Bakıda sərtləşdirilmiş xüsusi karantin rejimi

Bakılılara xəbərdarlıq - Hər nöqtədə varıq

77
(Yenilənib 21:56 15.12.2020)
Müvafiq icazələri olmadan yaşayış yerini tərk edən şəxslər təyin edilən postlarla yanaşı, polis və hərbi qulluqçulardan ibarət mobil qruplar vasitəsi ilə də müəyyən edilir

BAKI, 15 dekabr — Sputnik. Xüsusi karantin rejimi ilə əlaqədar polis əməkdaşları tərəfindən ölkə ərazisində gücləndirilmiş nəzarət profilaktik tədbirlər davam etdirilir.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, COVID-19 infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar daxili işlər orqanlarının əməkdaşları tərəfindən ölkə ərazisində gücləndirilmiş nəzarət profilaktik tədbirləri davam etdirilir.

Paytaxtın hər bir nöqtəsində, eləcə də respublikanın digər iri şəhərləri ilə yanaşı, bölgələrdə də xidmətə cəlb olunan polis və daxili qoşunların hərbi qulluqçuları tərəfindən karantin qaydalarına əməl olunmasına nəzarət daha da gücləndirilib. Müvafiq icazələri olmadan yaşayış yerini tərk edən şəxslər təyin edilən postlarla yanaşı, polis və hərbi qulluqçulardan ibarət mobil qruplar vasitəsi ilə də müəyyən edilir. Həmin şəxslər polisin xəbərdarlıqlarına əməl etmədikləri təqdirdə barələrində yerindəcə inzibati protokollar tərtib olunur.

Bir daha vətəndaşlarımızı sərtləşdirilmiş karantin rejimi dövründə polis əməkdaşları ilə yanaşı, bu virusla mübarizə aparan digər dövlət orqanları ilə birgə həmrəylik nümayiş etdirməyə çağırırıq.

77
Teqlər:
icazə, qayda pozuntusu, post, hərbçilər, polis, Bakı, karantin
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar (432)
Sputnik V peyvəndi, arxiv şəkli

"Rusiya pul dalınca qaçmır": Avropada "Sputnik-V" peyvəndinin müdafiəsinə qalxdılar

18
(Yenilənib 17:59 18.01.2021)
Qərb "hekayəçiləri" illərdir Rusiyanın elm sahəsindəki inkişafını inkar etdiklərindən, indi bu ölkənin peyvənd yaratdığını eşidəndə təəccüblənirlər.

BAKI, 18 yanvar — Radio Sputnik. Rusiya koronavirus pandemiyasının qarşısını almağa qadir dərman hazırlayıb; "Monde diplomatique" fransız qəzetinin ispan nəşrinin yazdığına görə, Qərbdə rus elmi ilə bağlı cəhalət hökm sürür.

"Qərbin "Sputnik-V" peyvəndinin yaradılmasına laqeyd və şübhəli yanaşması Rusiyanın elmi ənənələri haqqında məlumatsızlıqdan irəli gəlir. "Dil, mədəni və siyasi fərqliliklərdən qaynaqlanan bu cəhalət Rusiyadakı təşəbbüslərə şübhə ilə yanaşır", – deyə jurnalist vurğulayır.

O qeyd edib ki, preparatın işlənib-hazırlanması Rusiyadakı elmi axtarışların bütöv bir tarixi elmi inkişaf zəncirinin nəticəsidir. Jurnalistin sözlərinə görə, Qərb "hekayəçiləri" illərdir Rusiyanın elm sahəsindəki inkişafını inkar etdiklərindən, indi bu ölkənin peyvənd yaratdığını eşidəndə təəccüblənirlər.

"ABŞ və Avropa Şurası kimi əczaçılıq laboratoriyalarının öz dərmanlarına astronomik qiymətlər qoyduğu ölkələrdən fərqli olaraq, Rusiya pul dalınca qaçmır", – deyə Federiko Kusko qeyd edir.

Onun sözlərinə görə, hazırda müxtəlif ölkələrdə "Sputnik-V" ilə bağlı geniş yayılmış bu cür şübhələr 50 ildən sonra heç kimin yadına düşməyəcək.

18

Koronavirusla mübarizənin yeni mərhələsi: Bakıda vaksinasiya necə başladı

28
(Yenilənib 17:02 18.01.2021)
Paytaxtın tibb müəssisələri koronavirusa qarşı hamıdan əvvəl peyvənd olunan şəxsləri qəbul etdi. Bunun necə baş verdiyini videoda izləyin.

Azərbaycanda vaksinasiya Çinin “CoronaVac” preparatından istifadə olunmaqla aparılır. Bu gün həmin preparat səhiyyə işçiləri və dövlət qurumlarında çalışanlar üzərində sınaqdan keçirildi. Daha sonra yaşı 65-dən yuxarı olan vətəndaşlar və hüquq-mühafizə orqanlarının pandemiyaya qarşı tədbirlərə cəlb olunmuş əməkdaşları peyvənd olunacaqlar.

Azərbaycanın tibb müəssisələrində peyvənd zonası yaradıldı - Reportaj >>

Qeyd edək ki, könüllü şəkildə peyvənd olunmaq istəyən vətəndaşlar bunun üçün elektron sistem vasitəsilə yaşayış yerlərinə ən yaxın tibb məntəqəsini və vaxtı seçməlidir. Lakin bundan əvvəl sahə həkiminin qəbulunda olmaq vacibdir.

28
Avtomat və güllələlər, arxiv şəkli

Qazax sakinində silah aşkarlanıb

0
(Yenilənib 00:11 19.01.2021)
Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdm edilib, faktlarla bağlı XPŞ-nin İstintaq Qrupunda cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

BAKI, 18 yanvar — Sputnik. Nəqliyyatda Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə Şöbəsinin və Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Gəncə st. Xətt Polis Şöbəsinin (XPŞ) əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə saxlamaqda və gəzdirməkdə şübhəli bilinən, Qazax şəhər sakini, Afiq Məmmədov XPŞ-yə gətirilib.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata istinadla xəbər verir ki, onun üzərində şəxsi axtarış keçirilən zaman əlində olan, göy rəngli politelen torbanın içərisindən 455 qram narkotik vasitə olan qurudulmuş "marixuana" aşkar edilərək götürülüb.

Afiq Məmmədovun ətrafında keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində onun Qazax şəhər ərazisindəki qəbirstanlıqda odlu silah gizlətməsi də məlum olub. Polis əməkdaşlarının həmin əraziyə keçirdiyi baxış zaman oradan bir ədəd istifadəyə yararlı "AKM-72" tipli avtomat və həmin avtomata aid 4 ədəd patron aşkar edilərək götürülüb.

Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdm edilib, faktlarla bağlı XPŞ-nin İstintaq Qrupunda cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

0