Peyvənd, arxiv şəkli

Nazirlikdən əhaliyə çağırış - pulsuz peyvənd olunun

40
(Yenilənib 11:06 05.11.2020)
N.Mürsəlovanın sözlərinə görə, istənilən xəstəliyin qarşısının alınması xəstəliyə yoluxub sonradan ondan müalicə olunmaqdan daha əlverişlidir.

BAKI, 5 noyabr — Sputnik. Payız-qış mövsümünün gəlməsi ilə əlaqədar havaların soyuması və immunitetin zəifləməsi təbii prosesdir. Belə ki, qida rasionuna bol vitaminli meyvə-tərəvəzi daxil etmək, açıq havada tez-tez olmaq, qapalı məkanları gün ərzində bir neçə dəfə havalandırmaq kimi adi qaydalara riayət etmək tövsiyə olunub. Müxtəlif respirator xəstəliklərdən qorunmaq üçün tibbi maskalardan istifadə etmək, kütləvi tədbirlərdə iştirak etməkdən çəkinmək, fiziki məsafəni qorumaq, şəxsi gigiyena qaydalarına riayət etmək və spirt əsaslı dezinfeksiyaedici vasitələrdən istifadə etməyin vacib olduğunu vurğulayıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və Sanitariya-Epidemioloji Nəzarəti Şöbəsinin müdiri Nəzifə Mürsəlova bildirib. N.Mürsəlovanın sözlərinə görə, istənilən xəstəliyin qarşısının alınması xəstəliyə yoluxub sonradan ondan müalicə olunmaqdan daha əlverişlidir: "Məhz bu səbəbdən ölkədə bir sıra yoluxucu respirator xəstəliklərə qarşı peyvəndlərin aparılması həyata keçirilir. Nəzifə Mürsəlova onların arasında mövsümi qripə qarşı peyvəndin də adını çəkib".

Onun fikirlərinə görə, hətta immun sistemi olduqca güclü olan insanlar belə ildə ən azı bir dəfə qripə yoluxurlar:

"Bu xəstəlikdən qorunmaq üçün Azərbaycanda qrip virusuna qarşı peyvəndin tətbiqinə başlanılıb. Məlum olduğu kimi, oktyabr ayının 12-dən etibarən AR Səhiyyə Nazirliyinin müvafiq əmri ilə ölkəmizdə müəyyən olunmuş əhali qrupları arasında mövsümi qripə qarşı peyvənd kampaniyasına start verilib.

Peyvənd kampaniyasının çərçivəsində tibb işçiləri, hamilə qadınlar, tənəffüs yollarının xroniki xəstəliklərinə malik 6 aylıqdan yuxarı uşaqlar və böyüklər peyvənd olunurlar.

Qripə qarşı peyvənd olunmaq istəyən hər kəs yaşayış yeri üzrə əhaliyə ambulator-poliklinik xidmət göstərən tibb müəssisələrinə müraciət edib, peyvənd oluna bilər.

Onu da qeyd edim ki, mövsümi qrip əleyhinə peyvənd edilmə dövlət tibb müəssisələrində tamamilə pulsuz aparılır".

40
Həblər, arxiv şəkli

Koronavirusun müalicəsində antibiotiklərdən istifadə təhlükə yaradır

10
(Yenilənib 23:18 24.11.2020)
"Hazırkı statistikaya görə, xəstəxanaya yerləşdirilən koronavirus xəstələrinin səkkiz faizində bakterial və ya göbələk infeksiyası var. Bu da həmin xəstələrin 72 faizinin antibiotik istifadəsini göstərir"

BAKI, 24 noyabr — Sputnik. "Hazırda koronavirusa qarşı effektli müalicə yoxdur. Hazırkı dövrdə antimikrob dərmanlardan istifadə bu preparatlara qarşı davamlılığının yaranmasına səbəb ola bilər".

