Tibbi maskalar, arxiv şəkli

Türkiyədən Azərbaycana epidemiya ilə mübarizə dəstəyi

11
(Yenilənib 12:23 17.12.2020)
Kampaniya çərçivəsində Azərbaycan Müdafiə Nazirliyinə yataq dəstləri, tibbi geyimlər, maskalar və dezinfeksiyaedici vasitələrdən ibarət müxtəlif tibbi ləvazimatlar göndəriləcək.

BAKI, 17 dekabr — Sputnik. Türkiyənin Diyanət Vəqfi tərəfindən Azərbaycana göndərilən yardım səlahiyyətli şəxslərə təhvil verilib. Bu barədə Sputnik Azərbaycan-a Türkiyə səfirliyindən daxil olan məlumatda bildirilir.

Səhiyyə ləvazimatlarından ibarət yardımın Azərbaycan Müdafiə Nazirliyinə çatdırılması üçün Tibbi Ərazi İdarəetmə Birliyinin (TƏBİB) səlahiyyətli şəxslərinə təhvil verilməsi mərasimində Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral və səfirliyin din müşaviri Zeki Yavuz Yılmaz iştirak ediblər.

Səfir Erkan Özoral mətbuata verdiyi açıqlamada Dağlıq Qarabağda 44 gün davam edən müharibənin Türkiyədə ciddi bir həssaslıq yaratdığını və ictimaiyyətin Azərbaycana dəstək göstərmək üçün hər cür səy göstərdiyini bildirib.

© Photo : Embassy of Turkey in Baku
Türkiyədən Azərbaycana göndərilən yardım

Türkiyə Diyanət Vəqfinin Azərbaycanın müxtəlif şəhərlərində bundan öncə də şəhid ailələrini əhatə edən yardım fəaliyyətləri həyata keçirdiyini xatırladan Özoral: "Yenə də həmin kampaniya çərçivəsində Azərbaycan Müdafiə Nazirliyinə yataq dəstləri, tibbi geyimlər, maskalar və dezinfeksiyaedici vasitələrdən ibarət müxtəlif tibbi ləvazimatlar ilə yanaşı, süd də təqdim ediləcək. Bu həssaslığı göstərdiklərinə görə Türkiyə Diyanət Vəqfinin rəhbərliyinə və Diyanət İşləri Başqanına təşəkkür edirəm", - səfir deyib.

Səfirliyin din müşaviri Zeki Yavuz Yılmaz təhvil verilən ləvazimatların yardımdan çox dəstək mənası daşıdığını qeyd edərək Azərbaycanın Qarabağdakı qələbə sevincini paylaşdıqlarını və Türkiyə Diyanət Vəqfinin Azərbaycana yardımlarını davam etdirəcəyini bildirib.

11
Teqlər:
tibbi ləvazımat, ləvazimat, səhiyyə, yardım, Azərbaycan, Türkiyə
Koronavirus testi, arxiv şəkli

Son sutkada Azərbaycanda koronavirusa yoluxanların virusdan ölənlərin sayı açıqlanıb

179
İndiyədək ölkədə ümumilikdə 327 601 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 308 317 nəfər müalicə olunaraq sağalıb, 4 713 nəfər vəfat edib. 14 571 nəfər aktiv xəstə sayını təşkil edib.

BAKI, 11 may - Sputnik. Azərbaycanda bu gün koronavirus infeksiyasına 514 yeni yoluxma faktı qeydə alınıb, 1306 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Məlumata görə, son sutkada nəfər 15 COVID-19-dan vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 327 601 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 308 317 nəfər müalicə olunaraq sağalıb, 4 713 nəfər vəfat edib. 14 571 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 081, bu günə qədər isə ümumilikdə 3 346 012 test icra olunub.

179
 COVİD-19 xəstəsi, arxiv şəkli

Peyvənd vurduranlar arxayınlaşmamalıdırlar

42
(Yenilənib 15:28 11.05.2021)
"İkinci dəfə yoluxan insanlar bu xəstəliyi daha ağır və ya daha yüngül formada keçirə bilərlər. Bu zaman onlar yenə də infeksiya mənbəyi kimi ətraflarında olan insanlar, xüsusilə də yaşlı və əvvəllər koronavirusa yoluxmamış insanlar üçün təhlükə yaradırlar" - Həkim.

