CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Sırf bu virusu öldürəcək dərmanlar azdır" - Səhiyyə Nazirliyinin rəsmisi

CC0 / qimono / InfectionМикробы, фото из архива
Микробы, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Hazırda biz hansı vaksinlər daha keyfiyyətli ola bilər deyə bu istiqamətdə araşdırma aparırıq" - Nazirlik rəsmisi

BAKI, 2 dekabr — Sputnik. "Aptekə getsəniz, sizə çoxlu antibakterial dərmanlar verə bilərlər. Amma sırf bu virusu öldürəcək dərmanlar azdır. Virus hüceyrədə yaşayır. Onu öldürmək üçün biz mütləq hüceyrəni öldürməliyik ki, virusu da öldürə bilək. Eyni ilə xərçəng xəstəliyində olduğu kimi". Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Səhiyyə Nazirliyinin rəsmisi Adil Allahverdiyev bu gün jurnalistlər üçün təşkil olunan brifinqdə deyib.

O, vaksinlərlə bağlı da danışıb. Bildirib ki, hələlik əlimizdə heç bir vaksin yoxdur:

"COVID-19-a qarşı antitellər 4-6 ay qalır və sonradan azalmağa başlayır. Bu səbəbdən də vaksinlərə ehtiyac var. Hazırda biz hansı vaksinlər daha keyfiyyətli ola bilər deyə bu istiqamətdə araşdırma aparırıq".

O, insanları profilaktik tədbirlər görməyə, qorunmağa, maksimum maskadan istifadə etməyə səsləyib.

Xəbər lenti
0