Koronavirus testi, arxiv şəkli

COVID-19 cövlan edir: Azərbaycanda bir sutkada 1175 yoluxma aşkarlandı

37
(Yenilənib 10:42 02.11.2020)
Azərbaycanda indiyədək ümumilikdə 56444 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 44157 nəfər müalicə olunaraq sağalıb, 740 nəfər vəfat edib

BAKI, 1 noyabr - Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1175 yeni yoluxma faktı qeydə alınıb, 614 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 10 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 56444 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 44157 nəfər müalicə olunaraq sağalıb, 740 nəfər vəfat edib, aktiv xəstə sayı 11547 nəfərdir. 

Ölkədə son sutka ərzində 10632, hazırkı dövrədək isə 1363539 test aparılıb. 

37
Teqlər:
ölənlər, yoluxma, Azərbaycan, Koronavirus, epidemiya, COVID-19
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər (331)
Əlaqədar
Bu qış ağır keçəcək: COVID-19 digər xəstəliyi unutdurub, amma o da öldürür
On ayın tamamında vahiməli rəqəmlər: COVID-19 tüğyan edir
Koronavirus sağalır, fəsadları qalır
İsrail dünyanı xilas etməyi düşünür – sınaqlar bu gün başladı
Britaniyada bir aylıq karantin tətbiq ediləcək
Əllərin dezinfeksiya olunması, arxiv şəkli

Qışda əlləri tez-tez dezinfeksiya etmək daha zərərlidir

11
(Yenilənib 02:22 24.11.2020)
Həkim-dermatoloq Aleksey Yedemski pandemiya dövründə dezinfeksiyaedici maddələrdən uzaq durmağı məsləhət görmürlər.

BAKI, 24 noyabr — Sputnik. Həkim-dermatoloq Aleksey Yedemski Sputnik radiosuna müsahibəsində dezinfeksiyaedici maddələrdən istifadə zamanı əllərə qulluq barədə danışıb.

Mütəxəssisin sözlərinə görə, koronavirus pandemiyası səbəbindən əllərimizi tez-tez yumağımız və antiseptik vasitələrlə dezinfeksiya etməyimiz qış aylarında əllərin dərisinə daha çox ziyan vura bilər.

"İnsan dərisi özünü yeniləməyə qadirdir, ancaq kəskin qoruyucu məhlullardan tez-tez istifadə buna imkan vermir", – deyə mütəxəssis qeyd edib.

Bununla belə, dermatoloq pandemiya dövründə dezinfeksiyaedici maddələrdən uzaq durmağı məsləhət görmür. O, əllərin dərisini qorumaq üçün vaxtaşırı əl kremlərindən istifadəni tövsiyə edir.

"İlk növbədə emolent tipli qoruyucu kremlərdən istifadə etmək lazımdır. Belə məhsullar dərini müdafiə edərək nəmin buxarlanmasının qarşısını alır ", – deyə həkim bildirib.

Bir qədər bundan əvvəl Rusiyanın Burdenko adına Elmi Tədqiqat İnstitutunun əməkdaşı, tibb elmləri doktoru Olqa Yerşova bildirmişdi ki, əllərin antiseptik vasitələrlə dezinfeksiya olunması dermatit xəstəliyinin yaranmasına yol aça bilər. O qeyd etmişdi ki, tibb işçiləri belə hallarla çox qarşılaşır və bunun nəticəsi kifayət qədər ciddi ola bilər.

11
Tahir Kərimli, arxiv şəkli

Millət vəkilində COVID-19 aşkarlandı, evdə karantinə alındı

22
Tahir Kərimli bildirib ki, ailəsində də yoluxan olub və onlar da ev şəraitində müalicələrini davam etdirirlər. 

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 23 noyabr — Sputnik. Noyabrın 19-da Milli Məclisin 10-dan çox deputatında COVID-19 testinin nəticəsi pozitiv çıxıb. Sputnik Azərbaycan xəbər verir ki, virus aşkarlanan millət vəkillərindən biri olan Tahir Kərimli hazırda evdə müalicə alır. Bu haqda Sputnik Azərbaycan-a danışan millət vəkili səhhətinin yaxşı olduğunu bildirib: "Hazırda səhhətim yaxşıdır, evdə müalicə alıram. Həkim müayinəsi altında müalicələr davam edir".

Millət vəkili bildirib ki, ailəsində də yoluxan olub və onlar da ev şəraitində müalicələrini davam etdirirlər. 

Xatırladaq ki, “Report” COVID-19-a yoluxan deputatlardan 9-nun adını təqdim edib: Bunlar Tahir Kərimli, Azər Badamov, Məşhur Məmmədov, Vüqar Bayramov, Qənirə Paşayeva, Rəşad Mahmudov, Soltan Məmmədov, Nizami Səfərov və Elnur Allahverdiyevdir

22
Teqlər:
müalicə, millət vəkili, Koronavirus, COVID-19, yoluxma
Milli Məclisin iclası, arxiv şəkli

Milli Məclisin iclası keçiriləcək

0
“Ətraf mühitin mühafizəsi haqqında” qanuna, İnzibati Xətalar Məcəlləsinə və s. dəyişikliklər ediləcək.

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 24 noyabr — Sputnik. Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək.

Sputnik Azərbaycan-ın məlumatına görə, iclasın gündəliyinə 6 məsələ daxi edilib.

Həmin məsələlər aşağıdakılardır:

1.Vətən Müharibəsində qələbə münasibətilə Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).

2."Azərbaycan Respublikasının "Vətən Müharibəsi Qəhrəmanı" adının təsis edilməsi haqqında" Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).

3."Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).

4.Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illiyi (1920-2020)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).

5."Ətraf mühitin mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).

6. İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).

0
Teqlər:
Milli Məclis