Koronavirus testi, arxiv şəkli

Ölkə üzrə COVID-19-a yoluxma statistikası açıqlanıb

22
Bakının rayonlarına gəlincə, ən yüksək göstərici Binəqədidə (14,6%) qeydə alınıb. Sonrakı yerdə 12,8%-lə Xətai, 11,5%-lə Yasamal, 11,4%-lə Sabunçu, 8.4%-lə Nəsimi gəlir.

BAKI, 8 noyabr - Sputnik. Azərbaycanda COVID-19-a yoluxma hallarının rayon və şəhərlər üzrə statistikası açıqlanıb.

Sputnik Azərbaycan "koronavirus.info"ya istinadən xəbər verir ki, yoluxmanın 54,4%-i Bakının payına düşür.

Sonrakı yerlərdə - Abşeron 14,1%, Aranda 10,7 %, Gəncə-Qazax 7,0 %, Lənkəran 4,0 %, Şəki-Zaqatala 3,2 %, Quba-Xaçmaz 2,9 %, Dağlıq Şirvan 1,8 %, Yuxarı Qarabağ 1,1 %, Naxçıvan 0,07 %.

Ölkə xaricindən gələn şəxslərin isə 0,8 faizi virusa yoluxub.

Bakının rayonlarına gəlincə, ən yüksək göstərici Binəqədidə (14,6%) qeydə alınıb. Sonrakı yerdə 12,8%-lə Xətai, 11,5%-lə Yasamal, 11,4%-lə Sabunçu, 8.4%-lə Nəsimi, 8,2%-lə Suraxanı, 7,3%-lə Nərimanov, 7,3%-lə Nizami, 6,5%-lə Qaradağ, 6,2%-lə Xəzər, 4,8%-lə Səbail, 0,3%-lə Pirallahı gəlir.

22
Rusiyada həkim

Şimal qonşumuzda bir gündə 300-dən çox adam koronavirusdan öldü

11
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 62,7 milyonu keçib, 1,45 milyondan çox adam isə virus səbəbilə ölüb

BAKI, 30 noyabr — Sputnik. Son bir sutka ərzində Rusiyada 26 338 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 368 nəfər ölüb.

Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 2 milyon 295 654 nəfərə çatıb. Rusiyada pandemiya yayılandan 39895 nəfər COVID-19-dan vəfat edib. Ölkədə bu virusdan sağalanların sayı 1778704-ə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 62,7 milyonu keçib, 1,45 milyondan çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

11
Teqlər:
Rusiya, Koronavirus, COVID-19
Plazma olan paketlrə, arxiv şəkli

TƏBİB-dən açıqlama: İmmun plazmaya ehtiyac var

14
(Yenilənib 13:39 30.11.2020)
İndiyə qədər ölkəmizdə 180-ə yaxın vətəndaş donor olmaq üçün müraciət edib, onların 100 nəfərindən immun plazma toplanılaraq 238 xəstəyə köçürülüb.

BAKI, 30 noyabr — Sputnik. Mərkəzi Qan Bankı "Donor ol, həyat qurtar!" şüarı ilə yeni növ koronavirusdan (COVID-19) sağalmış xəstələrə müraciət edib. Müraciətdə bildirilir ki, onlar ağır xəstələrə donor ola bilərlər. Sputnik Azərbaycan-ın məlumatına görə, Qan Bankının müdiri, TƏBİB-in Mikrobiologiya İşçi qrupunun rəhbəri Qumral Ələkbərovanın sözlərinə görə, hazırda süni tənəffüs cihazına bağlı və vəziyyəti kritik olan xeyli xəstə var. Onların sağalması üçün immun plazma müalicəsi lazımdır: "COVID-19 xəstəliyini keçirərək sağalanlarda anticisimlər formalaşır. Anticisimlər həmin xəstələrin heç də hamısında formalaşmır. Anticisimlər olan xəstələrdən immun plazma toplanılaraq ağır xəstələrə köçürülür. 18 yaşdan 60 yaşadək hər kəsin xəstəliyi keçirəndən 14 gün sonra donor olması mümkündür, qadınlardan hamiləlik keçirməyənlər donor ola bilər. İndiyə qədər ölkəmizdə 180-ə yaxın vətəndaş donor olmaq üçün müraciət edib, onların 100 nəfərindən immun plazma toplanılaraq 238 xəstəyə köçürülüb".

Proses tamamilə ağrısız və təhlükəsizdir, immun plazma qapalı və steril şəraitdə toplanılır. Həmin müalicə üsulunun səmərəsi pandemiyanın birinci dalğası zamanı sübut olunub. Virusun yoluxma dinamikasına fikir verəndə görürük ki, infeksiyadan minlərlə sağalan var, amma nədənsə onlar bəzən bunu gizlədirlər. Mütəxəssislər deyirlər ki, sağalanlar tərəddüd etmədən digər xəstələrin xilaskarı ola bilərlər.

14
Teqlər:
müraciət, vətəndaş, donor, TƏBİB

Azərbaycanda minaların partlaması nəticəsində 535 mülki şəxs ölüb

0
Əhmədov qeyd edib ki, Agentlik tərəfindən vətəndaşların təhlükəli, naməlum əşyalara, hərbi sursatlara və qurğulara toxunmamaları ilə bağlı maarifləndirmə işləri aparılır.

BAKI, 30 noyabr — Sputnik. 1999-2020-ci illər ərzində Azərbaycanda minaların partlaması nəticəsində 535 nəfər mülki şəxs həlak olub, 2418 nəfər yaralanıb.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) direktoru Qəzənfər Əhmədov deyib.

O qeyd edib ki, Agentlik tərəfindən vətəndaşların təhlükəli, naməlum əşyalara, hərbi sursatlara və qurğulara toxunmamaları ilə bağlı maarifləndirmə işləri aparılır.

Q.Əhmədov qeyd edib ki, bununla bağlı vətəndaşların rayon polis idarəsinə və icra hakimiyyətinə məlumat vermələri xahiş olunur.

0