CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda bir gündə mindən çox adam koronavirusa yoluxub

© AFP 2023 / KENZO TRIBOUILLARDТест на коронавирус, фото из архива
Тест на коронавирус, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1095 yeni yoluxma faktı qeydə alınıb, 547 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

BAKI, 31 oktyabr — Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1095 yeni yoluxma faktı qeydə alınıb, 547 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 12 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 55269 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 43543 nəfər müalicə olunaraq sağalıb, 730 nəfər vəfat edib, aktiv xəstə sayı 10996 nəfərdir. 

Ölkədə son sutka ərzində 11441, hazırkı dövrədək isə 1352907 test aparılıb. 

Xəbər lenti
0