Asqırmaq, arxiv şəkli

"Özünümüalicə ilə məşğul olmaq çox təhlükəlidir" - Baş infeksionist danışdı

15
(Yenilənib 15:08 27.11.2020)
"Yadda saxlayın ki, yalnız həkim-mütəxəssis xəstəliyin ağırlığını düzgün qiymətləndirərək adekvat müalicə yaza bilər və lazım gəldikdə xəstəxanaya vaxtında göndərilmə barədə düzgün qərar verə bilər".

BAKI, 27 noyabr — Sputnik. Koronavirus pandemiyası ilə bağlı Səhiyyə Nazirliyinin Baş infeksionisti Təyyar Eyvazov mövcud vəziyyət barədə müsahibə verib. Sputnik Azərbaycan həmin müsahibəni təqdim edir:

- Mövcud vəziyyəti necə qiymətləndirirsiniz?

- Hazırda bütün dünyada yeni koronavirus adlı kabus dolanır. Bu infeksiya milyonlarla insanın xəstələnməsinə, milyon yarımadək insanın isə həyatına bais olub. Bir çox ölkələrdə vəziyyət acınacaqlıdır. Pandemiya ölkəmizdən də yan keçməmişdir. Təəssüflə qeyd etmək istəyirəm ki, son vaxtlarda aparılan kompleks əks-epidemik tədbirlərə baxmayaraq yoluxma halları sürətlə artaraq yüksək həddə çatmışdır. Bu hal insanların sağlamlıq durumuna mənfi təsir göstərməklə yanaşı, səhiyyə sisteminin normal fəaliyyəti üçün çox böyük çətinliklər yaradır. Bu artım bir tərəfdən mövsümi faktorlarla bağlı olsa da, digər tərəfdən bizlərin bu təhlükəyə nə cür münasibət bəsləməyimizdən, tövsiyə olunan karantin qaydalarına necə əməl etməyimizdən çox asılıdır.

- Bəs, özümüzü necə qoruyaq?

- Bilməliyik ki, qaydalara düzgün əməl etmək yoluxmanı azaldır. Gəlin bu sadə, lakin effektiv qaydalara əməl etməklə özümüzü, yaxınlarımızı qoruyaq, problemlə birgə mübarizə aparaq. Buna öz nizam-intizamımız ilə nail olaq. Yalnız kollektiv məsuliyyət virusun yayılmasının qarşısını alır. Əgər bir nəfər maskada gəzəcəksə, çətin ki, problemi həll edək. Belə qlobal məsələlər birlikdə həll oluna bilər. Hamı üçün əsas tövsiyələrdən biri də insanlarla təmasları məhdudlaşdırmaqdır. Hələ ki, bunlardan təsirli vasitə icad olunmayıb. Hamılıqla riayət edək-birlikdə güclü olaq! Koronavirusa qalib gələk! Ətrafa çıxışımızı elə planlaşdıraq ki, virusun potensial gəzdiricisi ilə lazımsız təmasda olmayaq. Ərzaq bazarlığımızı həftəlik edək, yaxınlarımız və doğmalarımızla açıq məkanlarda görüşək. İctimai nəqliyyatda ağzımızı və burnumuzu örtək. Əhalinin kütləvi toplaşdığı yerlərə lüzumsuz getməyək, kampaniya ilə toplaşmayaq. Havaların artıq soyuq keçməsi ilə əlaqədar bağlı məkanlarda daha çox olsaq da, otaqların tez-tez havalandırılmasını yaddan çıxarmayaq.

- Vətəndaşlar koronavirusla digər respirator virus infeksiyalarını necə ayırd etməlidir və ilk simptomları hiss etdikdə hansı addımları atmalıdırlar?

- Hazırda kəskin respirator virus infeksiyalarının da mövsümü artımı müşahidə olunur. Yeni koronavirus infeksiyası ilə digər kəskin respirator virus infeksiyalarının klinik əlamətləri çox oxşardır. Xüsusən xəstəliyin başlanğıcında rast gələn əlamətlərə görə bunları bir-birindən ayırmaq olduqca çətindir. Ona görə də özündə hərarətin yüksəlməsi, ümumi zəiflik, əzkinlik, quru öskürək, boğaz ağrısı və s. kimi əlamətlər olan şəxs birinci növbədə özünü evdə təcrid etməli, ailə üzvləri ilə bərabər maskadan istifadə etməli, həmçinin yaşadığı ərazi üzrə telefonla poliklinikaya müraciət etməlidir. İlk günlərdən xəstənin həkim nəzarətində olması daha düzgün sayılır.

-  Bəzi şəxslər tanışlardan əldə etdikləri reseptlər vasitəsi ilə evdə özünümüalicə ilə məşğul olur. Bu təhlükəlidirmi?

- Yeni koronavirus infeksiyası təsdiqlənmiş və ya güman edilən hallarda özünümüalicə ilə məşğul olmaq çox təhlükəlidir. Yadda saxlayın ki, yalnız həkim-mütəxəssis xəstəliyin ağırlığını düzgün qiymətləndirərək adekvat müalicə yaza bilər və lazım gəldikdə xəstəxanaya vaxtında göndərilmə barədə düzgün qərar verə bilər. Əks halda, çox ağır, hətta ölümcül fəsadlarla üzləşə bilərik. Ağırlaşmış halların hətta ən təchizatlı xəstəxanalarda belə müalicəsi çox çətindir və bəzi hallarda effektsiz ola bilər. Evdə müalicə olunan yüngül xəstələrə effektivliyi sübut olunmamış müxtəlif preparatların, antibiotik və hormonal dərmanların istifadəsi qəti qadağandır. Bu vasitələrdən düzgün istifadə olunmadığı hallarda nəinki xeyir vermir, əksinə xəstəyə zərər vuraraq vəziyyəti bir qədər də pisləşdirir. Özünümüalicə xəstəliyin gedişini təhrif edərək ağırlaşmaların gec aşkar olunmasına şərait yaradır. Bu hallarda gecikmiş hospitalizasiyanın nəticəsi faciəvi ola bilər.

