Özünü müalicə edən şəxs, arxiv şəkli

Koronavirus sağalır, fəsadları qalır

54
(Yenilənib 23:44 30.10.2020)
İndiyədək dünyada 44.9 milyon insan koronavirusa yoluxub. 1.178 milyon insan isə bu virusun səbəb olduğu COVID-19 xəstəliyindən dünyasını dəyişib

BAKI, 30 oktyabr - Sputnik. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adhanom Gebreyesus birfinqdə çıxışı zamanı koronavirusdan sağalanları xəstəliyin qalıcı fəsadları barədə xəbərdar edib.

"Vaxt keçdikcə dəyişən və bir çox hallarda güclənən geniş spektrdə simptomlar var", - o qeyd edib.

Bunlara Gebreyesus əzginlik, öskürək, nəfəs darlığı, əsas orqanların, o cümlədən ürək və ağciyərlərin iltihabı və zədələnməsini göstərib.

Son sutka ərzində dünyada 505756 nəfərdə COVID-19 aşkarlanıb. Bu, ÜST-ün məlumatına görə, pandemiya başlayandan rekord göstərici olub.

İndiyədək dünyada 44.9 milyon insan koronavirusa yoluxub. 1.178 milyon insan isə bu virusun səbəb olduğu COVID-19 xəstəliyindən dünyasını dəyişib.

54
Teqlər:
simptom, fəsad, ÜST, dünya, Koronavirus, epidemiya, COVID-19
Əlaqədar
Rusiyada rekord sayda koronavirusa yoluxma qeydə alınıb
ABŞ "anticisim kokteyli"nin sınağını qismən dayandırdı
Azərbaycanda son sutkada 1022 nəfər COVID-19-a yoluxub
Dünya Turizm Təşkilatı ondan şikayətçidir: 730 milyard dollar ziyana düşüb
Putin koronavirus peyvəndlərinin effektivliyindən danışdı: "Sovet məktəbi sağdır"
Tahir Kərimli, arxiv şəkli

Millət vəkilində COVID-19 aşkarlandı, evdə karantinə alındı

17
Tahir Kərimli bildirib ki, ailəsində də yoluxan olub və onlar da ev şəraitində müalicələrini davam etdirirlər. 

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 23 noyabr — Sputnik. Noyabrın 19-da Milli Məclisin 10-dan çox deputatında COVID-19 testinin nəticəsi pozitiv çıxıb. Sputnik Azərbaycan xəbər verir ki, virus aşkarlanan millət vəkillərindən biri olan Tahir Kərimli hazırda evdə müalicə alır. Bu haqda Sputnik Azərbaycan-a danışan millət vəkili səhhətinin yaxşı olduğunu bildirib: "Hazırda səhhətim yaxşıdır, evdə müalicə alıram. Həkim müayinəsi altında müalicələr davam edir".

Millət vəkili bildirib ki, ailəsində də yoluxan olub və onlar da ev şəraitində müalicələrini davam etdirirlər. 

Xatırladaq ki, “Report” COVID-19-a yoluxan deputatlardan 9-nun adını təqdim edib: Bunlar Tahir Kərimli, Azər Badamov, Məşhur Məmmədov, Vüqar Bayramov, Qənirə Paşayeva, Rəşad Mahmudov, Soltan Məmmədov, Nizami Səfərov və Elnur Allahverdiyevdir

17
Teqlər:
müalicə, millət vəkili, Koronavirus, COVID-19, yoluxma
Tibb işçisi, arxiv şəkli

Azərbaycanda koronavirusdan ölüm pik həddə çatdı

34
(Yenilənib 16:44 23.11.2020)
Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, bu gün koronavirus infeksiyasına 2 187 yeni yoluxma faktı qeydə alınıb.

BAKI, 23 noyabr — Sputnik. Azərbaycanda bu gün koronavirus infeksiyasına 2 187 yeni yoluxma faktı qeydə alınıb, 634 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Son sutkada 29 nəfər COVID-19-dan vəfat edib. İndiyədək ölkədə ümumilikdə 95 281 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 64 475 nəfər müalicə olunaraq sağalıb, 1 160 nəfər vəfat edib, aktiv xəstələrin sayı 29 646 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 784, ötən müddət ərzində isə ümumilikdə 1 617 239 test aparılıb.

34

Kafe restoranlarda karantin tələblərinin tətbiqi üzrə əlaqələndirici şəxs olacaq

0
(Yenilənib 23:47 23.11.2020)
İctimai iaşə müəssisələrində COVİD-19-la əlaqədar karantin tələblərinin tətbiqi üzrə əlaqələndirici şəxs olacaq.

BAKI, 24 noyabr - Sputnik. “Koronavirus (COVID-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 6 iyul tarixli 237 nömrəli Qərarına edilən dəyişikliyə əsasən hər bir ictimai iaşə müəssisəsi tərəfindən karantin tələblərinin tətbiqi üzrə əlaqələndirici şəxs müəyyənləşməlidir.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Nazirlər Kabinetinin qərarına dəyişiklik edilib. 

Dəyişikliyə əsasən, karantin tələbləri üzrə əlaqələndirici (məsul) şəxs funksiyaları ictimai iaşə müəssisəsinin işçilərindən birinə həvalə edilir. Bu təyinat müəssisədaxili rəsmiləşdirilməlidir.

Həmin məsul şəxs epidemiya əleyhinə mövcüd tələblərin müəssisədə tətbiqinin təşkili, bu tələblərin yerinə yetirilməsinə yerində nəzarəti həyata keçirməklə bərabər nəzarətedici dövlət qurumları ilə qarşılıqlı fəaliyyətdə əlaqələndirici olacaq, müəssisənin işçilərini təlimatlandıracaq, dezinfeksiya tədbirlərini təşkil edəcək, bu tədbirlərin müəssisədaxili qeydiyyat formaları və cədvəllərini tərtib edəcək, icrasına müəssisə daxilində nəzarət edəcək.

Məsul şəxs koronavirusla (COVID-19-la) mübarizə ilə bağlı xəbərdaredici məlumatların qonaqlara, işçi heyətə və digər əlaqəli tərəflərə çatdırılmasını təmin etməlidir. Eyni zamanda məsul şəxs bütün təmizlik və dezinfeksiya tədbirlərinin davamlı olaraq qeydiyyatının aparılması üçün gündəlik müntəzəm nəzarət formalarını, habelə keyfiyyətə nəzarət cədvəllərini tərtib etməli və onların icrasına nəzarəti həyata keçirməlidir.

0