Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Azərbaycanda koronavirusa yoluxma və ölüm sayı artdı

© AFP 2023 / KENZO TRIBOUILLARDТест на коронавирус, фото из архива
Тест на коронавирус, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13618, ötən müddət ərzində isə ümumilikdə 1576060 test aparılıb.

BAKI, 20 noyabr — Sputnik. Bu gün Azərbaycanda koronavirus infeksiyasına 3169 yeni yoluxma faktı qeydə alınıb, 1404 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, son sutkada COVID-19-dan 26 nəfər dünyasını dəyişib.

Ölkədə son sutka ərzində 13618, hazırkı dövrədək isə 1576060 test aparılıb. İndiyədək ölkədə ümumilikdə 87163 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 60869 nəfər müalicə olunaraq sağalıb, 1079 nəfər vəfat edib, aktiv xəstə sayı 25215 nəfərdir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13618, ötən müddət ərzində isə ümumilikdə 1576060 test aparılıb.

Xəbər lenti
0