Reanimasiyada COVİD-19 xəstəsi, arxiv şəkli

On ayın tamamında vahiməli rəqəmlər: COVID-19 tüğyan edir

19
(Yenilənib 10:02 01.11.2020)
Son məlumatlara görə, dünya üzrə 46 015562 nəfər COVID-19-a yoluxub. 1194906 xəstə dünyasını dəyişib

BAKI, 1 noyabr - Sputnik. Dünyada koronavirusa yoluxanların sayı 46 milyonu keçib.

Sputnik Azərbaycan bildirir ki, bu barədə məlumatı Cons Hopkins Universiteti yayıb.

Son məlumatlara görə, dünya üzrə 46015562 nəfər COVID-19-a yoluxub. 1194906 xəstə dünyasını dəyişib.

İndiyədək 30,7 milyondan çox insan COVID-19-dan sağalmağa müvəffəq olub.

Ümumdünya Səhiyyə Təşkilatı martın 11-də koronavirus eidemiyasını pandemiya elana edib.

19
Teqlər:
yoluxma, Koronavirus, epidemiya, COVID-19, ÜST, dünya
Mövzu:
Dünyanı cənginə almış bəla (510)
Əlaqədar
Bu qış ağır keçəcək: COVID-19 digər xəstəliyi unutdurub, amma o da öldürür
Britaniyada bir aylıq karantin tətbiq ediləcək
Türkiyədə nazir koronavirusa yoluxdu
Evdə müalicə olunan COVID-19 xəstələrinə dərmanı dövlət verir - Səhiyyə Nazirliyi
Vəziyyət pisləşsə, tədbirlər sərtləşdiriləcək - Baş infeksionist
Əllərin dezinfeksiya olunması, arxiv şəkli

Qışda əlləri tez-tez dezinfeksiya etmək daha zərərlidir

12
(Yenilənib 02:22 24.11.2020)
Həkim-dermatoloq Aleksey Yedemski pandemiya dövründə dezinfeksiyaedici maddələrdən uzaq durmağı məsləhət görmürlər.

BAKI, 24 noyabr — Sputnik. Həkim-dermatoloq Aleksey Yedemski Sputnik radiosuna müsahibəsində dezinfeksiyaedici maddələrdən istifadə zamanı əllərə qulluq barədə danışıb.

Mütəxəssisin sözlərinə görə, koronavirus pandemiyası səbəbindən əllərimizi tez-tez yumağımız və antiseptik vasitələrlə dezinfeksiya etməyimiz qış aylarında əllərin dərisinə daha çox ziyan vura bilər.

"İnsan dərisi özünü yeniləməyə qadirdir, ancaq kəskin qoruyucu məhlullardan tez-tez istifadə buna imkan vermir", – deyə mütəxəssis qeyd edib.

Bununla belə, dermatoloq pandemiya dövründə dezinfeksiyaedici maddələrdən uzaq durmağı məsləhət görmür. O, əllərin dərisini qorumaq üçün vaxtaşırı əl kremlərindən istifadəni tövsiyə edir.

"İlk növbədə emolent tipli qoruyucu kremlərdən istifadə etmək lazımdır. Belə məhsullar dərini müdafiə edərək nəmin buxarlanmasının qarşısını alır ", – deyə həkim bildirib.

Bir qədər bundan əvvəl Rusiyanın Burdenko adına Elmi Tədqiqat İnstitutunun əməkdaşı, tibb elmləri doktoru Olqa Yerşova bildirmişdi ki, əllərin antiseptik vasitələrlə dezinfeksiya olunması dermatit xəstəliyinin yaranmasına yol aça bilər. O qeyd etmişdi ki, tibb işçiləri belə hallarla çox qarşılaşır və bunun nəticəsi kifayət qədər ciddi ola bilər.

12
Tahir Kərimli, arxiv şəkli

Millət vəkilində COVID-19 aşkarlandı, evdə karantinə alındı

23
Tahir Kərimli bildirib ki, ailəsində də yoluxan olub və onlar da ev şəraitində müalicələrini davam etdirirlər. 

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 23 noyabr — Sputnik. Noyabrın 19-da Milli Məclisin 10-dan çox deputatında COVID-19 testinin nəticəsi pozitiv çıxıb. Sputnik Azərbaycan xəbər verir ki, virus aşkarlanan millət vəkillərindən biri olan Tahir Kərimli hazırda evdə müalicə alır. Bu haqda Sputnik Azərbaycan-a danışan millət vəkili səhhətinin yaxşı olduğunu bildirib: "Hazırda səhhətim yaxşıdır, evdə müalicə alıram. Həkim müayinəsi altında müalicələr davam edir".

Millət vəkili bildirib ki, ailəsində də yoluxan olub və onlar da ev şəraitində müalicələrini davam etdirirlər. 

Xatırladaq ki, “Report” COVID-19-a yoluxan deputatlardan 9-nun adını təqdim edib: Bunlar Tahir Kərimli, Azər Badamov, Məşhur Məmmədov, Vüqar Bayramov, Qənirə Paşayeva, Rəşad Mahmudov, Soltan Məmmədov, Nizami Səfərov və Elnur Allahverdiyevdir

23
Teqlər:
müalicə, millət vəkili, Koronavirus, COVID-19, yoluxma

Azərbaycanın xarici ticarət göstəriciləri

0
İxracat sahəsində Azərbaycanın əsas ticarət tərəfdaşları İtaliya, Türkiyə, Rusiya, Yunanıstan, Çin və Hindistandır. İdxal sahəsində isə ölkəmiz daha çox Rusiya, Türkiyə, Çin, ABŞ, Almaniya və Fransa ilə əməkdaşlıq edir.
© Sputnik / Elnur Salayev

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, 2020-ci ilin yanvar-sentyabr ayları ərzində ölkənin xarici ticarət dövriyyəsi 17,83 milyard dollar təşkil edib ki, bunun 10 milyard dolları ixracın, 7,8 milyard dolları isə idxal məhsullarının payına düşür. Müsbət ticarət saldosu 2.2 milyard dollara bərabər olub.

Bu dövrdə Azərbaycan məhsullarının əsas satış bazarı – İtaliya (29,5%), Türkiyə (19,9%), Rusiya (4,7%), Yunanıstan (4,1%), Çin (4%) və Hindistan (3,4%) olub. Ölkəmiz isə daha çox Rusiya (18.4%), Türkiyə (14.4%), Çin (13%), ABŞ (6.7%), Almaniya (4.3%) və Fransadan (4,2% ) ticarət məhsulları idxal edib.

Yanvar-sentyabr aylarının yekunlarına görə, Azərbaycan ümumilikdə dünyanın 178 ölkəsi ilə ticarət əməliyyatları həyata keçirib.

Azərbaycanın xarici ticarəti ilə bağlı vəziyyətə dair daha geniş məlumatla Sputnik Azərbaycan-ın infoqrafikasından tanış ola bilərsiniz.

0