Koronavirus testi, arxiv şəkli

Son sutkada 9 nəfər COVID-19-dan vəfat edib

42
Hazırkı dövrədək ölkəmizdə 51 min 149 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.

 

BAKI, 27 oktyabr — Sputnik. Azərbaycanda bu gün koronavirus infeksiyasına 663 yeni yoluxma faktı qeydə alınıb, 283 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 9 nəfər COVID-19-dan vəfat edib. Hazırkı dövrədək ölkəmizdə 51 min 149 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 41 min 693 nəfər müalicə olunaraq sağalıb, 688 nəfər vəfat edib. Aktiv xəstə sayı 8 768 nəfərdir. Ötən müddət ərzində 1 milyon 308 min 048 test aparılıb. Bugünkü test sayı isə 9700-dür.

42
Supermarketdə meyvə piştaxtası, arxiv şəkli

Şəkər xəstələri üçün təhlükəli olan meyvələr məlum oldu

6
(Yenilənib 10:35 30.11.2020)
Sağlam insanlar da karbohidrat qəbulunu azaltmalıdırlar. Qan şəkərinə nəzarət etmək üçün aşağı qlisemik indeksli qidalara - tərəvəz, qoz-fındıq, balıq, bəzi dənli bitkilər və s. üstünlük vermək lazımdır.

BAKI, 27 noyabr — Sputnik. Həkim-dietoloq Maykl Mosli "Express"ə müsahibəsində, II tip şəkər xəstəliyi üçün təhlükəli olan və qanda şəkəri dərhal yüksəldən meyvələrin adını açıqlayıb.

Sputnik Azərbaycan "RİA Novosti"yə istinadla xəbər verir ki, həkimin fikrincə, manqo, ananas, qovun, banan və digər şirin tropik meyvələrin tərkibində böyük ölçüdə gizlənmiş şəkər olur. Bu da şəkər xəstələrinə zərər verə bilər.

Mütəxəssis şəkər xəstələri üçün giləmeyvə, alma və armudun daha təhlükəsiz olduğunu qeyd edib:

"Sağlam insanlar da karbohidrat qəbulunu azaltmalıdırlar. Qan şəkərinə nəzarət etmək üçün aşağı qlisemik indeksli qidalara - tərəvəz, qoz-fındıq, balıq, bəzi dənli bitkilər və sairəyə üstünlük vermək lazımdır".

6
Teqlər:
armud, alma, xəstə, şəkərli diabet
Burun spreyi, arxiv şəkli

Burnunuzdan pis qoxu gəlirsə...

12
(Yenilənib 00:42 30.11.2020)
Mütəxəssisin fikrincə, burunda xoşagəlməz qoxuya sinusit, xüsusilə də vazomotor sinusit səbəb ola bilər

BAKI, 30 noyabr — Sputnik. İnsan orqanizmi xəstəliklərə müəyyən qoxularla reaksiya verir.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, həkim-otorinolarinqoloq Vladimir Zaytsev burundan pis qoxu gəlməsinin səbəblərini açıqlayıb.

Həkimin fikrincə, burundan gələn qoxu, bir qayda olaraq, yalnız burun boşluğundakı problemlərə görə deyil, həm də boğaz xəstəliklərinə görə ortaya çıxır.

"Bənzər bir simptom adenoid zamanı özünü göstərə bilər. Xüsusi bir qoxuya streptokokk florası səbəb olur", - bildirən həkim xəstələri özünümüalicədən çəkindirib.

Mütəxəssisin fikrincə, burunda xoşagəlməz qoxuya sinusit, xüsusilə də vazomotor sinusit səbəb ola bilər: "Bu zaman əsla özünümüalicəyə üstünlük verilməməlidir. Çünki irinli kütlələr beyinə daxil ola bilər. Bu da ciddi nevroloji fəsadlarla nəticələnə bilər.

Bundan başqa, burunda kənar bir cisim də xoşagəlməz qoxuya səbəb ola bilər: "Burun daxilinə xarici bir cisim düşdükdə selikli qişa alovlanmağa, mayalanmağa başlayır, yataq yarana bilər, bunun fonunda burunda xoşagəlməz qoxu əmələ gələ bilər".

12
Teqlər:
xəstəlik, pis, qoxu, burun
Bakıda yağan yağış

Bakının bu yollarında sürət həddi endirildi

0
(Yenilənib 10:53 30.11.2020)
Heydər Əliyev prospekti-Hava Limanı-Bilgəh və Zığ dairəsi-Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi endirilib

BAKI, 30 noyabr — Sputnik. Bakıda qeyri-sabit hava şəraiti ilə bağlı əsas magistral avtomobil yollarında sürət həddi azaldılıb. Bu barədə Sputnik Azərbaycan-a Bakı Nəqliyyat Agentliyinin Mətbuat katibi Mais Ağayev məlumat verib. O bildirib ki, hazırda paytaxtda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava Limanı-Bilgəh və Zığ dairəsi-Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi endirilib:

"Məqsəd hərəkətin təhlükəsizliyini təmin etməkdir. Bir daha hərəkət iştirakçılarına bu cür hava şəraitində ehtiyatlı olmağı tövsiyə edirik. Sürücülərdən yollarda sürət həddinə əməl etmələrini, meteoroloji amilləri nəzərə almalarını və digər hərəkət iştirakçılarına qarşı anlayışla davranmalarını xahiş edirik. Eyni zamanda, piyadalara yolun hərəkət hissəsinə çıxmamaq və yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmələri tövsiyə edilir".

0
Teqlər:
sürət, yol, Yağış, Bakı