Koronavirus testi, arxiv şəkli

Azərbaycanda koronavirusa ən çox qadınlar yoluxub -statistika

41
(Yenilənib 11:46 19.10.2020)
Statistikaya görə, Azərbaycan üzrə ən yüksək yoluxma Bakı şəhərinin, ən az yoluxma isə Yuxarı Qarabağ və Naxçıvanın payına düşür.

BAKI, 19 oktyabr — Sputnik. Ölkə üzrə COVID-19-a yoluxmanın statistikası açıqlanıb.

Sputnik Azərbaycan "koronavirusinfo.az" saytına istinadla xəbər verir ki, ən yüksək yoluxma Bakı şəhərinin payına düşür. Belə ki, ümumi yoluxanların 55.9 faizi Bakı şəhərində yaşayır.

Abşeronda yoluxma 14. 9 faiz, Aranda 10.4 faiz, Gəncə-Qazaxda 6.5 faiz, Lənkəranda 4.1 faiz, Quba-Xaçmazda 2.4 faiz, Şəki-Zaqatalada 2.3 faiz, Dağlıq Şirvanda 1.5 faiz, Yuxarı Qarabağda 1.0 faizdir.

Naxçıvanda yoluxma 0.09 faiz, ölkə xarici yoluxma isə 1.0 faiz təşkil edir.

Qeyd edək ki, yoluxanların 46 faizi kişilər, 54 faizi qadınlardır.

Statitikaya görə, yoluxanların 2 faizi 80 yaşından yuxarı şəxslər, 4 faizi 70-79 yaşlılar, 16 faizi 60-69 yaşlılar, 21 faizi 50-59 yaşlılar, 15 faizi 40-49, 18 faizi 30-39, 14 faizi 20-29, 6 faizi 10-19, 5 faizi isə, 0-9 yaşlılardır.

41
Teqlər:
Koronavirus, epidemiya, COVID-19
Əlaqədar
Koronavirus da öz işindədir: Azərbaycanda bir sutkada 230 nəfərdə COVID-19 aşkarlandı
Azərbaycanda koronavirus: son sutkada 128 yoluxma
Rəsmi məlumat gözləyərkən: Uşağın məktəbi də, koronavirus da, maska da əhəmiyyətini itirib
Daha 20 şagirddə koronavirus aşkarlandı
İnsan qanı dolu paketlər, arxiv şəkli

Xərçəng xəstələrinə ümid işığı: Yeni test sağ qalma şansını artıracaq

19
(Yenilənib 23:32 27.11.2020)
"Analiz Qalereyası" Amerikanın "Greil" şirkəti tərəfindən hazırlanıb. Test qanda molekulyar səviyyədə dəyişikliklər tapır və bu da xərçəngin aşkarlanmasına imkan verir.

BAKI, 28 noyabr — Sputnik. İngiltərənin Milli Səhiyyə Xidməti qandan 50 növ xərçəngin erkən əlamətlərini aşkar edən bir testi yoxlayacaq.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, "Qan Analizi Qalereyası" 165.000 xəstə üzərində test ediləcək. Əvvəlki tədqiqatlar diaqnozu çətin olan bir çox xərçəng növünü -  boyun, yumurtalıq və beyin xərçənglərini müəyyən edə bildiyini göstərmişdi.

Yeni testin effektiv olduğu sübut edilərsə, erkən mərhələlərdə xərçəng diaqnozu üçün geniş istifadə ediləcək. Bu, dördüncü mərhələdə xəstəliyin aşkarlanması halları ilə müqayisədə xəstələrin sağ qalma sürətini beş-on qat artıracaq.

"Analiz Qalereyası" Amerikanın "Greil" şirkəti tərəfindən hazırlanıb. Test qanda molekulyar səviyyədə dəyişikliklər tapır və bu da xərçəngin aşkarlanmasına imkan verir.

Milli Səhiyyə Xidməti sınaqların 2023-cü ilə qədər bitməsini planlaşdırır. Bu, 2024-2025-ci illərdə yeni qan testinin geniş yayılmasına imkan verəcək.

19
Teqlər:
İngiltərə, ABŞ, qan, test, xərçəng xəstəliyi
Tərəvəz piştaxtası, arxiv şəkli

COVID-19 xəstələrini tez sağalda bilən qidalar

51
(Yenilənib 22:58 27.11.2020)
Alimlər COVID-19-dan sağalanlar üçün pəhriz tövsiyələri hazırlayıblar. Bu tövsiyyələr C, D vitaminləri və sink ilə zəngin qidaları qəbulunu ehtiva edir

BAKI, 27 noyabr — Sputnik. Britaniya alimləri COVID-19-un müalicəsini sürətləndirən məhsulları müəyyən ediblər. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, qidaların immuniteti gücləndirməsini öyrənən araşdırmaçı Emma Derbşir və Con Delanj qida və qida əlavələrini təhlil ediblər. Araşdırmanın məqsədi COVID-19-dan sonra immuniteti bərpa edən və immuntetə yardım edən qidaları müəyyən etmək olub.

