CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda koronavirusa yoluxma yenidən kəlləçarxda

© AFP 2023 / KENZO TRIBOUILLARDТест на коронавирус, фото из архива
Тест на коронавирус, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmışc 15 nəfər vəfat edib, 1242 nəfərdə isə yeni yoluxma faktı qeydə alınıb.

BAKI, 3 noyabr — Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1242 yeni yoluxma faktı qeydə alınıb, 551 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 15 nəfər vəfat edib.

İndiyədək ümumilikdə 58282 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 45030 nəfər müalicə olunaraq sağalıb, 768 nəfər vəfat edib, aktiv xəstə sayı 12484 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11159, ötən müddət ərzində isə ümumilikdə 1379779 test aparılıb.

Xəbər lenti
0