Aptek

Yoluxucu xəstəliklərdən qorunmaq üçün immun sisteminin gücləndirilməsi vacibdir

38
(Yenilənib 22:28 06.11.2020)
Probiotiklərin və prebiotiklərin insanın qidalanma rasionuna daxil edilməsi bağırsaq florası üçün əhəmiyyətlidir.

BAKI, 6 noyabr — Sputnik. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir. Sputnik Azərbaycan xəbər verir ki, rubrika çərçivəsində bu dəfəki maarifləndirici mövzumuz isə orqanizmin bakteriya və viruslara, eləcə də COVID-19 xəstəliyinə qarşı davamlı olması üçün immun sisteminin gücləndirilməsi haqqındadır.

Orqanizmin bakteriya və viruslara, eləcə də COVID-19 xəstəliyinə qarşı davamlı olması üçün immun sisteminin güclü olması olduqca vacibdir. Güclü immun sistemi hüceyrələri, orqanizmə daxil olan mikroorqanizmləri asanlıqla fərqləndirir və dərhal müvafiq cavab reaksiyası formalaşdıraraq onları məhv edir. Araşdırmalar göstərir ki, immunitet sisteminin güclü olması əhəmiyyətli dərəcədə qida rasionundakı makro və mikro elementlərin normasından, eləcə də bağırsaq florasının funksiyasından asılıdır. Belə ki, qidadan alınan zülallar, karbohidratlar və yağlar qan, limfa düyünləri və mədə-bağırsaq sisteminin immun hüceyrələrinə təsir göstərir.

Mikro elementlər dedikdə isə vitamin və minerallar nəzərdə tutulur və onların qida rasionunda azlığı orqanizmdə müəyyən infeksiyalara yol açır. Mikro elementlərlə zəngin qidalar aşağıdakılardır və günlük qida rasionunu bu məhsullarla zəngin etməklə immun sistemini gücləndirmiş olarıq:

C Vitamini: Sitrus meyvələri, yaşıl və qırmızı bibər, qara qarağat, kivi, çiyələk, brokkoli, cəfəri, ananas, Brüssel kələmi, gül kələm, manqo, noxud, pomidor.

D Vitamini: Tuna və qızıl balıq kimi yağlı balıqlar, mal qaraciyəri, pendir, yumurta sarısı, bəzi göbələklər.

A Vitamini: Treska balığı qaraciyər yağı, yumurta, sarı və narıncı meyvə və tərəvəzlər, brokoli, ispanaq, tünd yaşıl və lifli tərəvəzlər.

E Vitamini: Bitki yağları (buğda toxumu, günəbaxan, zəfəran, qarğıdalı və soya yağları), gərzəkli meyvələr (badam, fıstıq), günəbaxan toxumları, ispanaq və brokoli kimi yaşıl yarpaqlı tərəvəzlər.

B6 Vitamini: Tuna balığı, qızıl balıq, banan, paxlalılar, mal əti, gərzəkli meyvələr, quş əti, tam taxıl, noxud.

B12 Vitamini: Qaraciyər, az yağlı süd, toyuğun döş əti, yumurta, mal əti, tuna balığı, qızıl balıq, ala balıq.

Fol turşusu: Yaşıl yarpaqlı tərəvəzlər, qurudulmuş lobya və noxud, sitrus meyvə və şirələri.

Sink: Heyvan mənşəli proteinlər sinklə zəngindir. Mal və quzu əti, balıqla müqayisədə daha çox sink ehtiva edir. Gərzəkli meyvələr, tam taxıl, paxlalılar və maya göbələkləri də sinklə zəngindir.

Dəmir: Qurudulmuş lobya, quru meyvələr, yumurta (xüsusilə sarısı), yulaf, qaraciyər, qabıqlı dəniz məhsulları, quş və mal əti, qızıl balıq, tuna balığı, tam taxıllı bitkilər.

Mis: Qabıqlı dəniz məhsulları, taxıllı bitkilər, lobya, gərzəkli meyvələr (badam, fıstıq, qoz), kartof, heyvan içalatı (qaraciyər, böyrək), göyərtilər, qurudulmuş meyvələr (gavalı, qaysı), kakao, qara bibər, maya.

Selen: Bitki mənşəli məhsullar, balıq, qabıqlı dəniz məhsulları, qırmızı ət, yumurta, taxıl, toyuq əti, qaraciyər, sarımsaq.

Probiotiklərin və prebiotiklərin insanın qidalanma rasionuna daxil edilməsi bağırsaq florası üçün əhəmiyyətlidir. Birləşmiş Millətlər Təşkilatının Qida və Kənd Təsərrüfatı Təşkilatı və Ümumdünya Səhiyyə Təşkilatının tərifinə görə probiotiklər "lazımi miqdarda qəbul edildikdə orqanizmin sağlamlığına əhəmiyyətli dərəcədə təsir göstərən canlı mikroorqanizmlərdir". Prebiotiklər isə bağırsaqda mövcud olan bir və ya bir neçə bakteriya növlərinin böyüməsini və ya fəaliyyətini seçici şəkildə stimullaşdıran qida maddələridir. Bunlar çiy tərəvəz və meyvə (pomidor, qulançar, giləmeyvə, sarımsaq, soğan, yaşıl tərəvəzlər, paxlalılar, həmçinin yulaf, kətan toxumu, buğda) turşu, süd və süd məhsulları (qatıq, kefir və s.) şəklində istehlak edilə bilər. Bitki mənşəli bir çox lifli məhsullar (alma, banan, portağal, çiyələk, moruq, yerkökü, kartof, çuğundur və brokkoli) həzm olunmadan yoğun bağırsağa keçir və bağırsaqda yaşayan mikroorqanizmlər tərəfindən həzm edilir ki, bu da dolayı yolla immun sisteminin güclənməsinə gətirib çıxarır.