Müəlliflər tibbi qidalanmanın 65 yaşdan yuxarı insanların immunitet sisteminə təsirinə xüsusi diqqət yetiriblər.

İmmunitet sisteminin dörd komponenti var: T-limfositlər, B hüceyrələri, komplement sistemi və faqositlər. Belə ki, bu komponentlər daxil olan virus və bakteriyalara qarşı bir maneə rolunu oynayaraq vücudu infeksiyadan qoruyur.

İmmunitet anadangəlmə və adaptiv olur.

Ancaq hər iki immunitet funksiyası yaşla azalır. "İmmunitet yaşlanması"nın səbəblərindən biri də qida çatışmazlığıdır. Yaşlı insanlar bunu xüsusi immunitet qidası ilə doldurmalıdırlar. Bu, müəlliflərə görə, COVID-19 kimi ağır infeksiyalardan sonra reabilitasiya dövründə xüsusilə vacibdir.

"Zəif pəhriz, protein-enerji çatışmazlığı, vitaminlər və minerallar kimi mikroelement çatışmazlıqları suboptimal immunitet funksiyasına kömək etdiyinə dair kifayət qədər dəlil var. Bəzi pəhriz komponentləri - meyvələr, vitaminlər, antioksidantlar, minerallar və probiotiklər müqaviməti artırmağa kömək edir, tənəffüs viruslarına və xəstəliklərinə qarşı müqavimətdə əhəmiyyətli bir rol oynayır", - deyə tədqiqat müəllifləri yazırlar.

Alimlər COVID-19-dan sağalanlar üçün pəhriz tövsiyələri hazırlayıblar. Bu tövsiyyələr C, D vitaminləri və sink ilə zəngin qidaların qəbulunu ehtiva edir.

C vitamini, tənəffüs sistemi epitelisinin baryer funksiyasını gücləndirir, bu da patogenlərin inkişafını məhdudlaşdırır və alt tənəffüs yollarına enmələrinə maneə törədir.

Tədqiqatçıların fikrincə, bu, sətəlcəmin qarşısını alır. D vitamini güclü bir immunitet tənzimləyicisidir. Bəzi immun hüceyrələrin - B və T limfositlərin, makrofaqların və monositlərin səthində D vitamini reseptorları var, buna görə də bütün tənəffüs xəstəliklərində qoruyucu rol oynayır.

Müəlliflər C vitamini ilə zəngin brokkoli, qara qarağat, zənginləşdirilmiş səhər yeməyi və portağal; sink baxımından zəngin konservləşdirilmiş xərçəng, konservləşdirilmiş lobya və qaynadılmış yumurta və gündə 50 mikroqrama qədər D vitamini əlavələri qəbul etməyi məsləhət görürlər.

Tədqiqatın nəticələri göstərir ki, belə bir pəhriz saxlamaq reabilitasiya müddətini qısaldır və COVID-19-dan sağalmanı sürətləndirir.

51
Teqlər:
immunitet, vitamin, xəstəlik, xəstə, qida, Koronavirus, epidemiya, COVID-19
Mövzu:
Dünyanı cənginə almış bəla
Dağıdılmış Ağdam şəhərinə mənzərə

Diplomatik korpusun nümayəndələri Ağdama gedib

0
(Yenilənib 15:00 28.11.2020)
Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev diplomatik korpusun nümayəndələrini Ağdamda baş verənlərlə bağlı məlumatlandırıb.

BAKI, 28 noyabr — Sputnik. Diplomatik korpusun nümayəndələri, beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin rəhbərləri işğaldan azad edilən Ağdam şəhərində səfərdədir.

Sputnik Azərbaycan-ın məlumatına görə, Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev diplomatik korpusun nümayəndələrini Ağdamda baş verənlərlə bağlı məlumatlandırıb.

Diplomatlar Ağdam şəhərində Ermənistanın törətdiyi müharibə cinayətlərinin nəticələri ilə tanış olublar. Onlar burada ermənilərin 27 il ərzində törətdikləri vandalizmi öz gözləri ilə görüblər.

Məlumat verilib ki, ermənilər Ağdamda yaşayış məntəqələrini, qəbiristanlıqları, tarixi, mədəni abidələri vəhşicəsinə dağıdıblar.

Bundan əvvəl diplomatlar Tərtər şəhərində olaraq oradakı dağıntıları və mərmi qalıqlarını öz gözləri ilə görüblər.

0
Teqlər:
Qarabağ, diplomatik korpus, Ağdam, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev, Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Hikmət Hacıyev