Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Bitkilər COVID-19-da faydalıdırmı?

© Sputnik / Rahim MammadovKoronoya bənzər bitki
Koronoya bənzər bitki - Sputnik Azərbaycan
Abunə olmaq
"Məlumdur ki, COVID-19 xəstələrinin əhəmiyyətli bir hissəsi sitokin fırtınası sindromuna malikdir və tədqiqatçılar bu vəziyyəti müalicə etmək

BAKI, 5 noyabr — Sputnik. Azərbaycan Milli Elmlər Akademiyasının Botanika İnstitutunun direktoru, akademik Validə Əlizadə "Bitkilər, etnobotanika və COVID-19" mövzusunda məqalə hazırlayıb. Sputnik Azərbaycan-a AMEA-dan verilən məlumata görə, akademik bitkilərin COVID-19-un müalicəsində təsirləri ilə bağlı bir sıra suallara aydınlıq gətirib.

Sputnik Azərbaycan sözügedən məqalənin bir hissəsindən çıxarışları sual-cavab formasında təqdim edir:

- Dərman bitkiləri koronavirus infeksiyasının müalicəsində kömək edirmi, yoxsa yalnız qarşısının alınmasında köməkçi vasitədir? Pandemiya səraitində bitkilərin sosial həyatda rolu nədən ibarətdir?

- Bu gün COVID-19 XXI əsrdə insanlığa ən böyük təhlükə kimi ortaya çıxdı. Pandemiya artıq yalnız sağlamlıq böhranı deyil, çünki izolyasiya və digər məhdudiyyətlər iqtisadi fəaliyyətə güclü təsir göstərir ki, bu öz növbəsində yerli və regional miqyasda maliyyə axınlarını dəyişir. Müəssisələrin bağlanması işsizliyin hər yerdə artmasına səbəb olaraq,  sosial-iqtisadi problemlərə və dövlət səhiyyə xərclərinin azalmasına gətirib çıxarır. Sağlamlıq və iqtisadiyyatın nəticələrinin uzaq ərazilərdə yaşayan və ümümi apatiyaya məruz qalan yerli əhalilər üçün daha ciddi olacağı proqnozlaşdırılır. Belə bir vəziyyətdə, COVID-19 və onun nəticələri ilə mübarizədə məhz etnobotaniklər əhalinin və yerli hakimiyyət orqanlarının səylərinə əlavə kömək edə bilərlər. Qeyd edim ki, COVID-19-dan əvvəl meydana çıxan 11000-dən çox insanın ölümünə səbəb olan Ebola bir virus olaraq təxminən 50%-dən yüksək ölüm səviyyəsinə malik idi. "Ebolaviruses" "Filoviridae" cinsinin filoviruslarına aiddir və heyvanlardan dəniz donuzları ilə, primatlarla, yarasalarla və gənələrlə insanlara yoluxur. Brunei Darussalam Universitetin Asiya tədqiqatları İnstitutun alimləri bu yaxınlarda Nagalandda (Şimali-Şərqi Hindistanda) geniş yayılmış filovirusların uçucu siçanlardan insanlara yayıldığını qeyd etmişlər. İrəli sürülən hipotezlərdən biri, Asiyada  insanın filovirus infeksiyalarını aşkar edə bilməməsini bu filovirusların insanlarda infeksiya xəstəliyinin asimptomatik keçirməsinə səbəb ola biləcəyi ilə izah edir. Bu fenomenin təbiəti bilinmir. Tədqiqatçıların fikrincə, bu infeksiya SARS-CoV2-in simptomatik hadisələrində olduğu kimi, tamamilə görünməyən və ya simptomsuz, yüngül bir qrip ola bilərdi. Belə infeksiyalar əvvəllər məlum olduğu kimi daha tez-tez baş verərsə, əhali yaşayış mühitində simptomları yumşaltmaq üçün istifadə olunan dərman bitkiləri resursları haqqında məlumatlandırılmalıdır. Bu vəziyyətdə müxtəlif yerli əhali üçün qrip və tənəffüs xəstəliklərinin müalicəsində istifadə olunan bitkilər effektiv bir vasitə ola bilər.

 - COVID-19 xəstələrinin əhəmiyyətli bir hissəsi sitokin fırtınası sindromuna malikdir...

