Koronavirus testi, arxiv şəkli

Azərbaycanda virusa yoluxanların yeni statistikası açıqlandı

37
(Yenilənib 16:59 16.10.2020)
Ölkədə indiyədək ümumilikdə 43789 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 39800 nəfər müalicə olunaraq sağalıb.

BAKI, 16 oktyabr — Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 509 yeni yoluxma faktı qeydə alınıb, 129 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 43789 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 39800 nəfər müalicə olunaraq sağalıb, 621 nəfər vəfat edib, aktiv xəstə sayı 3368 nəfərdir. Ölkədə son sutka ərzində 7878, hazırkı dövrədək isə 1209802 test aparılıb.

37
Laboratoriya işçiləri, arxiv şəkli

Azərbaycanda COVID-19-a qarşı Vaksinasiya Strategiyası təsdiqlənib

3
Bu gün Azərbaycanda vaksinasiyanın yanvarın 18-də başlanacağı məlum olub. Peyvəndləmə iki mərhələdə aparılacaq.

BAKI, 16 yanvar - Sputnik. Baş Nazir Əli Əsədov “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”nı təsdiq edib.

Sputnik Azərbaycan bildirir ki, Nazirlər Kabinetinin saytında dərc olunmuş sənədə görə, Strategiyanın Tədbirlər Planında nəzərdə tutulmuş icraçı orqanlar (qurumlar) zəruri tədbirlərin müəyyən edilmiş müddətlərdə yerinə yetirilməsini təmin etməli və işlərin gedişatı barədə məlumatları mütəmadi olaraq Nazirlər Kabinetinə təqdim etməlidirlər.
Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Qeyd edək ki, bu gün Azərbaycanda vaksinasiyanın yanvarın 18-də başlanacağı məlum olub. Peyvəndləmə iki mərhələdə aparılacaq. Öncə səhiyyə işçiləri və 65 yaşdan yuxarı şəxslər, hüquq-mühafizə orqanları tərəfindən əks-epidemik tədbirlərə cəlb olunan heyət; ikinci mərhələdə isə tibbi cəhətdən yüksək risk qrupu; 50 yaş və daha yuxarı, ən az bir xroniki xəstəliyi olan şəxslər; təhsil və sosial sektorda çalışanlar, sosial müəssisələrdə daimi yaşayanlar və digərləri vaksinasiya olunacaqlar.

 

3
Teqlər:
Nazirlər Kabineti, strategiya, vaksinasiya, vaksin, Koronavirus, epidemiya, COVID-19
Mövzu:
Azərbaycanda COVID-19 əleyhinə vaksinasiya
Mayk Pompeo, arxiv şəkli

Pompeodan dünyanı çalxalayacaq bəyanat

14
(Yenilənib 22:17 16.01.2021)
Pompeo qeyd edib ki, hələ 2019-cu ilin yayında Uhanın virusologiya institutunda bir neçə əməkdaş koronavirusa bənzəyən xəstəliyə yoluxub

BAKI, 16 yanvar - Sputnik. ABŞ-ın Dövlət katibi Mayk Pompeo koronavirusun Çinin dövlət laboratoriyalarında hazırlandığını təsdiq edən sənəd yayıb.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Dövlət Departamentinin saytındakı yazılı bəyanatda deyilir. 

"Bu həftə Çinə gələn ÜST-ün istintaq qrupunun həyati vacib fəaliyyətinə kömək etmək üçün Amerika Birləşmiş Ştatlarının hökuməti bu gün Çinin dövlət laboratoriyalarının 2019-cu ildəki fəaliyyəti barədə yeni informasiyanı paylaşır", - bəyanatda deyilir.

Pompeo qeyd edib ki, hələ 2019-cu ilin payızında Uhanın virusologiya institutunda bir neçə əməkdaş koronavirusa bənzəyən xəstəliyə yoluxub. 

Dövlət katibi həmçinin bildirib ki, yarasaların RaTG13 koronavirusu SARS-CoV-19 ilə 96% identikdir.

Xatırladaq ki, pandemiya başlayandan dünyada 94 milyon insan koronavirusa yoluxub, 2 milyondan çox insan COVID-19 xəstəliyindən dünasını dəyişib.

14
Teqlər:
Mayk Pompeo, ABŞ, laboratoriya, Çin, Uhan, Koronavirus, epidemiya, COVID-19
Mövzu:
Yeni tip koronavirus pandemiyası