Rusiyada tibb işçiləri, arxiv şəkli

COVID-19-a yoluxanların sayı 66 milyonu ötdü - Çin Azərbaycandan da geri pillədə

21
Xəstəliyin ilkin mənbəyi hesab olunan Çin yoluxmaya görə artıq xeyli pillə geriləyərək 75-ci yerdə qərarlaşıb

BAKI, 5 dekabr — Sputnik. Sutka ərzində qeydə alınan rəqəmlərə görə, hazırda dünyada COVID-19-a  yoluxanların sayı 66 milyon 231 min 472-dir. Sputnik Azərbaycan-ın www.worldometers-ə istinadən xəbərinə görə, ümumilikdə bu günədək xəstəlikdən ölənlərin sayı 1 milyon 524 min 972-dir. Son sutkaya olan rəqəmlərə görə, virusdan sağalanların sayı isə 45 milyon 812 min 972-dir. Hazırda dünyada aktiv xəstə sayı 18 milyon 894 min 74-dür.

Qeyd edək ki, hazırda xəstəliyə ən çox yoluxma halı ABŞ, Hindistan və Braziliyada qeydə alınıb. Xəstəliyin ilkin mənbəyi hesab olunan Çin isə yoluxmaya görə artıq xeyli pillə geriləyərək 75-ci yerdə qərarlaşıb. Azərbaycan yoluxma sayına görə dünyada 55-cidir.

21
Teqlər:
Braziliya, Hindistan, ABŞ, dünya, yoluxma, Koronavirus, epidemiya, COVID-19, Uhan
Mövzu:
Yeni tip koronavirus pandemiyası (586)
Bakıda tibbi maska taxmış şəxs, arxiv şəkli

Bakıda koronavirus ocağı bu ərazidir

19
(Yenilənib 23:42 23.01.2021)
Ölkəmizdə koronavirusa ən çox yoluxma faktı Bakı şəhərində müşahidə olunub. Belə ki, ümumi yoluxma hallarının 52,2 faizi paytaxtda qeydə alınıb.

 

BAKI, 23 yanvar — Sputnik. Bakı şəhəri üzrə yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma göstəriciləri açıqlanıb. Sputnik Azərbaycan-ın koronavirusinfo.az saytına istinadən məlumatına görə, paytaxtın rayonları arasında ən yüksək yoluxma göstəricisi Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, paytaxt üzrə yoluxma hallarının 15 faizi həmin rayonun payına düşür. Bakı şəhərinin digər rayonlarına gəlincə, yoluxma hallarının 13,1 faizi Xətai, 12,2 faizi Yasamal, 10,8 faizi Sabunçu, 8,2 faizi Nərimanov, 8,2 faizi Suraxanı, 7,8 faizi Nəsimi, 7 faizi Nizami, 6,8 faizi Xəzər, 5,4 faizi Qaradağ, 5 faizi Səbail, 0,5 faizi Pirallahı rayonlarında qeydə alınıb.

Qeyd edək ki, ölkəmizdə koronavirusa ən çox yoluxma faktı Bakı şəhərində müşahidə olunub. Belə ki, ümumi yoluxma hallarının 52,2 faizi paytaxtda qeydə alınıb.

19
Sputnik V vaksininin istehsalı, arxiv şəkli

Rusiya peyvəndi Türkiyədə istehsal olunacaq

15
(Yenilənib 22:59 23.01.2021)
Rusiyanın "Sputnik V" peyvəndinin Türkiyədə istehsalı üçün türk əczaçılıq şirkəti ilə müqavilə imzalanıb.

BAKI, 23 yanvar — Sputnik. Rusiya Birbaşa İnvestisiyalar Fondu "Sputnik V" peyvəndinin Türkiyədə istehsalı üçün türk əczaçılıq şirkəti ilə müqavilə imzalayıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, artıq istehsal üçün lazım olan texnologiyanın köçürülməsinə başlanılıb. Peyvənd həm Türkiyədə daxili bazara, həm də digər ölkələrə göndəriləcək. Qeyd edək ki, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bir müddət əvvəl Rusiya peyvəndinin Türkiyədə istehsal olunacağını açıqlamışdı.

15
Dəniz quldurlarının bayrağı, arxiv şəkli

Dəniz quldurları Türkiyə gəmisinə hücum edib, azərbaycanlı mühəndis öldürülüb

0
(Yenilənib 00:29 24.01.2021)
Gəminin kapitanı bildirib ki, quldurlar radardan başqa bütün sistemləri söküblər: "Gəmini yalnız radarla təhlükəsiz əraziyə aparırıq və gəminin kapitan müavini ayağından yaralanıb".

BAKI, 24 yanvar - Sputnik. Nigeriya sahillərində “Motsart” adlı Türkiyə şirkətinə məxsus Liberiya bayrağı altında üzən gəmiyə dəniz quldurları hücum edib.

“Report” xəbər verir ki, gəmidə olan 15 nəfər girov götürülüb, azərbaycanlı mühəndis isə qətlə yetirilib.

Gəminin kapitanı bildirib ki, quldurlar radardan başqa bütün sistemləri söküblər:

"Gəmini yalnız radarla təhlükəsiz əraziyə aparırıq və gəminin kapitan müavini ayağından yaralanıb".

0