Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Süni tənəffüs aparatında olan xəstələrin sayı açıqlandı

© Sputnik / Kirill Kallinikov / Mediabanka keçidАппарат искусственной вентиляции легких (ИВЛ) в реанимационном отделении, фото из архива
Аппарат искусственной вентиляции легких (ИВЛ) в реанимационном отделении, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"İntensiv terapiya şöbəsinə düşən xəstə uzun müddət, ən azı 2-3 həftə müalicə alır. Bu da yataqların doluluq müddətinin uzadılması deməkdir".

BAKI, 19 noyabr — Sputnik. "Bu gün intensiv terapiya bölmələrində müalicə alan xəstələrin sayı 409-a, süni tənəffüs aparatına qoşulanların sayı isə 45-ə çatıb. Artıq tədbirlərin görülməsi və sizə müraciət etməyin vaxtıdır".

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva deyib. O bildirib ki, bu gün intensiv terapiya bölmələrində müalicə alan xəstələrin sayı 409-a, süni tənəffüs aparatına qoşulanların sayı isə 45-ə çatıb: "Hər zaman bu məsələni qeyd edirəm, nəzərinizdə saxlayın ki, bir intensiv terapiya şöbəsində müalicə alan xəstənin müalicə müddəti ilə stasionar şöbədə müalicə alan xəstənin müalicə müddəti eyni deyil. Yəni, bu yataqların doluluq müddəti fərqlidir. İntensiv terapiya şöbəsinə düşən xəstə uzun müddət, ən azı 2-3 həftə müalicə alır. Bu da yataqların doluluq müddətinin uzadılması deməkdir. Bunu çox ciddi nəzərə almalıyıq".

Xəbər lenti
0