38
Xəstəxana, arxiv şəkli

Kişiyə hamilə diaqnozu qoyulmasına aydınlıq gətirildi

19
(Yenilənib 15:49 24.11.2020)
Səmra Hacıyeva vətəndaşa şəkərsiz diabetlə bağlı göndərişi öz xidməti kompyuterindəki hamiləliklə bağlı hazırlanmış sənədin surəti üzərində hazırlayıb. Bu zaman hamiləlik sözünü silməyi unudub.

BAKI, 24 noyabr — Sputnik. Dünən sosial şəbəkələrdə və bəzi Kütləvi İnformasiya Vasitələrində Azərbaycanda kişiyə hamilə diaqnozu qoyulması ilə bağlı yayılan məlumatlar əsasında araşdırma aparılıb.

Bu barədə Sputnik Azərbaycan-a TƏBİB-dən verilən məlumatda bildirilir ki, araşdırma nəticəsində məlum olub ki, 23.11.2020-ci il tarixində Xaçmaz şəhər sakini İlkin Əzməmmədova təqdim olunan sənəddə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının kargüzarı Səmra Hacıyeva tərəfindən mexaniki səhvə yol verilib.

© Photo : Azerbaijan's Management Union of Medical Territorial Units
İlkin Əzməmmədova təqdim olunan sənəd

Belə ki, Səmra Hacıyeva vətəndaşa şəkərsiz diabetlə bağlı göndərişi öz xidməti kompyuterindəki hamiləliklə bağlı hazırlanmış sənədin surəti üzərində hazırlayıb. Bu zaman hamiləlik sözünü silməyi unudub. Sənəd çap edildikdən sonra elə yerindəcə səhv aşkarlanıb və düzəliş olunaraq vətəndaşa düzgün variantda arayış təqdim olunub. Kargüzar arayışı yenidən tərtib edən zaman vətəndaş stolun üzərindəki ilkin çap olunmuş arayışın fotosunu çəkərək sosial şəbəkə hesabında paylaşıb. Məsələ ilə bağlı İlkin Əzməmmədovla da əlaqə saxlanılıb. O, paylaşımı zarafatla etdiyini və daha sonra sildiyini bildirib.

19
Teqlər:
TƏBİB, diaqnoz, hamilə
Koronavirus testi, arxiv şəkli

Hansı amillər koronavirus testinin nəticəsinə təsir göstərə bilər?

16
"Pasiyent üç saat ərzində nə su içməli, nə siqaret çəkməli, nə də dişlərini fırçalamalıdır", –  virusoloq xəbərdarlıq edir.

BAKI, 24 noyabr — Sputnik. Mütəxəssislər koronavirus üçün test verərkən yanılma riskini azaltmaq üçün hansı qaydalara riayət etmək lazım gəldiyini açıqlayıblar. Sputnik Azərbaycan-ın RİA Novosti-yə istinadla yaydığı məlumata görə, yüksək kateqoriyalı terapevt Tatyana Romanenko bildirib ki, koronavirus testini acqarına vermək və prosesdən əvvəl ağzı antiseptik məhlulla yaxalamaq lazımdır.

"Əgər burundan yaxma götürüləcəksə, bəzi qaydalara riayət etməyə ehtiyac var: yaxma burun keçidlərindən götürüldüyü üçün, məsələn, əgər pasiyent testdən əvvəl burnunu təmizləyibsə və ya yuyubsa, onda dəqiq nəticə əldə etmək mümkün deyil", – deyə mütəxəssis bildirib.

Rusiya Xalqlar Dostluğu Universitetinin Yoluxucu Xəstəliklər şöbəsinin müdiri Qalina Kojevnikova isə qeyd edib ki, pasiyentin başqa davranışları da testin nəticəsinin səhv olmasına gətirib çıxara bilər.

"Pasiyent üç saat ərzində nə su içməli, nə siqaret çəkməli, nə də dişlərini fırçalamalıdır", – deyə virusoloq xəbərdarlıq edib.

Biologiya elmləri doktoru, professor Aleksey Aqranovski isə bildirib ki, testin nəticəsinə nümunələrin özünün hazırlanma keyfiyyəti də təsir göstərə bilər.

16
Xəzər dənizi, arxiv şəkli

Xəzərdə zəlzələ olub

0
(Yenilənib 16:13 24.11.2020)
Xəzər dənizindəki zəlzələnin maqnitudası 3,2 bal, dərinliyi 62 km olub. Yeraltı təkanlar hiss olunmayıb

BAKI, 24 noyabr — Sputnik. Bu gün Xəzər dənizində zəlzələ olub. Sputnik Azərbaycan-ın Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən verdiyi xəbərə görə, zəlzələ yerli vaxtla saat 14:11-də Xəzər dənizində qeydə alınıb.

Zəlzələnin maqnitudası 3,2, dərinliyi 62 km olub. Zəlzələ hiss olunmayıb.

0
Teqlər:
zəlzələ, Xəzər dənizi