Həkim, arxiv şəkli

"Koronavirus xəstələri vena daxilinə infuziyalara üz tuturlar" - TƏBİB-in infeksionisti

18
"Bəzən xəstələr həkimlərin ev şəraitində tətbiq etdiyi müalicədən kənar antibiotik və virus əleyhinə dərmanlar qəbul edirlər"

BAKI, 2 dekabr — Sputnik. Azərbaycanda koronavirusa yoluxmuş şəxslər həkimin onlara tətbiq etdiyi dərman preparatlarından əlavə dərman preparatları qəbul edirlər. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) İnfeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə bildirib.

O deyib ki, bəzən xəstələr həkimlərin ev şəraitində tətbiq etdiyi müalicədən kənar antibiotik və virus əleyhinə dərmanlar qəbul edir, hətta vena daxilinə infuziyalara üz tuturlar: "Bəzi xəstələr bu müalicəni evdə özləri başlayır, xəstəliyin son ağırlaşmış mərhələsində bizə müraciət edirlər. Bütün bunların həyati təhlükəli olduğunu vətəndaşların diqqətinə bir daha çatdırmaq istəyirəm".

N.Mustafayeva bildirib ki, xəstəliyi yüngül keçirənlərin evi tərk etməsi virusa yoluxma sayını artırır: "Gün ərzində aldığımız məlumatlara görə, koronavirusa yoluxmuş şəxslərin 80 faizi xəstəliyi yüngül simptomlarla keçirirlər. Amma bu xəstəliyə ciddi yanaşan, həssas olan şəxslər xəstəxanaya axın edirlər. Özündə xəstəlik əlaməti hiss edənlər və virusu pozitiv çıxanlar isə bəzən yaşayış yerini tərk edirlər. Bu da onların və ətrafdakıların sağlamlığı üçün təhlükə yaradır".

18
Teqlər:
brifinq, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi, qan damarları, xəstə, iynə, Koronavirus, epidemiya, COVID-19
İsraildə epdimioloji vəziyyət

İsraildə “Pfizer” vaksini vurulan 13 nəfər üz iflici olub

2
Ötən ilin 20 dekabr tarixində İsraildə yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı kütləvi vaksinasiya prosesinə başlanılıb.

BAKI, 17 yanvar - Sputnik. İsraildə yeni növ koronavirus infeksiyasına qarşı “Pfizer” vaksini ilə peyvənd olunan 13 nəfər üz iflici olub.

“Report”un məlumatına görə, bu barədə “The Jerusalem Post” İsrail Səhiyyə Nazirliyinin hesabatına istinadən xəbər verib.

Nazirlik bildirib ki, üz iflici olanların sayı daha çox ola bilər.

Qeyd edək ki, ötən ilin 20 dekabr tarixində İsraildə yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı kütləvi vaksinasiya prosesinə başlanılıb. İlk olaraq İsrailin Baş naziri Binyamin Netanyahu peyvənd olunub.

2

Azərbaycanda koronavirusdan ölənlərin sayı 3 mini keçdi

11
(Yenilənib 16:31 17.01.2021)
İndiyədək ölkədə ümumilikdə 227 273 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 215 263 nəfər müalicə olunaraq sağalıb

BAKI, 17 yanvar - Sputnik. Azərbaycan Respublikasında koronavirus infeksiyasına 322 yeni yoluxma faktı qeydə alınıb, 845 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 11 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 227 273 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 215 263 nəfər müalicə olunaraq sağalıb, 3 009 nəfər vəfat edib, aktiv xəstə sayı 8 996 nəfərdir.

Ötən müddət ərzində 2 milyon 318 min 193 test aparılıb. Bugünkü test sayı isə 6 776-dır.

11