tibbi sığorta həyata keçirilməyə başlanılacaq: "Bu məqsədlə büdcədən 1 milyard 45 milyon manat vəsait ayrılıb. İllərdir ki, insanlarımız bunu gözləyirdilər".

Komitə sədri bildirib ki, pandemiyaya qarşı mübarizə üçün də xeyli vəsait ayrılıb: "Pandemiya elan olunduğu ilk gündən etibarən Prezidentin tapşırığı ilə Operativ Qərargah yaradıldı.

Pandemiyanın ikinci mərhələsində yoluxmanın sayı kəskin artsa da səhiyyə sistemimiz çökmədi. Bu gün 45 tibb müəssisəsi və 30 müasir laboratoriya pandemiya ilə mübarizəyə cəlb olunub.

Məndə olan məlumata görə, ölkəmizdə dərman ehtiyatı var. Ancaq bəzi şəxslər bu qıtlığı süni şəkildə yaradırdılar. 2021-ci ilin ilk aylarında ölkəmizə vaksinlər gətiriləcək".

Xəbər lenti
0