- Ümumiyyətlə, "Coronaviridae" məxsus virusların patogenliyi adətən daha aşağı hesab olunur. Hipotetik olaraq, "Coronoviridae" daşıyıcılarının geniş yayıldığı rayonlarda yaşayan yerli əhali həm müalicəvi, həm də profilaktik məqsədlər üçün bitki əsaslı vasitələr hazırlaya bilər. Dünyanın yüksəkreytinqli “Nature Plants, 2020” jurnalında da qeyd olunur ki, ümumiyyətlə, xəstəliklərin müalicəsi haqqında ənənəvi biliklərin, həmçinin tamamilə müxtəlif göstəricilərə görə istifadə olunan bitki törəmələrinin СOVID-19-un müalicəsi üçün istifadəsi çox problemlidir. Həmçinin COVID-19-un müalicəsində tətbiq olunan xloroxin fosfat və onların analoqları kimi sintetik birləşmələrin bitki metabolitlərin struktur törəmələrinin effektivliyi sübut edilməyib. Bununla yanaşı, koronavirus infeksiyalarına qarşı təsirli olduğu bilinən ənənəvi dərman vasitələri bir-birinə əlavə olaraq istifadə edilə bilər. Məlumdur ki, COVID-19 xəstələrinin əhəmiyyətli bir hissəsi sitokin fırtınası sindromuna malikdir və tədqiqatçılar bu vəziyyəti müalicə etmək üçün "sübut edilmiş təhlükəsizlik profilləri ilə mövcud təsdiqlənmiş müalicə üsulları"nın birgə tətbiqini təklif edirlər.

 - Lakin inkar etmək olmaz ki, güclü immun sistemi koronavirus kimi viral xəstəliklərin idarə edilməsi və qorunmasında əhəmiyyətli bir amildir.

- Son məlumatlara görə, ənənəvi qida kimi istifadə olunan müxtəlif növlərin immun sisteminin gücləndirməsi və beləliklə COVID-19 təzahürünün qarşısını almağa kömək edə bilər. Belə ki, hələ 2015-ci ildə kurkumin, sarıkökün (Curcuma longa L.) sitokinlərin sərbəst buraxılmasının qarşısını almaq qabiliyyəti üçün tanınan əsas "curcuminoid"ı, nümunə kimi göstərilir. Bu cinsin bitkiləri Cənubi və Cənub-Şərqi Asiyanın bir çox ənənəvi resepturalarında əhəmiyyətli bir tərkib hissəsini formalaşdırır.

- COVID-19 çox güman ki, dünyada yeni intizamın formalaşmasına dərin təsir göstərəcək. Bu nədən ibarət ola bilər?

Aparıcı mütəxəssislərin qiymətləndirmələrinə görə, biomədəni müxtəliflik sahəsində mühüm nəzəriyyə dini və dil müxtəlifliyinin patogen-induksiya təkamülünü proqnozlaşdıran "Parazitar stress nəzəriyyəsi"dir. COVID-19 kimi xəstəliklərin insan mədəniyyətinə təsiri əl sıxma, qucaqlaşma, evdən kənarda yemək və s. kimi aşkar mədəni təcrübələrin aradan qaldırılmasından daha dərindir. Bu nəzəriyyə də etnosentrizm və ksenofobiyanın artmasını və cəmiyyətin parçalanmasını proqnozlaşdırır. Çox yaxın gələcəkdə hazırki pandemiyanın yaratdığı fəsadlarının yumşaldılması üçün qəbul edilən tədbirlərin öz-özlüyündə gələcəkdə epidemiya sıçrayışının və böhranının yaranması riskini artırmadığından əmin olmalıyıq. İqtisadiyyatın bərpasına və stimullaşdırılmasına yönələn çoxmilyardlı plan üç mühüm faktora əsaslanmalıdır:

 - Nə etmək lazımdır?

- İlk növbədə biz ətraf mühitin mühafizəsi sahəsində normativ bazanı möhkəmləndirməli və ona əməl etməli və daha çox rasional və ətraf mühitə yönələn yanaşmaların icrasına töhfə verən həvəsləndirici tədbirlər görməliyik. İkincisi, qərar qəbul etmənin bütün səviyyələrində (qlobal səviyyədən yerli səviyyəyə qədər) insan, heyvan və bitkilərin sağlamlığı ilə ümumi ətraf mühitimiz arasında mürəkkəb qarşılıqlı əlaqəni qəbul edərək “Vahid Sağlamlıq” yanaşmasını tətbiq etmək vacibdir. Üçüncüsü, sağlamlıq sistemlərini maliyyə və digər mənbələrlə lazımi qaydada təmin etməliyik, eyni zamanda pandemiyanın yaranması riski qarşısında ən həssas olanların davranışlarında dəyişiklik etməyi stimullaşdırmalıyıq. Bundan əlavə, bu cür tədbirlərə əhalinin ən həssas qruplarının sağlamlığının qorunmasını təmin etməyə yönəlmiş həllərin hazırlanması da daxildir. Ən başlıcası odur ki, biz transformativ dəyişikliklər etməliyik. Bura texnoloji, iqtisadi və sosial amillər, o cümlədən məqsəd və dəyərlər nəzərə alınmaqla, bütün sektorlarda sosial və ekoloji məsuliyyəti təmin etməyə kömək edəcək fundamental, sistem miqyaslı yenidənqurma daxildir. COVID-19 ilə əlaqəli böhranı aradan qaldırmaq üçün mövcud iqtisadi modeldən imtina etməliyik. Bunun üçün təbiəti qorumağa yönəlmiş siyasət və tədbirlər üzrə təlimlər keçirilməlidir ki, təbiət bizə özümüzü qorumağa kömək etsin.

Xəbər lenti
0