CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Maska koronavirusdan nə qədər qoruyur

© Sputnik / Murad OrujovБаку после смягчения карантина
Баку после смягчения карантина - Sputnik Azərbaycan
Abunə olmaq
Danimarkada əhaliyə COVID-19-la bağlı tövsiyələr verməzdən və məhdudlaşdırıcı tədbirlər görməzdən əvvəl qoruyucu maskaların effektivliyini müəyyənləşdirən araşdırma aparılıb.

BAKI, 19 noyabr — Sputnik. Danimarkada əhaliyə COVID-19-la bağlı tövsiyələr verməzdən və məhdudlaşdırıcı tədbirlər görməzdən əvvəl qoruyucu maskaların effektivliyini müəyyənləşdirən araşdırma aparılıb.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, Danimarka Milli Hospitalının alimləri qoruyucu maskaların sağlam insanları koronavirusa yoluxmadan nə dərəcədə müdafiə etdiyini araşdırıblar. Tədqiqatın nəticələri bu tibb müəssisəsinin internet saytında yerləşdirilib.

Danimarka səlahiyyətliləri əhaliyə COVID-19-la bağlı tövsiyələr verməzdən və məhdudlaşdırıcı tədbirlər görməzdən əvvəl 6000-dən çox insanın iştirakı ilə araşdırma aparılıb. Tədqiqata cəlb olunmuş könüllülər iki qrupa bölünüb. Qruplardan biri ictimai yerlərdə maska taxmalı, digəri isə bu qoruyucu vasitələrdən imtina etməli idi. Nəticədə bir aydan sonra məlum olub ki, birinci qrupdakı könüllülər arasında koronavirusa yoluxanlar 1,8 faiz, maskadan istifadə etməyən qrupda isə 2,1 faiz olub.

Beləliklə, alimlər müəyyənləşdiriblər ki, maska koronavirusa yoluxma riskini cəmi 15-20 faiz azaldır.

Bununla belə, alimlər vurğulayıblar ki, bu nəticələr məhdudlaşdırıcı tədbirlərin görülmədiyi, digər insanların maska taxmadıqları və sosial məsafə saxlamadıqları şəraitdə keçərlidir.

Xəbər lenti
0