Dəniz Uğur, arxiv şəkli

Türkiyənin məşhur aktrisası xərçəngə qalib gəlib

31
(Yenilənib 18:40 16.11.2020)
49 yaşlı Dəniz Uğur uzun müddət davam edən müalicədən sonra onkoloji xəstəlikdən yaxa qurtara bilib. Dəniz bununla bağlı sosial media hesabında paylaşım edib.

BAKI, 16 noyabr — Sputnik. Məşhur aktrisa Dəniz Uğur 9 il idi ki, xərçəngdən əziyyət çəkirdi.

Sputnik Azərbaycan xəbər verir ki, 49 yaşlı Uğur uzun müddət davam edən müalicədən sonra onkoloji xəstəlikdən yaxa qurtara bilib. Dəniz bununla bağlı sosial media hesabında paylaşım edib.

Посмотреть эту публикацию в Instagram

Публикация от Deniz Uğur (@denizugur4real)

"Instagram" hesabında etdiyi paylaşımda "Bu dünyada hər hansı xəstəliyə qalib gəlirsinizsə, itirdiyiniz hər şeyi yenidən qazanırsınız. Bundan sonra həyat insan üçün daha mənalı və gözəl olur. Həyat daim dəyişir. Nəfsin dərk etdiyi zövq xarici şərtlərdən asılıdır və müvəqqətidir, ruhun qəbul etdiyi xoşbəxtlik vacib və qalıcıdır. Kainatın yaranma səbəbi, varlığın yoxluğa üstün tutulma səbəbi sevgidir və "olan gözəldir" sözlərini yazıb.

31
Teqlər:
kainat, onkoloji xəstəlik, Xərçəng, Türkiyə
Koronavirus testi, arxiv şəkli

Azərbaycanda son sutkada COVID-19-a yoluxanlarla bağlı qorxulu rəqəmlər

13
(Yenilənib 18:04 26.11.2020)
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 32 nəfər vəfat edib.

BAKI, 26 noyabr — Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 3705 yeni yoluxma faktı qeydə alınıb, 1609 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 32 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 106101 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 68572 nəfər müalicə olunaraq sağalıb, 1256 nəfər vəfat edib, aktiv xəstə sayı 36273 nəfərdir. 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 19178, ötən müddət ərzində isə ümumilikdə 1665832 test aparılıb.

13
Teqlər:
Nazirlər Kabineti yanında Operativ Qərargah, operativ qərargah, Koronavirus, epidemiya, COVID-19
Dağlıq Qarabağ, arxiv şəkli

Ölkəmizin "Yaşıl apteki"ndə indi vəziyyət necədir - TƏBİB statistikanı açıqladı

9
(Yenilənib 17:37 26.11.2020)
İşğaldan əvvəl rayonda 1 mərkəzi xəstəxana, 1 uşaq xəstəxanası, 7 kənd xəstəxanası, 75 tibbi məntəqə, 23 ambulatoriya mərkəzi fəaliyyət göstərib.

BAKI, 26 noyabr — Sputnik. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Kəlbəcər rayonunun səhiyyə statistikasını açıqlayıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib. Bildirilib ki, işğaldan əvvəl rayonda 1 mərkəzi xəstəxana, 1 uşaq xəstəxanası, 7 kənd xəstəxanası, 75 tibbi məntəqə, 23 ambulatoriya mərkəzi fəaliyyət göstərib. Həmçinin, burada 9 aptek vətəndaşlara xidmət göstərib.

"Ümumiyyətlə, Kəlbəcər rayonu "yaşıl aptek" adlandırılırdı. Təkcə rayonun İstisu qəsəbəsində mövcud olan Ümumittifaq əhəmiyyətli 1 və 2 nömrəli İstisu sanatoriyalarında hər il 50 min nəfər müalicə olunur və istirahət edirdi", - deyə məlumatda qeyd olunub.

9
Teqlər:
aptek, xəstəxana, statistika, səhiyyə, TƏBİB, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi, Kəlbəcər rayonu, Kəlbəcər
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi

Azərbaycan Fransaya nota verdi, səfir XİN-ə çağırıldı

0
(Yenilənib 19:35 26.11.2020)
Bu ilin 25 noyabr tarixində Fransa Senatı tərəfindən “Dağlıq Qarabağ Respublikasının tanınması zərurəti” adlı qətnamənin qəbul edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin etiraz notasını Səfirə təqdim edilib.

BAKI, 26 noyabr - Sputnik. Bu ilin 26 noyabr tarixində Fransanın Azərbaycandakı Səfiri Zakari Qros Xarici İşlər Nazirliyinə çağırılıb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, görüşdə bu ilin 25 noyabr tarixində Fransa Senatı tərəfindən “Dağlıq Qarabağ Respublikasının tanınması zərurəti” adlı qətnamənin qəbul edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin etiraz notasını Səfirə təqdim edilib.

Beynəlxalq hüququn norma və prinsipləri, BMT Nizamnaməsi, Helsinki Yekun Aktı, BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli müvafiq qətnamələrinə zidd olan Senatın bu qətnaməsi ilə bağlı qəti etiraz Fransa səfirinin diqqətinə çatdırılıb.

0