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Ümumdünya Antimikrob Preparatlardan Düzgün İstifadəyə dair Maarifləndirmə Həftəsinə həsr olunmuş virtual mətbuat konfransında ÜST-ün Azərbaycandakı nümayəndəsi Hande Harmancı bildirib. Onun sözlərinə görə, antimikrob dərmanlardan uzunmüddətli istifadə ictimai səhiyyə üçün təhdid yaradır: "Hazırkı statistikaya görə, xəstəxanaya yerləşdirilən koronavirus xəstələrinin səkkiz faizində bakterial və ya göbələk infeksiyası var. Bu da həmin xəstələrin 72 faizinin antibiotik istifadəsini göstərir. Yüngül gedişli xəstəliklərdə antibiotiklərdən istifadə edilməsi düzgün deyil".

O qeyd edib ki, COVID-19 pandemiyası dünyada antibiotiklərdən istifadənin artmasına səbəb olub: "Antibiotiklərdən düzgün istifadə edilməməsi onun təsirinin azalmasına səbəb ola bilər".

10
Teqlər:
antibiotik, Koronavirus, epidemiya, COVID-19
Mövzu:
Dünyanı cənginə almış bəla
Peyvənd, arxiv şəkli

ÜST rəsmisi: peyvəndlər COVID-19-u dayandırmayacaq

12
(Yenilənib 19:14 24.11.2020)
Klüqenin fikrincə, peyvəndlər bütün sualları cavablandırmasa belə, bu virusa qarşı müharibədə böyük ümidlər verir

BAKI, 24 noyabr — Sputnik. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə Regional Direktoru Hans Klüqe onlayn brifinq zamanı peyvəndlərin COVID-19-u tamamilə dayandırmayacağını, ancaq virusla mübarizədə böyük ümidlər yaratdığını qeyd edib.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, Klüqenin sözlərinə görə, texnologiya və əczaçılığın inkişafı yeni imkanlar yaratsa da, peyvəndlər COVID-19-u tamamilə dayandırmayacaq.

Klüqenin fikrincə, peyvəndlər bütün sualları cavablandırmasa belə, bu virusa qarşı müharibədə böyük ümidlər verir.

"Məhz belə bir məqamda 53 Avropa ölkəsində əldə etdiyimiz nəhəng elmi-texnoloji təcrübə və bilikləri xatırlatmaq istərdim. Lakin bütün ölkələr üçün peyvənd bazarına bərabər çıxış təmin edə bilməsək, peyvəndlərdən səmərəli istifadə edilməsə və ölkələrdə peyvəndlərə şübhə ilə yanaşılma məsələsi aradan qaldırılmasa, bu potensial reallaşmayacaq", - deyə Klüqe bildirib.

12
Teqlər:
ÜST, dünya, peyvənd, yoluxma, Koronavirus, epidemiya, COVID-19
Mövzu:
Dünyanı cənginə almış bəla
Azərbaycan hərbçiləri, arxiv şəkli

Müzəffər Ordumuz artıq Kəlbəcərdə!

66
(Yenilənib 01:14 25.11.2020)
Bölmələrimizin bu istiqamətdə hərəkətini təmin etmək məqsədilə mühəndis işləri başa çatdırılıb, qoşunların hərəkət marşrutu üzrə çətin keçilən dağ yolları minalardan təmizlənir və istifadəyə hazır vəziyyətə gətirilir.

BAKI, 25 noyabr - Sputnik. Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan Respublikası baş nazirinin imzaladığı üçtərəfli Bəyanata əsasən, Azərbaycan Ordusunun bölmələri noyabrın 25-də Kəlbəcər rayonuna daxil olub.

Sputnik Azərbaycan bildirir ki, məlumatı Azərbaycan Müdafiə Nazirliyi yayıb. Bölmələrimizin bu istiqamətdə hərəkətini təmin etmək məqsədilə mühəndis işləri başa çatdırılıb, qoşunların hərəkət marşrutu üzrə çətin keçilən dağ yolları minalardan təmizlənir və istifadəyə hazır vəziyyətə gətirilir.
Gün ərzində Kəlbəcərdən foto və video materiallar təqdim olunacaq.

66
Teqlər:
Azərbaycan ordusu, Qarabağ, Kəlbəcər rayonu