Təcili yardım avtomobili, arxiv şəkli

Təcili yardımla bağlı tədbir görüləcək

37
(Yenilənib 12:58 14.12.2020)
Türkiyə və inkişaf etmiş ölkələrdəki fundamental təcili tibbi yardımın təşkilinin metodları, strategiyası müzakirələr edilmiş, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər üzrə fikir mübadiləsi aparılıb

BAKI, 14 dekabr — Sputnik. TƏBİB-in rəhbər heyəti ilə "Türkiyə Acil Tıp Derneği"nin (TATD) rəhbər heyəti arasında videokonfrans formatında görüş keçirilib. Bu barədə Sputnik Azərbaycan-a TƏBİB-dən məlumat verilib. Görüşdə TƏBİB-in İdarə Heyəti sədrinin müşaviri Şəhriyar Fətullayev qarşı tərəfə TƏBİB-in yaradılması, onun əsas vəzifə və məqsədləri, hazırkı fəaliyyəti və gələcək planları barədə geniş məlumat verib. Bundan başqa, təxirəsalınmaz və təcili tibbi yardım xidməti (TTTYX) sahəsində Azərbaycanda olan mövcud vəziyyət və TƏBİB tərəfindən həyata keçirilməsi planlaşdırılan zəruri islahatlar barədə TATD nümayəndə heyətinə ətraflı məlumat verilib, Türkiyə və inkişaf etmiş ölkələrdəki fundamental təcili tibbi yardımın təşkilinin metodları, strategiyası müzakirələr edilib, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər üzrə fikir mübadiləsi aparılıb.

Türkiyə tərəfinin nümayəndə heyətinin rəhbəri TATD sədri Süleyman Türedi isə öz növbəsində Dərnək haqqında Azərbaycan tərəfinə təqdimat verib. Türedi Azərbaycandakı səhiyyə sistemində aparılan islahatlara töhfə vermək məqsədilə TTTYX-nın qurulması, təşkili, kadr potensialının hazırlanması və inkişaf etdirilməsi üçün qarşılıqlı razılaşma əsasında TATD tərəfindən TƏBİB-ə zəruri dəstəyin göstərilməsinə hazır olduğunu və bu sahədə gələcək əməkdaşlıq perspektivləri barədə öz təkliflərini bildirib. Tədbirin sonunda hər iki tərəf görüşdən məmnunluq hissini ifadə edib və əldə edilmiş razılaşmaya əsasən, qurumlar arasında qarşılıqlı əməkdaşlığın rəsmi həyata keçirilməsi məqsədilə Koordinasiya Qrupunun yaradılması qərara alınıb.

37
Teqlər:
Azərbaycan, Türkiyə, təcili yardım
Sinovac CoronaVac peyvəndi, arxiv şəkli

Azərbaycanda COVID-19-a qarşı peyvəndin vurulacağı tarix açıqlandı

55
(Yenilənib 18:48 15.01.2021)
İbrahim Məmmədov bildirib ki, sərtləşdirilmiş karantin rejiminin yumşaldılıb-yumşaldılmaması barədə isə məlumatı yoxdur.

BAKI, 15 yanvar — Sputnik. Azərbaycanda vaksinasiyanın başlayacağı tarix açıqlanıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov TRT Avaz-a müsahibəsində deyib.

O bildirib ki, gələn həftənin əvvəli Azərbaycanda vaksinasiyaya başlanılacaq: "Həm Türkiyə, həm də Azərbaycan Çin istehsalı peyvənd alıb. Azərbaycan Türkiyə ilə eyni vaksinləri alır. Bütün məsələlərdə olduğu kimi, bu məsələdə də Azərbaycan Türkiyə ilə həmrəylik nümayiş etdirdi".

İ.Məmmədov bildirib ki, sərtləşdirilmiş karantin rejiminin yumşaldılıb-yumşaldılmaması barədə isə məlumatı yoxdur.

