Dərman, arxiv şəkli

Evdə müalicə olunan COVID-19 xəstələrinə dərmanı dövlət verir - Səhiyyə Nazirliyi

30
O, indiyədək ölkəmizdə 700-ə yaxın insanın bu virusdan dünyasını dəyişdiyini bildirib O, indiyədək ölkəmizdə 700-ə yaxın insanın bu virusdan dünyasını dəyişdiyini bildirib

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 31 oktyabr — Sputnik. Azərbaycanda COVID-19 xəstəliyini yüngül keçirən xəstələrə də dərmanlar dövlət tərəfindən verilir. Sputnik Azərbaycan-ın türk mətbuatına istinadən məlumatına görə, bu məlumatı Azərbaycanın Səhiyyə nazirinin müavini Elsəvər Ağayev Türk Konseyi Sağlıq Bilim Kurulunun toplantısında iştirak edərkən bildirib. E.Ağayev deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə iki ayda 4 min çarpayılıq 12 modul xəstəxana COVID-19 xəstələrinə xidmət üçün verilib. E.Ağayev COVID-19-u yüngül keçirən xəstələrin evdə izolyasiya olunaraq müalicələrini davam etdirdiklərini dilə gətirib. Nazir müavini Azərbaycanda koronavirusa yoluxma sayının gündəlik 500-600 təşkil etdiyini, ümumi xəstə sayının 53 mini keçdiyini söyləyib. E.Ağayev bu səbəbdən də təhsil müəssisələrində dərslərin iki həftəlik dayandırıldığını, onlayn təhsilə qərar verildiyini bildirib.

E.Ağayev çıxışı zamanı Azərbaycanda 7-8 bölgədə virusa yoluxma sayının artması səbəbindən giriş-çıxışa qadağa qoyulduğunu diqqətə çatdırıb. O, indiyədək ölkəmizdə 700-ə yaxın insanın bu virusdan dünyasını dəyişdiyini bildirib.

30
Əllərin dezinfeksiya olunması, arxiv şəkli

Qışda əlləri tez-tez dezinfeksiya etmək daha zərərlidir

11
(Yenilənib 02:22 24.11.2020)
Həkim-dermatoloq Aleksey Yedemski pandemiya dövründə dezinfeksiyaedici maddələrdən uzaq durmağı məsləhət görmürlər.

BAKI, 24 noyabr — Sputnik. Həkim-dermatoloq Aleksey Yedemski Sputnik radiosuna müsahibəsində dezinfeksiyaedici maddələrdən istifadə zamanı əllərə qulluq barədə danışıb.

Mütəxəssisin sözlərinə görə, koronavirus pandemiyası səbəbindən əllərimizi tez-tez yumağımız və antiseptik vasitələrlə dezinfeksiya etməyimiz qış aylarında əllərin dərisinə daha çox ziyan vura bilər.

"İnsan dərisi özünü yeniləməyə qadirdir, ancaq kəskin qoruyucu məhlullardan tez-tez istifadə buna imkan vermir", – deyə mütəxəssis qeyd edib.

Bununla belə, dermatoloq pandemiya dövründə dezinfeksiyaedici maddələrdən uzaq durmağı məsləhət görmür. O, əllərin dərisini qorumaq üçün vaxtaşırı əl kremlərindən istifadəni tövsiyə edir.

"İlk növbədə emolent tipli qoruyucu kremlərdən istifadə etmək lazımdır. Belə məhsullar dərini müdafiə edərək nəmin buxarlanmasının qarşısını alır ", – deyə həkim bildirib.

Bir qədər bundan əvvəl Rusiyanın Burdenko adına Elmi Tədqiqat İnstitutunun əməkdaşı, tibb elmləri doktoru Olqa Yerşova bildirmişdi ki, əllərin antiseptik vasitələrlə dezinfeksiya olunması dermatit xəstəliyinin yaranmasına yol aça bilər. O qeyd etmişdi ki, tibb işçiləri belə hallarla çox qarşılaşır və bunun nəticəsi kifayət qədər ciddi ola bilər.

11
Tahir Kərimli, arxiv şəkli

Millət vəkilində COVID-19 aşkarlandı, evdə karantinə alındı

21
Tahir Kərimli bildirib ki, ailəsində də yoluxan olub və onlar da ev şəraitində müalicələrini davam etdirirlər. 

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 23 noyabr — Sputnik. Noyabrın 19-da Milli Məclisin 10-dan çox deputatında COVID-19 testinin nəticəsi pozitiv çıxıb. Sputnik Azərbaycan xəbər verir ki, virus aşkarlanan millət vəkillərindən biri olan Tahir Kərimli hazırda evdə müalicə alır. Bu haqda Sputnik Azərbaycan-a danışan millət vəkili səhhətinin yaxşı olduğunu bildirib: "Hazırda səhhətim yaxşıdır, evdə müalicə alıram. Həkim müayinəsi altında müalicələr davam edir".

Millət vəkili bildirib ki, ailəsində də yoluxan olub və onlar da ev şəraitində müalicələrini davam etdirirlər. 

Xatırladaq ki, “Report” COVID-19-a yoluxan deputatlardan 9-nun adını təqdim edib: Bunlar Tahir Kərimli, Azər Badamov, Məşhur Məmmədov, Vüqar Bayramov, Qənirə Paşayeva, Rəşad Mahmudov, Soltan Məmmədov, Nizami Səfərov və Elnur Allahverdiyevdir

21
Teqlər:
müalicə, millət vəkili, Koronavirus, COVID-19, yoluxma
Ancelina Coli, arxiv şəkli

Ancelina Coli fotoqrafın həyatından film çəkəcək

0
Filmdə fotoqraf Don Makklinin həyatından bəhs olunacaq. Ancelina Don Makklin kimi fotoqrafın həyatını lentə alacağı üçün xoşbəxt olduğunu bildirib.

 

BAKI, 23 noyabr — Sputnik. Hollivud ulduzu Ancelina Coli yeni layihəsi ilə gündəmə gəlib. Sputnik Azərbaycan xəbər verir ki, məşhur aktrisa rejissor fəaliyyətinə davam edəcək. Ancelina 4 il aradan sonra yenidən film çəkəcək. Aktrisanın budəfəki ekran işi "Unreasonable Behaviour" adlanır.

Filmdə fotoqraf Don Makklinin həyatından bəhs olunacaq. Ancelina Don Makklin kimi fotoqrafın həyatını lentə alacağı üçün xoşbəxt olduğunu bildirib.

Qeyd edək ki, Coli ilk dəfə rejissor kimi özünü 2011-ci ildə sınayıb. "Unreasonable Behaviour" isə aktrisanın beşinci ekran işi olacaq.

0
Teqlər:
rejissor, film, Ancelina Coli