Bakıda tibbi maskada olan yaşlı kişi, arxiv şəkli

Yaşlılar COVID-19-dan necə qoruna bilərlər? - Bu vitaminlərin qəbulu çox vacibdir

81
(Yenilənib 11:59 05.11.2020)
A vitamini həzm, mədə-bağırsaq və tənəffüs sisteminin funksiyasına təsir edir. İmmun sisteminin güclənməsində olduqca faydalıdır.

BAKI, 5 noyabr — Sputnik. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir. Rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanma ilə bağlı tövsiyələr, ölkədə qida təhlükəsizliyinin təmin olunması ilə bağlı zəruri məlumatlar oxucuların diqqətinə çatdırılır. Sputnik Azərbaycan AQTA-ya istinadən xəbər verir ki, budəfəki maarifləndirici mövzu isə COVID-19 infeksiyasının yüksək risk qrupuna daxil olan yaşlı insanların sağlam qidalanması haqqındadır:

"Yaşlı insanlar və ahılların COVID-19 virusuna yoluxma riski yüksəkdir. İnfeksiya xüsusilə xroniki xəstəliyi olan ahıllar üçün daha təhlükəlidir. Koronavirus infeksiyasına yoluxma riskini azaltmaq üçün müvafiq qabaqlayıcı tədbirlərə riayət etməklə yanaşı, sağlam həyat tərzi də vacib şərtdir.

Yaşlandıqca maddələr mübadiləsinin gedişi dəyişir, orqanizmin qida maddələrinə olan ehtiyacı, tələbatı da fərqlənir. COVID-19, eləcə də digər yoluxucu xəstəliklərə qarşı orqanizmin müqavimətini artırmaq üçün yaşlı insanların və ahılların düzgün və balanslı qidalanması əsas şərtlərdən biridir.

A vitamini həzm, mədə-bağırsaq və tənəffüs sisteminin funksiyasına təsir edir. İmmun sisteminin güclənməsində olduqca faydalıdır. Şirin kartof, yerkökü, brokkoli, ispanaq, qırmızı bolqar bibəri, ərik, yumurta, süd və bir çox taxıllı qida məhsulları A vitamininin əsas mənbəyidir.

Vitamin B6, B12, mis, fol turşusu, selenlə zəngin qida məhsulları immun sisteminin gücləndirilməsində xüsusi əhəmiyyətə malikdir. Qeyd edək ki, taxıl, yağsız ət, bəzi balıq və dəniz məhsulları B12 vitamini ilə olduqca zəngindir.

C vitamini isə anticisimlərin meydana gəlməsini stimullaşdıraraq immun sistemini tənzimləyir. C vitamini ilə zəngin portağal, qreypfrut və naringi kimi sitrus meyvələrin, qırmızı bolqar bibəri, çiyələk, pomidor və bəzi dənli bitkilərin gündəlik qida rasionuna əlavə edilməsi tövsiyə olunur.

Kalsium və D vitamini ilə zəngin qidalar sümüklərin sağlamlığını qorumaq üçün olduqca vacibdir. Bir çox dənli bitkilər, tünd yaşıl yarpaqlı tərəvəzlər, az yağlı və ya yağsız süd məhsulları kalsiumun zəngin mənbəyidir. Qızıl balıq, pendir, yumurtanın tərkibində D vitamini yüksək miqdardadır.

E vitamini güclü antioksidantdır. Bu vitaminlə zənginləşdirilmiş dənli bitkiləri, bitki yağlarını, günəbaxan toxumunu, badam, fındıq və fıstığı gündəlik qida rasionuna daxil etməklə orqanizmi gücləndirmək olar.

Sink və kaliumun çatışmazlığı da orqanizmdə ciddi problemlərə yol açır. Sink yağsız ət, quş əti, dəniz məhsulları, süd, taxıl məhsulları, lobya və qoz-fındığın tərkibində, kaliuma isə az yağlı və ya yağsız süd, banan, şirin kartof, ispanaq və ağ lobya kimi məhsullarda rast gəlinir. Orqanizmi kifayət qədər kaliumla təmin etməklə, həmçinin duz istehlakını məhdudlaşdırmaqla yüksək təzyiq problemini də aradan qaldırmaq mümkündür.

