Koronavirusа qarşı peyvənd, arxiv şəkli

Koronavirusa qarşı ən ucuz ən bahalı peyvəndin qiyməti açıqlandı

69
(Yenilənib 21:35 19.12.2020)
Cədvəldə Belçika hökumətinin satın almağı planlaşdırdığı koronavirus peyvəndlərinin sayı, hər dozasına ödəniləcək vahid qiyməti və AŞ Komissiyası tərəfindən əldə edilən razılaşmaya uyğun olaraq ümumi xərclər də öz əksini tapıb.

BAKI, 19 dekabr — Sputnik. Belçikanın büdcə və istehlakçıların müdafiəsindən məsul olan dövlət naziri Eva De Blekeer səhvən Avropa Şurası (AŞ) Komissiyasının dərman istehsalçıları ilə razılığa gəldiyi və gizli qalması tələb olunan koronavirus peyvənd qiymətlərini "Twitter"də paylaşıb. Sputnik Azərbaycan CNN Türk-ə istinadla xəbər verir ki, nəticədə AŞ Komissiyasının bağladığı müqaviləyə görə, ən ucuz COVID-19 peyvəndinin "Oxford-AstraZeneca", ən bahalısının isə "Moderna" olduğu üzə çıxıb.

De Blekeer müxalifət partiyasından olan bir millət vəkilinin hökumətin koronavirus peyvəndi xərclərini necə ödəyəcəyi ilə bağlı sualından və tənqidi fikirlərindən sonra dövlətin COVID-19-la bağlı bütün maliyyə xərclərini əks etdirən cədvəli "Twitter"də hər kəsə açıq şəkildə paylaşıb. Beləliklə, həmin cədvəldə nəinki ayrı-ayrı firmaların peyvənd qiymətləri, Belçika hökumətinin satın almağı planlaşdırdığı koronavirus peyvəndlərinin sayı, hər dozasına ödəniləcək vahid qiyməti və AŞ Komissiyası tərəfindən əldə edilən razılaşmaya uyğun olaraq ümumi xərclər də öz əksini tapıb. Məlum olub ki, Belçika 33,5 milyon doza peyvənd üçün ümumilikdə 279 milyon 120 min 190 avro ödəyəcək.

Belçikalı nazir məsləhətçilərinin vəziyyəti görüb xəbərdar etməsindən bir müddət sonra "Twitter"dəki mesajını silib. Lakin istifadəçilərin çoxu mesajın şəklini çəkərək öz hesablarında paylaşmağa fürsət tapıblar.

Nazirin paylaşdığı cədvəldən o da məlum olub ki, AŞ Komissiyasının bütün üzv ölkələr üçün alınmasını nəzərdə tutduğu koronavirus peyvəndlərinin qiyməti bir-birindən kəskin şəkildə fərqlənir. Həmin cədvələ əsasən, ən ucuz peyvənd "AstraZenaca"nın Oxford Universiteti ilə birgə hazırladığı preparatdır. Bu peyvəndin bir dozası avropalılara 1,78 avroya başa gələcək.

Siyahıda qiymətinin ucuzluğuna görə ikinci yeri "Sanofi" şirkətinin istehsal etdiyi peyvənd tutur – bir dozası 7,56 avro.

Türkiyə mənşəli Almaniya alimləri Özlem Türeci və Uğur Şahinin rəhbərlik etdiyi, "BioNTech" və "Pfizer"-in birlikdə hazırladığı koronavirus peyvəndinin bir dozası isə 12 avroya başa gəlir.

O da məlum olub ki, ən bahalı peyvənd "Moderna" şirkəti tərəfindən hazırlanmış vaksindir. Onun bir dozası üçün 18 avro ödəmək lazım gəlir.

69
Teqlər:
Twitter, Sputnik-V peyvəndi, peyvənd, Koronavirus, epidemiya, COVID-19
Sputnik V peyvəndi, arxiv şəkli

"Rusiya pul dalınca qaçmır": Avropada "Sputnik-V" peyvəndinin müdafiəsinə qalxdılar

13
(Yenilənib 17:59 18.01.2021)
Qərb "hekayəçiləri" illərdir Rusiyanın elm sahəsindəki inkişafını inkar etdiklərindən, indi bu ölkənin peyvənd yaratdığını eşidəndə təəccüblənirlər.

BAKI, 18 yanvar — Radio Sputnik. Rusiya koronavirus pandemiyasının qarşısını almağa qadir dərman hazırlayıb; "Monde diplomatique" fransız qəzetinin ispan nəşrinin yazdığına görə, Qərbdə rus elmi ilə bağlı cəhalət hökm sürür.

"Qərbin "Sputnik-V" peyvəndinin yaradılmasına laqeyd və şübhəli yanaşması Rusiyanın elmi ənənələri haqqında məlumatsızlıqdan irəli gəlir. "Dil, mədəni və siyasi fərqliliklərdən qaynaqlanan bu cəhalət Rusiyadakı təşəbbüslərə şübhə ilə yanaşır", – deyə jurnalist vurğulayır.

O qeyd edib ki, preparatın işlənib-hazırlanması Rusiyadakı elmi axtarışların bütöv bir tarixi elmi inkişaf zəncirinin nəticəsidir. Jurnalistin sözlərinə görə, Qərb "hekayəçiləri" illərdir Rusiyanın elm sahəsindəki inkişafını inkar etdiklərindən, indi bu ölkənin peyvənd yaratdığını eşidəndə təəccüblənirlər.

"ABŞ və Avropa Şurası kimi əczaçılıq laboratoriyalarının öz dərmanlarına astronomik qiymətlər qoyduğu ölkələrdən fərqli olaraq, Rusiya pul dalınca qaçmır", – deyə Federiko Kusko qeyd edir.

Onun sözlərinə görə, hazırda müxtəlif ölkələrdə "Sputnik-V" ilə bağlı geniş yayılmış bu cür şübhələr 50 ildən sonra heç kimin yadına düşməyəcək.

13

Koronavirusla mübarizənin yeni mərhələsi: Bakıda vaksinasiya necə başladı

24
(Yenilənib 17:02 18.01.2021)
Paytaxtın tibb müəssisələri koronavirusa qarşı hamıdan əvvəl peyvənd olunan şəxsləri qəbul etdi. Bunun necə baş verdiyini videoda izləyin.

Azərbaycanda vaksinasiya Çinin “CoronaVac” preparatından istifadə olunmaqla aparılır. Bu gün həmin preparat səhiyyə işçiləri və dövlət qurumlarında çalışanlar üzərində sınaqdan keçirildi. Daha sonra yaşı 65-dən yuxarı olan vətəndaşlar və hüquq-mühafizə orqanlarının pandemiyaya qarşı tədbirlərə cəlb olunmuş əməkdaşları peyvənd olunacaqlar.

Azərbaycanın tibb müəssisələrində peyvənd zonası yaradıldı - Reportaj >>

Qeyd edək ki, könüllü şəkildə peyvənd olunmaq istəyən vətəndaşlar bunun üçün elektron sistem vasitəsilə yaşayış yerlərinə ən yaxın tibb məntəqəsini və vaxtı seçməlidir. Lakin bundan əvvəl sahə həkiminin qəbulunda olmaq vacibdir.

24
Bakı məktəblərin birində, arxiv şəkli

Orta məktəbi vaxtından əvvəl bitirmək istəyənlər üçün imkan

0
(Yenilənib 17:57 18.01.2021)
İstedadlı şagirdlər üçün təşkil olunan eksternat imtahanı Təhsil Nazirliyinin müvafiq əmri ilə təsdiq edilmiş "Ümumi təhsil pilləsinin ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrinin vaxtından əvvəl bitirilməsi Qaydaları" əsasında keçirilir.

BAKI, 18 yanvar — Sputnik. Ümumi təhsilin hər hansı səviyyəsini vaxtından əvvəl bitirmək istəyən istedadlı şagirdlər üçün eksternat qaydasında imtahan keçiriləcək. Sputnik Azərbaycan-ın məlumatına görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) əmrinə əsasən, eksternat imtahanı yanvarın 19-da təşkil olunacaq.

Qeydiyyatdan keçmiş məktəblilərin biliyi test imtahanı vasitəsilə yoxlanılacaq. İmtahan hər fəndən 10 sual olmaqla, fənn proqramlarına uyğun hazırlanacaq və nəticələr müvafiq komissiya tərəfindən 100 ballıq şkala üzrə qiymətləndiriləcək. Test imtahanından uğurla keçən istedadlı şagirdlər müsahibəyə cəlb olunacaqlar.

Qeyd edək ki, istedadlı şagirdlər üçün təşkil olunan eksternat imtahanı Təhsil Nazirliyinin müvafiq əmri ilə təsdiq edilmiş "Ümumi təhsil pilləsinin ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrinin vaxtından əvvəl bitirilməsi Qaydaları" əsasında keçirilir.

0