Nahar, arxiv şəkli

Mammoloq qadınlara pəhrizdən uzaq durmağı tövsiyə edir

28
(Yenilənib 00:51 02.11.2020)
Onkoloq pəhrizləri qadınlar üçün “əzab” adlandırıb, onun fikrincə, qadınlar pəhrizə görə pis əhvalda olurlar. O, arıqlamaq istəyənlərə deyir ki, ürəkləri istədiyi hər şeyi yesinlər, amma az miqdarda.

BAKI, 2 noyabr – Sputnik. Pəhrizlər orqanizm üçün stresdir, onlar bitəndə isə çəki əvvəlki göstəricilərinə qayıdır.

Sputnik Azərbaycan bildirir ki, bunu Gertsen adına Moskva Elmi-Tədqiqat Onkologiya İnstitutunun Reproduktiv Orqanların Onkologiyası Milli Mərkəzinin rəhbəri, Rusiya Mammoloqlar Assosiasiyasının prezidenti Nadejda Rojkova deyib.

“Piylənmə çox pis amildir, o, gerçəkdən də xərçəngin inkişaf etməsinə rəvac verir, amma mən hansısa pəhrizin saxlanılmasının tərəfdarı deyiləm”, - mütəxəssis deyib.

O, pəhrizləri qadınlar üçün “əzab” adlandırıb, onun fikrincə, qadınlar pəhrizə görə pis əhvalda olurlar. Rojkova arıqlamaq istəyənlərə deyir ki, ürəkləri istədiyi hər şeyi yesinlər, amma az miqdarda.

“Bu, ən asanıdır, düzünü deyim ki, bunların hamısını öz təcrübəmdən bilirəm, çünki köklüyə meylliyəm”, - mütəxəssis əlavə edib.  

O deyib ki, müxtəlif pəhizlər saxlayıb, amma onlar bitən kimi çəkisi geri qayıdıb.

“Hər şey yemək olar: hətta səhər çağı qəhvə ilə pirojna da. Amma pirojna gərək çox xırda olsun”, - həkim bildirir.  

Onun məsləhətinə görə, bir neçə öyün və az-az yemək lazımdır ki, qidanı orqanizm “yandıra” bilsin, artıq heç nə qalmasın, enerji təminatı da tükənməsin.

“Ən sadə üsul budur, əsas odur ki, qadın özünü bədbəxt hiss eləmir, o, konfet də, peçenye də yeyə bilər, amma gərək porsiyalar çox az olsun”, - Rojkova deyib.

28
Teqlər:
onkologiya, köklük, əhval, mammoloq, qadınlar, pəhriz
Əlaqədar
Soyuq aylarda hansı vitaminlər kömək edir
Dazlıqla mübarizədə faydalı məhsullar aşkar edildi
Qırmızı əti yeyək, ya yox: Alimlər mal əti ilə bağlı müəmmaya aydınlıq gətirdi
Erkən yaşlarda arıqlamaq ölüm riskini azaldır
Bədən tərbiyəsi müəllimi arıqlamağın sadə yolunu öyrədib
Xəstəxana, arxiv şəkli

Kişiyə hamilə diaqnozu qoyulmasına aydınlıq gətirildi

21
(Yenilənib 15:49 24.11.2020)
Səmra Hacıyeva vətəndaşa şəkərsiz diabetlə bağlı göndərişi öz xidməti kompyuterindəki hamiləliklə bağlı hazırlanmış sənədin surəti üzərində hazırlayıb. Bu zaman hamiləlik sözünü silməyi unudub.

BAKI, 24 noyabr — Sputnik. Dünən sosial şəbəkələrdə və bəzi Kütləvi İnformasiya Vasitələrində Azərbaycanda kişiyə hamilə diaqnozu qoyulması ilə bağlı yayılan məlumatlar əsasında araşdırma aparılıb.

Bu barədə Sputnik Azərbaycan-a TƏBİB-dən verilən məlumatda bildirilir ki, araşdırma nəticəsində məlum olub ki, 23.11.2020-ci il tarixində Xaçmaz şəhər sakini İlkin Əzməmmədova təqdim olunan sənəddə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının kargüzarı Səmra Hacıyeva tərəfindən mexaniki səhvə yol verilib.

© Photo : Azerbaijan's Management Union of Medical Territorial Units
İlkin Əzməmmədova təqdim olunan sənəd

Belə ki, Səmra Hacıyeva vətəndaşa şəkərsiz diabetlə bağlı göndərişi öz xidməti kompyuterindəki hamiləliklə bağlı hazırlanmış sənədin surəti üzərində hazırlayıb. Bu zaman hamiləlik sözünü silməyi unudub. Sənəd çap edildikdən sonra elə yerindəcə səhv aşkarlanıb və düzəliş olunaraq vətəndaşa düzgün variantda arayış təqdim olunub. Kargüzar arayışı yenidən tərtib edən zaman vətəndaş stolun üzərindəki ilkin çap olunmuş arayışın fotosunu çəkərək sosial şəbəkə hesabında paylaşıb. Məsələ ilə bağlı İlkin Əzməmmədovla da əlaqə saxlanılıb. O, paylaşımı zarafatla etdiyini və daha sonra sildiyini bildirib.