Əksər xəstəliklər qeyri-düzgün qidalanma nəticəsində yaranır. Ürək-damar xəstəliklərinin, arterial təzyiqin, şəkərli diabetin profilaktikasında sağlam qidalanma olduqca vacibdir. Bu baxımdan yaşlı insanların qidasında liflə zəngin olan məhsullar üstünlük təşkil etməlidir. Lif bağırsağın fəaliyyətini stimullaşdırır, maddələr mübadiləsini sürətləndirir. Həmçinin lifli qidalar insanı tox tutur. Pəhriz lifləri ürək və II tip diabet xəstəliklərinin inkişafının qarşısını alır, qan şəkərin idarə olunmasında və xolesterolun səviyyəsinin azalmasında mühüm rol oynayır. 50 yaşdan yuxarı insanların qida liflərinə gündəlik tələbatı 30 qramdır. Liflə zəngin qidalar əsasən meyvə və tərəvəzlərdir. Tam taxıllı çörəklər və dənli bitkilər (xüsusən, lobya və noxud) də daha çox istehlakı tövsiyə olunan lifli qidalardandır. Bundan başqa, istehlak edilən yağların çoxu sağlam doymamış yağlardan ibarət olmalıdır.

Türkiyənin Daxili işlər naziri Süleyman Söylü
© AP Photo / Burhan Ozbilici

Fiziki aktivlik sağlamlığın vacib şərtlərindəndir. Fiziki aktivliyin az olması bədən çəkisinin artmasının, eləcə də bir sıra qeyri-infeksion xəstəliklərin yaranmasının əsas risk faktorlarından biridir. 50 yaşdan yuxarı insanların gündəlik kaloriyə olan tələbatı onların aktivlik dərəcəsindən asılıdır:

• Qeyri-aktiv həyat tərzi keçirən şəxslər üçün 2000-2200 kalori

• Orta dərəcədə aktiv həyat tərzi keçirən şəxslər üçün 2200-2400 kalori

• Müntəzəm aktiv həyat tərzi olan şəxslər üçün 2400-2800 kalori

Yaş ötdükcə fiziki aktivliyin azalması insanlarda maddələr mübadiləsinin yavaşlamasına səbəb olur. Bir sözlə, sağlam həyat tərzi sürmək üçün düzgün və balanslı qidalanmaq qədər fiziki aktivliyi də yüksəltmək vacib və faydalıdır".

81
Koronavirus testi, arxiv şəkli

TƏBİB Azərbaycanda koronavirus testlərinin bitməsi barədə məlumatlara aydınlıq gətirdi

0
(Yenilənib 19:41 26.11.2020)
Bu problemin aradan qaldırılması məqsədilə, simptomsuz təmaslılardan testlərin götürülməsinə müvəqqəti məhdudiyyət qoyulması qərara alınıb.

BAKI, 26 noyabr - Sputnik. Azərbaycanda koronavirus (COVID-19) ilə əlaqədar aparılan testlərin bitməsi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.

Bu barədə Sputnik Azərbaycan-a TƏBİB-dən məlumat verilib. 

"Bildiririk ki, ölkəmizdə koronavirusun diaqnozu üçün kifayət qədər test ehtiyatı mövcuddur. Sadəcə olaraq, gün ərzində götürülən testlərin sayı çox olduğundan bu, laboratoriyaların iş gücünə təsir göstərir. Nəticədə, təbii olaraq testin nəticələri bir qədər gecikmiş olur", - TƏBİB bildirib.

Məlumatda o da qeyd olunub ki, bu problemin aradan qaldırılması məqsədilə, simptomsuz təmaslılardan testlərin götürülməsinə müvəqqəti məhdudiyyət qoyulması qərara alınıb.

"Hazırda ölkədə 37 laboratoriya mövcuddur. Bu laborotoriyalarda gündəlik 10 000 testin aparılması nəzərdə tutulurdu, artıq müraciətlərin sayı çox olduğundan gün ərzində laboratoriyalara daxil olan test nümunələri nəzərdə tutulduğundan 2 dəfə (19178 test) artıb", - deyə məlumatda bildirilir. 

0
Teqlər:
test, korona virusu, Koronavirus, epidemiya, COVID-19, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi, TƏBİB
Koronavirus testi, arxiv şəkli

Azərbaycanda son sutkada COVID-19-a yoluxanlarla bağlı qorxulu rəqəmlər

14
(Yenilənib 18:04 26.11.2020)
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 32 nəfər vəfat edib.

BAKI, 26 noyabr — Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 3705 yeni yoluxma faktı qeydə alınıb, 1609 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 32 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 106101 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 68572 nəfər müalicə olunaraq sağalıb, 1256 nəfər vəfat edib, aktiv xəstə sayı 36273 nəfərdir. 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 19178, ötən müddət ərzində isə ümumilikdə 1665832 test aparılıb.

14
Teqlər:
Nazirlər Kabineti yanında Operativ Qərargah, operativ qərargah, Koronavirus, epidemiya, COVID-19