Koronavirus testi, arxiv şəkli

Azərbaycanda son sutkada 2735 nəfər COVID-19-a yoluxub

13
(Yenilənib 16:42 21.11.2020)
Azərbaycanda indiyədək ümumilikdə 89898 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 62243 nəfər müalicə olunaraq sağalıb, 1107 nəfər vəfat edib, aktiv xəstə sayı 26548 nəfərdir.

BAKI, 21 noyabr - Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2735 yeni yoluxma faktı qeydə alınıb,  1374 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 28 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 89898 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 62243 nəfər müalicə olunaraq sağalıb, 1107 nəfər vəfat edib, aktiv xəstə sayı 26548 nəfərdir.

Ölkədə son sutka ərzində 16220, hazırkı dövrədək isə 1592280 test aparılıb.

13
Əllərin dezinfeksiya olunması, arxiv şəkli

Qışda əlləri tez-tez dezinfeksiya etmək daha zərərlidir

12
(Yenilənib 02:22 24.11.2020)
Həkim-dermatoloq Aleksey Yedemski pandemiya dövründə dezinfeksiyaedici maddələrdən uzaq durmağı məsləhət görmürlər.

BAKI, 24 noyabr — Sputnik. Həkim-dermatoloq Aleksey Yedemski Sputnik radiosuna müsahibəsində dezinfeksiyaedici maddələrdən istifadə zamanı əllərə qulluq barədə danışıb.

Mütəxəssisin sözlərinə görə, koronavirus pandemiyası səbəbindən əllərimizi tez-tez yumağımız və antiseptik vasitələrlə dezinfeksiya etməyimiz qış aylarında əllərin dərisinə daha çox ziyan vura bilər.

"İnsan dərisi özünü yeniləməyə qadirdir, ancaq kəskin qoruyucu məhlullardan tez-tez istifadə buna imkan vermir", – deyə mütəxəssis qeyd edib.

Bununla belə, dermatoloq pandemiya dövründə dezinfeksiyaedici maddələrdən uzaq durmağı məsləhət görmür. O, əllərin dərisini qorumaq üçün vaxtaşırı əl kremlərindən istifadəni tövsiyə edir.

"İlk növbədə emolent tipli qoruyucu kremlərdən istifadə etmək lazımdır. Belə məhsullar dərini müdafiə edərək nəmin buxarlanmasının qarşısını alır ", – deyə həkim bildirib.

Bir qədər bundan əvvəl Rusiyanın Burdenko adına Elmi Tədqiqat İnstitutunun əməkdaşı, tibb elmləri doktoru Olqa Yerşova bildirmişdi ki, əllərin antiseptik vasitələrlə dezinfeksiya olunması dermatit xəstəliyinin yaranmasına yol aça bilər. O qeyd etmişdi ki, tibb işçiləri belə hallarla çox qarşılaşır və bunun nəticəsi kifayət qədər ciddi ola bilər.

12
Tahir Kərimli, arxiv şəkli

Millət vəkilində COVID-19 aşkarlandı, evdə karantinə alındı

23
Tahir Kərimli bildirib ki, ailəsində də yoluxan olub və onlar da ev şəraitində müalicələrini davam etdirirlər. 

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 23 noyabr — Sputnik. Noyabrın 19-da Milli Məclisin 10-dan çox deputatında COVID-19 testinin nəticəsi pozitiv çıxıb. Sputnik Azərbaycan xəbər verir ki, virus aşkarlanan millət vəkillərindən biri olan Tahir Kərimli hazırda evdə müalicə alır. Bu haqda Sputnik Azərbaycan-a danışan millət vəkili səhhətinin yaxşı olduğunu bildirib: "Hazırda səhhətim yaxşıdır, evdə müalicə alıram. Həkim müayinəsi altında müalicələr davam edir".

Millət vəkili bildirib ki, ailəsində də yoluxan olub və onlar da ev şəraitində müalicələrini davam etdirirlər. 

Xatırladaq ki, “Report” COVID-19-a yoluxan deputatlardan 9-nun adını təqdim edib: Bunlar Tahir Kərimli, Azər Badamov, Məşhur Məmmədov, Vüqar Bayramov, Qənirə Paşayeva, Rəşad Mahmudov, Soltan Məmmədov, Nizami Səfərov və Elnur Allahverdiyevdir

23
Teqlər:
müalicə, millət vəkili, Koronavirus, COVID-19, yoluxma
Co Bayden, arxiv şəkli

Pentaqon hakimiyyətin Baydenə ötürülməsi prosesində iştirakını təsdiqlədi

0
Bundan əvvəl ABŞ Federal Hökuməti Ümumi Xidmətlər İdarəsi faktiki olaraq Baydenin seçkidə qazandığı qələbəni tanıyıb və prezident səlahiyyətlərinin ötürülməsi prosesinə başlamağa hazır olduğunu bildirib.

BAKI, 24 noyabr — Sputnik. ABŞ Müdafiə Nazirliyi hakimiyyətin Co Baydenə verilməsi proseduruna başlanılması barədə məlumat aldığını açıqlayıb. Sputnik Azərbaycan-ın RİA Novosti-yə istinadla verdiyi məlumata görə, Pentaqon bu barədə açıqlama yayıb.

Bundan əvvəl ABŞ Federal Hökuməti Ümumi Xidmətlər İdarəsi (GSA) faktiki olaraq Baydenin seçkidə qazandığı qələbəni tanıyıb və prezident səlahiyyətlərinin ötürülməsi prosesinə başlamağa hazır olduğunu bildirib.

Pentaqondan o da qeyd olunub ki, departament artıq GSA və Baydenin nümayəndələri ilə əlaqə yaradıb.

"Nazirlik, prezident səlahiyyətlərinin ötürülməsi ilə bağlı qanuna uyğun olaraq, Ümumi Xidmətlər İdarəsinin rəhbərinin Bayden və Harrisin keçici qərargahına müəyyən resurslar və xidmətlər təqdim etdiyinə dair məlumat alıb. Biz də dərhal dəstək planımızı həyata keçirməyə başlayacağıq (Bayden qərargahına –red.)", – deyə Pentaqonun açıqlamasında bildirilir.

Qeyd edək ki, ABŞ-da prezident seçkisi noyabrın 3-də baş tutsa da, hələlik rəsmi nəticə elan olunmayıb. ABŞ KİV-lərinin yaydığı məlumata görə, demokratların namizədi Bayden qələbə qazanmaq üçün kifayət qədər səs toplaya bilib. Bir sıra dünya liderləri artıq onu təbrik ediblər.

Seçkinin nəticəsi ilə razılaşmayan hazırkı prezident Donald Tramp isə rəqibini "səsləri oğurlamaqda" ittiham edib.

ABŞ-ın növbəti prezidentinin andiçmə mərasiminin 2021-ci ilin yanvar ayının 20-də baş tutması gözlənilir.

0
Teqlər:
prezident seçkiləri, Pentaqon, Donald Tramp, Co Bayden