İnsan qanı ilə dolu paket, arxiv şəkli

Azərbaycanda qana tələbat artıb - əhaliyə müraciət olundu

30
"Bu günlərdə sağlam insanların həmrəylik nümayiş etdirib qana ehtiyacı olan xəstələrə yardım etmələri, damarlarında axan qanı hədiyyə vermələri vacibdir"

BAKI, 14 dekabr — Sputnik. Mərkəzi Qan Bankı vətəndaşlara müraciət edib. Qan Bankından Sputnik Azərbaycan-a verilən xəbərə görə, koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkədə yoluxma hallarının artması talassemiya, hemofiliya, leykoz, eləcə də ağır koronavirus (COVID-19) xəstəliyindən əziyyət çəkən insanlar üçün qan tələbatını artırıb:

"Bu günlərdə sağlam insanların həmrəylik nümayiş etdirib qana ehtiyacı olan xəstələrə yardım etmələri, damarlarında axan qanı hədiyyə vermələri vacibdir. Qan Bankları 24 saat açıqdır. Sterillik və digər zəruri təhlükəsizlik üçün xüsusi tədbirlər görülüb. Sərtəşdirilmiş karantin günlərində vətəndaşlarımızın karantin qaydalarına uyğun saatlıq icazə ilə evdən çıxdıqlarını nəzərə alaraq bildirmək istəyirik ki, qanvermə prosesi zamanı gecikmə olarsa, donorlar tərəfimizdən gecikmənin səbəbini bildirən arayışla təmin olunacaqlar. Qan ehtiyacı olan vətəndaşlarımız xilaskarlarını gözləyirlər. Önə çıx, həyat xilas et!"

30
Teqlər:
Koronavirus, COVID-19, əhali, müraciət, tələbat, Mərkəzi Qan Bankı, qan
Sputnik V peyvəndi, arxiv şəkli

"Rusiya pul dalınca qaçmır": Avropada "Sputnik-V" peyvəndinin müdafiəsinə qalxdılar

18
(Yenilənib 17:59 18.01.2021)
Qərb "hekayəçiləri" illərdir Rusiyanın elm sahəsindəki inkişafını inkar etdiklərindən, indi bu ölkənin peyvənd yaratdığını eşidəndə təəccüblənirlər.

BAKI, 18 yanvar — Radio Sputnik. Rusiya koronavirus pandemiyasının qarşısını almağa qadir dərman hazırlayıb; "Monde diplomatique" fransız qəzetinin ispan nəşrinin yazdığına görə, Qərbdə rus elmi ilə bağlı cəhalət hökm sürür.

"Qərbin "Sputnik-V" peyvəndinin yaradılmasına laqeyd və şübhəli yanaşması Rusiyanın elmi ənənələri haqqında məlumatsızlıqdan irəli gəlir. "Dil, mədəni və siyasi fərqliliklərdən qaynaqlanan bu cəhalət Rusiyadakı təşəbbüslərə şübhə ilə yanaşır", – deyə jurnalist vurğulayır.

O qeyd edib ki, preparatın işlənib-hazırlanması Rusiyadakı elmi axtarışların bütöv bir tarixi elmi inkişaf zəncirinin nəticəsidir. Jurnalistin sözlərinə görə, Qərb "hekayəçiləri" illərdir Rusiyanın elm sahəsindəki inkişafını inkar etdiklərindən, indi bu ölkənin peyvənd yaratdığını eşidəndə təəccüblənirlər.

"ABŞ və Avropa Şurası kimi əczaçılıq laboratoriyalarının öz dərmanlarına astronomik qiymətlər qoyduğu ölkələrdən fərqli olaraq, Rusiya pul dalınca qaçmır", – deyə Federiko Kusko qeyd edir.

Onun sözlərinə görə, hazırda müxtəlif ölkələrdə "Sputnik-V" ilə bağlı geniş yayılmış bu cür şübhələr 50 ildən sonra heç kimin yadına düşməyəcək.

18

Koronavirusla mübarizənin yeni mərhələsi: Bakıda vaksinasiya necə başladı

28
(Yenilənib 17:02 18.01.2021)
Paytaxtın tibb müəssisələri koronavirusa qarşı hamıdan əvvəl peyvənd olunan şəxsləri qəbul etdi. Bunun necə baş verdiyini videoda izləyin.

Azərbaycanda vaksinasiya Çinin “CoronaVac” preparatından istifadə olunmaqla aparılır. Bu gün həmin preparat səhiyyə işçiləri və dövlət qurumlarında çalışanlar üzərində sınaqdan keçirildi. Daha sonra yaşı 65-dən yuxarı olan vətəndaşlar və hüquq-mühafizə orqanlarının pandemiyaya qarşı tədbirlərə cəlb olunmuş əməkdaşları peyvənd olunacaqlar.

Azərbaycanın tibb müəssisələrində peyvənd zonası yaradıldı - Reportaj >>

Qeyd edək ki, könüllü şəkildə peyvənd olunmaq istəyən vətəndaşlar bunun üçün elektron sistem vasitəsilə yaşayış yerlərinə ən yaxın tibb məntəqəsini və vaxtı seçməlidir. Lakin bundan əvvəl sahə həkiminin qəbulunda olmaq vacibdir.

28
Avtomat və güllələlər, arxiv şəkli

Qazax sakinində silah aşkarlanıb

0
(Yenilənib 00:11 19.01.2021)
Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdm edilib, faktlarla bağlı XPŞ-nin İstintaq Qrupunda cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

BAKI, 18 yanvar — Sputnik. Nəqliyyatda Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə Şöbəsinin və Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Gəncə st. Xətt Polis Şöbəsinin (XPŞ) əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə saxlamaqda və gəzdirməkdə şübhəli bilinən, Qazax şəhər sakini, Afiq Məmmədov XPŞ-yə gətirilib.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata istinadla xəbər verir ki, onun üzərində şəxsi axtarış keçirilən zaman əlində olan, göy rəngli politelen torbanın içərisindən 455 qram narkotik vasitə olan qurudulmuş "marixuana" aşkar edilərək götürülüb.

Afiq Məmmədovun ətrafında keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində onun Qazax şəhər ərazisindəki qəbirstanlıqda odlu silah gizlətməsi də məlum olub. Polis əməkdaşlarının həmin əraziyə keçirdiyi baxış zaman oradan bir ədəd istifadəyə yararlı "AKM-72" tipli avtomat və həmin avtomata aid 4 ədəd patron aşkar edilərək götürülüb.

Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdm edilib, faktlarla bağlı XPŞ-nin İstintaq Qrupunda cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

0