BAKI, 11 may — Sputnik. Mərkəzi Gömrük Hospitalının Təcili tibbi yardım şöbəsinin rəisi Dr. Rəna Qasımova "COVID-19 xəstəliyini keçirən şəxs təkrar bu virusa yoluxa bilərmi?" sualını cavablandırıb.

Sputnik Azərbaycan-ın xəbərinə görə, həkim mövzu ilə əlaqədar olaraq bildirib ki, COVID infeksiyasına yoluxmuş insanlarda xəstəlik zamanı yaranan anticisimlərin qoruyuculuq müddəti müvəqqətidir. Birinci dəfə yoluxduqdan sonra əmələ gələn bu anticisimlər bir müddət sonra neqativləşir, başqa sözlə, qoruyuculuq qabiliyyətini itirir və insan təkrar koronavirusa yoluxa bilir:

"Peyvənd vurduran insanlar da arxayınlaşmamalı, tələb olunan gigiyenik qaydalara ciddi riayət etməlidirlər: tibbi maska taxılmalı, əllər tez-tez yuyulmalı və yaxud spirtlə silinməli, ara məsafə saxlanmalıdır, insanların sıx olduğu kütləvi tədbirlərdə mümkün qədər iştirak etməmək zəruridir".

"İkinci dəfə yoluxan insanlar bu xəstəliyi daha ağır və ya daha yüngül formada keçirə bilərlər. Bu zaman onlar yenə də infeksiya mənbəyi kimi ətraflarında olan insanlar, xüsusilə də yaşlı və əvvəllər koronavirusa yoluxmamış insanlar üçün təhlükə yaradırlar", - deyə o əlavə edib.

Həkim bildirir ki, bu vaxta qədər COVID-19 xəstəliyinə qarşı mübarizədə ən etibarlı vasitə vaksinasiya hesab olunur: "Bununla bərabər, insanın güclü immun sistemi də orqanizmin koronavirusla mübarizəsində mühüm rol oynayır. Ona görə də, peyvənd vurdurmaq və gigiyenik qaydalara ciddi riayət etməklə yanaşı, immuniteti möhkəmləndirmək üçün sağlam və aktiv həyat tərzi keçirmək, düzgün qidalanmaq lazımdır".

Eləcə də oxuyun: 

* Ölkədə yarım milyondan çox insanın COVID-ə immuniteti var

Gənc qadına altı doza vaksin vuruldu

* Çin 3-cü Dünya Müharibəsi üçün yeni xəstəliklər hazırlayır? - İddia

 

42
Teqlər:
yoluxma, maska, peyvənd, COVID-19, epidemiya, Koronavirus
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər

Ərdəbildə Səfəvilər sülaləsinin banisi - Şeyx Səfiəddinin türbəsi - Fotolent

0
Şeyx Səfi kompleksi Bakıdakı Şirvanşahlar saray kompleksi ilə birlikdə Azərbaycanda orta əsr memarlıq komplekslərinin dövrümüzə tam şəkildə çatmış nadir nümunələridir.

Şeyx Səfiəddin kompleksi Güney Azərbaycanın (hazırda İran ərazisi sayılır-red.) Ərdəbil şəhərində yerləşən tarixi-dini memarlıq kompleksidir. Kompleks Səfəviyyə sufi təriqətinin şeyxi Səfiəddinin məzarı üzərində inşa edilmiş türbə ətrafında formalaşıb. 

Səfəvilər sülaləsindən olan şahlar kompleksə böyük əhəmiyyət verərək onun genişləndirilməsi və zənginləşdirilməsini təşviq ediblər. Şah İsmayıl Xətainin dövründə Şeyx Səfinin türbəsinin (sonradan şah özü də bu türbədə dəfn edilmişdir) fasadı nəfis kaşı işləmələrlə bəzədilib. Onun oğlu I Təhmasibin dövründə Şeyx Səfinin xatirəsinə möhtəşəm memarlıq abidəsi olan məscid inşa edilib. I Şah Abbasın dövründə isə kompleksə Çinixana binası əlavə edilib.

Nəfis çiniçilik nümunələrinin toplandığı və sərgiləndiyi bina böyük kitabxanaya ev sahibliyi etməklə yanaşı, I Abbasın dövründə həm də rəsmi görüşlərin keçirilməsi üçün istifadə edilib. Kompleksin həyətlərindən birində isə Çaldıran döyüşü şəhidləri (həmin məzarların bir çoxu Pəhləvilərin hakimiyyəti zamanında dağıdılıb-red.) dəfn edilib.

Kompleksin şimal-qərb tərəfində zəngin bəzədilmiş giriş portalı var. Həmin portaldan sonra yerləşən daha sadə dizaynlı, soldan üç tağlı, sağdan isə bir tağlı nişlərlə əhatələnmiş portal geniş bağa aparır. Tikili bağ tərəfdən də bazar meydanı tərəfdən olan görünüşünü təkrarlayır. Bağ həyətinin qarşı tərəfində yerləşən digər bir portal bağı böyük həyətlə əlaqələndirən kiçik həyətə açılır. Kiçik həyətin girişi 31 metr uzunluğa və 16 metr enə malik böyük həyətə açılır. Daşlarla döşənmiş bu həyətin mərkəzində hovuz yerləşir. Böyük həyət ətrafında səkkizbucaqlı plana malik məscid, ona birləşən dairəvi plana malik Şeyx Səfi türbəsi yerləşir. Çinixana binası birbaşa həyətlə əlaqələndirilməsə də, bir tərəfdən məscid binasına bitişir. Məscidin arxasında, Şeyx Səfi türbəsi ilə yanaşı daha bir neçə türbə binası, o cümlədən Şah İsmayıl Xətainin türbəsi yerləşir.

Şeyx Səfi kompleksi Bakıdakı Şirvanşahlar saray kompleksi ilə birlikdə Azərbaycanda orta əsr memarlıq komplekslərinin dövrümüzə tam şəkildə çatmış nadir nümunələridir. 2010-cu ildə kompleks UNESCO tərəfindən Ümumdünya irsi siyahısına daxil edilib. Sputnik Azərbaycan həmin kompleksdən çəkilmiş fotoları təqdim edir. 

0
  • © Sputnik / Soheil Ghanbarzadeh

    Ərdəbildə Səfəvilər sülaləsinin banisi - Şeyx Səfiəddinin türbəsi.

  • © Sputnik / Soheil Ghanbarzadeh

    Ərdəbildə Səfəvilər sülaləsinin banisi - Şeyx Səfiəddinin türbəsi.

  • © Sputnik / Soheil Ghanbarzadeh

    Ərdəbildə Səfəvilər sülaləsinin banisi - Şeyx Səfiəddinin türbəsi.

  • © Sputnik / Soheil Ghanbarzadeh

    Ərdəbildə Səfəvilər sülaləsinin banisi - Şeyx Səfiəddinin türbəsi.

  • © Sputnik / Soheil Ghanbarzadeh

    Ərdəbildə Səfəvilər sülaləsinin banisi - Şeyx Səfiəddinin türbəsi.

  • © Sputnik / Soheil Ghanbarzadeh

    Ərdəbildə Səfəvilər sülaləsinin banisi - Şeyx Səfiəddinin türbəsi.

  • © Sputnik / Soheil Ghanbarzadeh

    Ərdəbildə Səfəvilər sülaləsinin banisi - Şeyx Səfiəddinin türbəsi.

  • © Sputnik / Soheil Ghanbarzadeh

    Ərdəbildə Səfəvilər sülaləsinin banisi - Şeyx Səfiəddinin türbəsi.

  • © Sputnik / Soheil Ghanbarzadeh

    Ərdəbildə Səfəvilər sülaləsinin banisi - Şeyx Səfiəddinin türbəsi.

  • © Sputnik / Soheil Ghanbarzadeh

    Ərdəbildə Səfəvilər sülaləsinin banisi - Şeyx Səfiəddinin türbəsi.

  • © Sputnik / Soheil Ghanbarzadeh

    Ərdəbildə Səfəvilər sülaləsinin banisi - Şeyx Səfiəddinin türbəsi.

  • © Sputnik / Soheil Ghanbarzadeh

    Ərdəbildə Səfəvilər sülaləsinin banisi - Şeyx Səfiəddinin türbəsi.

  • © Sputnik / Soheil Ghanbarzadeh

    Ərdəbildə Səfəvilər sülaləsinin banisi - Şeyx Səfiəddinin türbəsi.

  • © Sputnik / Soheil Ghanbarzadeh

    Ərdəbildə Səfəvilər sülaləsinin banisi - Şeyx Səfiəddinin türbəsi.

  • © Sputnik / Soheil Ghanbarzadeh

    Ərdəbildə Səfəvilər sülaləsinin banisi - Şeyx Səfiəddinin türbəsi.