21
Teqlər:
TƏBİB, diaqnoz, hamilə
Koronavirus testi, arxiv şəkli

Hansı amillər koronavirus testinin nəticəsinə təsir göstərə bilər?

18
"Pasiyent üç saat ərzində nə su içməli, nə siqaret çəkməli, nə də dişlərini fırçalamalıdır", –  virusoloq xəbərdarlıq edir.

BAKI, 24 noyabr — Sputnik. Mütəxəssislər koronavirus üçün test verərkən yanılma riskini azaltmaq üçün hansı qaydalara riayət etmək lazım gəldiyini açıqlayıblar. Sputnik Azərbaycan-ın RİA Novosti-yə istinadla yaydığı məlumata görə, yüksək kateqoriyalı terapevt Tatyana Romanenko bildirib ki, koronavirus testini acqarına vermək və prosesdən əvvəl ağzı antiseptik məhlulla yaxalamaq lazımdır.

"Əgər burundan yaxma götürüləcəksə, bəzi qaydalara riayət etməyə ehtiyac var: yaxma burun keçidlərindən götürüldüyü üçün, məsələn, əgər pasiyent testdən əvvəl burnunu təmizləyibsə və ya yuyubsa, onda dəqiq nəticə əldə etmək mümkün deyil", – deyə mütəxəssis bildirib.

Rusiya Xalqlar Dostluğu Universitetinin Yoluxucu Xəstəliklər şöbəsinin müdiri Qalina Kojevnikova isə qeyd edib ki, pasiyentin başqa davranışları da testin nəticəsinin səhv olmasına gətirib çıxara bilər.

"Pasiyent üç saat ərzində nə su içməli, nə siqaret çəkməli, nə də dişlərini fırçalamalıdır", – deyə virusoloq xəbərdarlıq edib.

Biologiya elmləri doktoru, professor Aleksey Aqranovski isə bildirib ki, testin nəticəsinə nümunələrin özünün hazırlanma keyfiyyəti də təsir göstərə bilər.

18
Əlində plastik torba olan kişi, arxiv şəkli

"Can rahatlığı"na əlvida: torba olacaq, çəngəl-qaşıq

0
(Yenilənib 16:35 24.11.2020)
Qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, birdəfəlik plastik qarışdırıcı çubuq, çəngəl, bıçaq, boşqab və stəkanların sahibkarlar tərəfindən idxalı, istehsalı, ticarət, ictimai iaşə və xidmət obyektlərində istehlakçıya satılması və verilməsi qadağan edilir

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 24 noyabr — Sputnik. Azərbaycanda gələn ildən polietilen torbalar və plastik məmulatların satışı qadağan ediləcək.

Sputnik Azərbaycan xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında ikinci oxunuşda müzakirə edilən "Ətraf mühitin mühafizəsi haqqında" qanun layihəsinə təklif edilən dəyişikliklərdə əksini tapıb.

Qeyd edilib ki, layihə ölkə Prezidentinin 2019-cu il 7 fevral tarixli "Azərbaycanda plastik qablaşdırma tullantılarının ətraf mühitə təsirinin azaldılmasına dair 2019-2020-ci illər üçün Tədbirlər Planı"na əsasən hazırlanıb. Qalınlığı az olan plastik torbalar çürüməyə qarşı davamlı olduğu üçün təbiətin çirklənməsində daha böyük rol oynayır.

Sənədə təklif olunan dəyişiklikdə qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, habelə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, bıçaq, boşqab və stəkanların sahibkarlar tərəfindən idxalı, istehsalı, ticarət, ictimai iaşə və xidmət obyektlərində istehlakçıya satılması və verilməsi qadağan edilir.

Bu Qanunun müddəaları polietilen torbalara münasibətdə 2021-ci il yanvarın 1-dən,  birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, qaşıq, bıçaq, boşqab və stəkanlara münasibətdə isə 2021-ci il iyulun 1-dən qüvvəyə minir.

İclasda həmçinin İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi barədə qanun layihəsi də müzakirə edilib. Təklif olunan dəyişikliklər "Ətraf mühitin mühafizəsi haqqında" qanun layihəsinə edilən dəyişikliklərə əsasən qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, habelə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, bıçaq, boşqab və stəkanların sahibkarlar tərəfindən idxalı, istehsalı, ticarət, ictimai iaşə və xidmət obyektlərində istehlakçıya satılması və verilməsi ilə bağlı müddəaların pozulmasına görə inzibati məsuliyyət hallarını özündə ehtiva edir.

Hər iki dəyişiklik müzakirələrdən sonra səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

0
Teqlər:
qadağa, polietilen torbalar, plastik qablar, plastik, qərar, Milli Məclis, Azərbaycan