Alıcı bazarda yumurta yığır, arxiv şəkli

Yumurta yeyən insanlar bu xəstəliyə daha çox yoluxur

149
(Yenilənib 19:01 22.11.2020)
Gün ərzində bir yumurta yeyən şəxslərin xəstəlik riski 60 faiz artıb. Qadınlar arasında bu göstərici kişilərdən çox olub.

BAKI, 22 noyabr — Sputnik. Çin, Avstraliya və Qətər alimləri mütəmadi olaraq yumurta yeməyin zərərlərini açıqlayıb.

Sputnik Azərbaycan xəbər verir ki, araşdırmanın nəticələri "British Journal of Nutrition" jurnalında yer alıb.

Ekspertlər 1991-2009-cu illər arasında 8545 nəfərin qidalanma məlumatlarını təhlil edib. 

Mütəxəssislər müəyyən ediblər ki, gündəlik 38 qramdan çox yumurta yemək II tip diabet riskini 25 faiz artırır.

Gün ərzində bir yumurta yeyən şəxslərin xəstəlik riski 60 faiz artıb. Qadınlar arasında bu göstərici kişilərdən çox olub.

Alınan nəticə, elm adamlarına diabet riskinin toyuq yumurtası istehlakı ilə artdığını sübut edib.

Bununla yanaşı, dietoloq Aitor Sanchez açıq rəngli qabıqlı və tünd rəngli qabıqlı yumurta arasındakı fərqi müəyyən etmişdir. Onun sözlərinə görə, yumurta qabığının rəngi toyuğun verəcəyi rəng piqmentindən asılıdır.

149
Teqlər:
Qətər, Avstraliya, Çin, yumurta, şəkərli diabet xəstəsi, şəkərli diabet, diabet, dieta, dietoloq
Azərbaycanda koronavirusa qarşı vaksinasiya

Azərbaycanda COVID-19-a görə peyvənd olunanların sayı açıqlanıb

7
(Yenilənib 14:14 06.03.2021)
Hazırkı dövrədək ölkədə koronavirus infeksiyasına qarşı 390 489 nəfər peyvəndlənmə prosesində iştirak edib.

BAKI, 6 mart — Sputnik. Martın 5-də Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 27 073 nəfər vaksinasiya olunub. Bu barədə Sputnik Azərbaycan-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Qeyd olunub ki, hazırkı dövrədək ölkədə koronavirus infeksiyasına qarşı 390 489 nəfər peyvəndlənmə prosesində iştirak edib.

Qeyd edək ki, Azərbaycan COVID-19-a yoluxmaya görə dünyada 55-dir. Ölkəmizdə virusa yoluxanların ümumi sayı 236 min 12, ölənlərin sayı isə 3 min 235-dir.

 

7
ABŞ-da epidemioloji vəziyyət

COVID-19 rəqəmlərində yenidən artma olacaq - ÜST açıqladı

19
(Yenilənib 12:32 06.03.2021)
"6 həftə idi ki, virusa yoluxmada rəqəmlərdə azalmalar müşahidə olunur. Artıq bu ümidverici dövr başa çatdı, bir neçə gündür mərkəzi və şərqi Avropa ölkələrində virusa yoluxmada artım var".

BAKI, 6 mart — Sputnik. Ümumdünya Səhiyyə Təşkilatı 6 həftə rəqəmlərin aşağı olmasından sonra virusa yoluxmada yenidən artım olduğunu açıqlayıb. Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, bu barədə ÜST-ün Avropa üzrə direktoru Hans Kluqe məlumat verib. O bildirib ki, son günlərdə mərkəzi və şərqi Avropa ölkələrində virusa yoluxmada rəqəmlərdə artım olub:

"6 həftə idi ki, virusa yoluxmada rəqəmlərdə azalmalar müşahidə olunur. Artıq bu ümidverici dövr başa çatdı, bir neçə gündür mərkəzi və şərqi Avropa ölkələrində virusa yoluxmada artım var".

O bu artımın 9 faizədək olduğunu bildirib.

 

 

19
Ballistik raket buraxılışı, arxiv şəkli

Türkiyə ilə sərhəddə ballistik raketləri kim atıb?

0
Cerablus və Bab rayonları Türkiyə Silahlı Qüvvələrinin antiterror əməliyyatı həyata keçirdiyi “Fərat qalxanı” bölgəsinə daxildir.

BAKI, 6 mart — Sputnik. Suriyanın Türkiyə ilə sərhəddində yerləşən ərazilərinə ballistik raketlər atılıb.

Sputnik Azərbaycan "NTV"yə istinadla xəbər verir ki, dünən gecə Suriyanın Türkiyə ilə sərhəddə yerləşən Cerablus və Bab bölgələrinə ballistik raket hücumları edilib və nəticədə 3 mülki şəxs ölüb, 28 mülki şəxs isə yaralanıb.

Hücumların baş verdiyi bölgələrdə çoxlu sayda tankerin yanması nəticəsində şiddətli partlayışlar baş verib. Həmin ərazilərdə kustar üsulla işləyən neft emalı qurğuları var imiş.

Ballistik raketlərin kim tərəfindən atıldığı hələ müəyyənləşdirilməyib. Yaralılar ətrafdakı xəstəxanalara aparılıb. Hadisə yerinə çoxlu sayda təcili tibbi yardım maşınları göndərilib. Ölənlərin və yaralananların sayının artması istisna edilmir.

Cerablus və Bab rayonları Türkiyə Silahlı Qüvvələrinin antiterror əməliyyatı həyata keçirdiyi “Fırat kalkanı” (“Fərat qalxanı”) bölgəsinə daxildir. 

0