55
Teqlər:
brifinq, Azərbaycan, peyvənd, Koronavirus, epidemiya, COVID-19
Koronavirus xəstəsi, arxiv şəkli

Şüa ilə koronavirusu müalicə etmək təhlükəlidir

8
(Yenilənib 01:13 15.01.2021)
"Bir insanı radiasiya ilə müalicə etməyə ehtiyac yoxdur. Müxtəlif radiasiya növləri mövcuddur. Rentgen şüaları və ultrabənövşəyi şüaların fərqi çox böyükdür"

BAKI, 15 yanvar — Sputnik. Koronavirusun radiasiya dozaları ilə müalicəsi təhlükəli ola bilər. Radiasiya və ultrabənövşəyi şüalardan səthləri və havanı dezinfeksiya etmək daha yaxşıdır. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə tibb elmləri doktoru, virusoloq Anatoli Altşteyn danışıb.

Rusiya və Özbəkistandan olan elm adamları zəif dozalı radiasiyanın koronavirusu və mutasiyalarını insana zərər vermədən məhv edə biləcəyini müəyyən ediblər.

Bu barədə əvvəllər Ural Federal Universitetinin mətbuat xidməti də məlumat vermişdi.

Universitetdən verilən məlumata görə, COVID-19-a radiasiya təsirinin tədqiqi Ural Federal Universiteti və Özbəkistan Respublikası Elmlər Akademiyasının alimləri tərəfindən aparılır. Birgə tədqiqatlar zamanı yumşaq rentgen və ultrabənövşəyi şüalanmanın koronavirusa təsirinin xüsusiyyətləri aşkar olunub.

"Bir insanı radiasiya ilə müalicə etməyə ehtiyac yoxdur. Müxtəlif radiasiya növləri mövcuddur. Rentgen şüaları və ultrabənövşəyi şüaların fərqi çox böyükdür", - deyə Altşteyn bildirib.

Belə ki, bir insana içindəki koronavirusu öldürə biləcək dozada şüa verilərsə, onun özünə zərər vermək ehtimalı böyükdür.

Virusoloq buna alternativ olaraq qeyd edib: "Səthləri şüalandırmaq ən yaxşı dezinfeksiyadır. Havada bir virusu ultrabənövşəyi şüalarla öldürmək olar". 

8
Teqlər:
təhlükə, radiasiya, şüa, Koronavirus, epidemiya, COVID-19
Mövzu:
Yeni tip koronavirus pandemiyası
Gözəllik salonu, arxiv şəkli

Bu sahələrin fəaliyyətinə yanvarın 25-dən icazə veriləcək

0
Ancaq xəbərdarlıq da var: Fəaliyyətinə icazə verilən iş və xidmət sahələrində pandemiya dövrü ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları ilə müəyyən edilmiş məhdudiyyət və tələblərə ciddi riayət olunmalıdır

BAKI, 16 yanvar — Sputnik. Azərbaycanda sərtləşdirilmiş xüsusi karantin rejimi çərçivəsindəki məhdudiyyətlərin bir qisminin 2021-ci il 18 yanvar saat 00:00-dan yumşaldılması qərara alınıb. Sputnik Azərbaycan 2021-ci il 25 yanvar saat 00:00-dan etibarən ölkə ərazisində fəaliyyətinə icazə verilən iş və xidmətlərin siyahısını təqdim edir:

● ticarət obyektlərinin fəaliyyəti (ictimai iaşə obyektləri, kafe, çay evləri və bu kimi məkanlarda müştərilərə yerində xidmət və iri ticarət mərkəzlərinin, "Mall"ların fəaliyyəti istisna olmaqla);

● bərbərxanaların, gözəllik salonlarının fəaliyyəti və kosmetik xidmətlər (o cümlədən, bu sahələrdə müştərinin evində və ya digər məkanda xidmət);

● muzey və sərgi zallarının fəaliyyəti;

● şəhərlərarası və rayonlararası hərəkət.

Fəaliyyətinə icazə verilən iş və xidmət sahələrində pandemiya dövrü ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları ilə müəyyən edilmiş məhdudiyyət və tələblərə ciddi riayət olunmalıdır.

0
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar