CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda daha 803 yeni COVID-19-a yoluxma faktı qeydə alınıb

© AFP 2023 / PRAKASH MATHEMAОбразец мазки из носа для теста на коронавирус, фото из архива
Образец мазки из носа для теста на коронавирус, фото из архива  - Sputnik Azərbaycan
Abunə olmaq
Son sutkada 8 nəfər COVID-19-dan vəfat edib. Hazırkı dövrədək ölkəmizdə 48 min 221 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib

BAKI, 23 oktyabr — Sputnik. Azərbaycanda bu gün koronavirus infeksiyasına 803 yeni yoluxma faktı qeydə alınıb, 212 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 8 nəfər COVID-19-dan vəfat edib. Hazırkı dövrədək ölkəmizdə 48 min 221 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 40 min 831 nəfər müalicə olunaraq sağalıb, 656 nəfər vəfat edib. Aktiv xəstə sayı 6734 nəfərdir. Ötən müddət ərzində 1 milyon 270 min 144 test aparılıb. Bugünkü test sayı isə 9951-dir.

Xəbər lenti
0