Bir daha təkidlə tövsiyə edirik, qaydalara əməl etməklə özünüzü və doğmalarınızı qoruyun, həyatınızı lazımsız riskə atmayın, özünüzü narahat hiss etdikdə gecikmədən yaşayış yeri üzrə poliklinikaya müraciət edin, sağlamlığınızı yalnız müvafiq ixtisaslı peşəkar həkimlərə etibar edin.

15
Teqlər:
yoluxma, karantin, müalicə, virus
Sinovac CoronaVac peyvəndi, arxiv şəkli

Azərbaycanda COVID-19-a qarşı peyvəndin vurulacağı tarix açıqlandı

51
(Yenilənib 18:48 15.01.2021)
İbrahim Məmmədov bildirib ki, sərtləşdirilmiş karantin rejiminin yumşaldılıb-yumşaldılmaması barədə isə məlumatı yoxdur.

BAKI, 15 yanvar — Sputnik. Azərbaycanda vaksinasiyanın başlayacağı tarix açıqlanıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov TRT Avaz-a müsahibəsində deyib.

O bildirib ki, gələn həftənin əvvəli Azərbaycanda vaksinasiyaya başlanılacaq: "Həm Türkiyə, həm də Azərbaycan Çin istehsalı peyvənd alıb. Azərbaycan Türkiyə ilə eyni vaksinləri alır. Bütün məsələlərdə olduğu kimi, bu məsələdə də Azərbaycan Türkiyə ilə həmrəylik nümayiş etdirdi".

İ.Məmmədov bildirib ki, sərtləşdirilmiş karantin rejiminin yumşaldılıb-yumşaldılmaması barədə isə məlumatı yoxdur.

51
Teqlər:
brifinq, Azərbaycan, peyvənd, Koronavirus, epidemiya, COVID-19
Koronavirus xəstəsi, arxiv şəkli

Şüa ilə koronavirusu müalicə etmək təhlükəlidir

8
(Yenilənib 01:13 15.01.2021)
"Bir insanı radiasiya ilə müalicə etməyə ehtiyac yoxdur. Müxtəlif radiasiya növləri mövcuddur. Rentgen şüaları və ultrabənövşəyi şüaların fərqi çox böyükdür"

BAKI, 15 yanvar — Sputnik. Koronavirusun radiasiya dozaları ilə müalicəsi təhlükəli ola bilər. Radiasiya və ultrabənövşəyi şüalardan səthləri və havanı dezinfeksiya etmək daha yaxşıdır. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə tibb elmləri doktoru, virusoloq Anatoli Altşteyn danışıb.

Rusiya və Özbəkistandan olan elm adamları zəif dozalı radiasiyanın koronavirusu və mutasiyalarını insana zərər vermədən məhv edə biləcəyini müəyyən ediblər.

Bu barədə əvvəllər Ural Federal Universitetinin mətbuat xidməti də məlumat vermişdi.

Universitetdən verilən məlumata görə, COVID-19-a radiasiya təsirinin tədqiqi Ural Federal Universiteti və Özbəkistan Respublikası Elmlər Akademiyasının alimləri tərəfindən aparılır. Birgə tədqiqatlar zamanı yumşaq rentgen və ultrabənövşəyi şüalanmanın koronavirusa təsirinin xüsusiyyətləri aşkar olunub.

"Bir insanı radiasiya ilə müalicə etməyə ehtiyac yoxdur. Müxtəlif radiasiya növləri mövcuddur. Rentgen şüaları və ultrabənövşəyi şüaların fərqi çox böyükdür", - deyə Altşteyn bildirib.

Belə ki, bir insana içindəki koronavirusu öldürə biləcək dozada şüa verilərsə, onun özünə zərər vermək ehtimalı böyükdür.

Virusoloq buna alternativ olaraq qeyd edib: "Səthləri şüalandırmaq ən yaxşı dezinfeksiyadır. Havada bir virusu ultrabənövşəyi şüalarla öldürmək olar". 

8
Teqlər:
təhlükə, radiasiya, şüa, Koronavirus, epidemiya, COVID-19
Mövzu:
Yeni tip koronavirus pandemiyası
Prezident İlham Əliyev Şuşada

İlham Əliyev: "Gəlin alın, görüm necə alırsınız?"

0
(Yenilənib 21:49 15.01.2021)
"Unutmasınlar, bizim səbrimizlə oynamasınlar, 44 günlük müharibə onların yadından çıxmasın. Yoxsa ordu qurub torpaqları geri alacaq?

BAKI, 15 yanvar — Sputnik. "Bu gün Dağlıq Qarabağda özünü siyasətçi adlandıran bəzi ünsürlər yenə də baş qaldırmağa çalışırlar".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşada Molla Pənah Vaqifin büstünün və məqbərəsi ziyarət edərkən bildirib.

"Unutmasınlar, bizim səbrimizlə oynamasınlar, 44 günlük müharibə onların yadından çıxmasın. Yoxsa ordu qurub torpaqları geri alacaq? Gəlin, alın. Gəlin bura, siz buradasınız, yaxındasınız. Gəlin alın, görüm necə alırsınız? İti qovan kimi qovmuşuq sizi, rədd etmişik, cəhənnəmə göndərmişik", - deyə İlham Əliyev qeyd edib.

0