Xəstəxana, arxiv şəkli

Yoluxmaların artmasının səbəbi açıqlandı - TƏBİB

85
(Yenilənib 15:22 14.10.2020)
"Yeni ocaqlar daha çox ailə, müəssisə daxilində olur. Yeni yaranan ocaqların üzərinə düşüb, onu ləğv etməyə çalışırıq"

BAKI, 14 oktyabr — Sputnik. "Yeni yoluxma hadisələri bizi narahat edir. Məsələn, Şəkidə yay aylarında çox yoluxma olmamışdı. Sakit regionlarımızdan idi".

Sputnik Azərbaycan-ın məlumatına görə, bu fikirləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva deyib. Onun sözlərinə görə, Şəkidə və Sabirabaddakı yeni yoluxma ocaqlarının yaranmasını mövsümlə əlaqələndirmək olmaz: "Çünki havalar ciddi şəkildə soyumayıb, temperatur normal olaraq davam edir. Yeni ocaqlar daha çox ailə, müəssisə daxilində olur. Yeni yaranan ocaqların üzərinə düşüb, onu ləğv etməyə çalışırıq".

85
Teqlər:
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi, Azərbaycan, yoluxma, Koronavirus, epidemiya, COVID-19
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər (318)
Əlaqədar
Azərbaycanda koronavirusa yoluxma kəskin artdı
Həkimlər dünyada bir ilki qeydə aldılar: COVID-19-a təkrar yoluxan qadın öldü
Bill Qeyts koronavirusa qalib gəlməyin yeganə yolunu açıqladı
Epidemik vəziyyət gərginləşməkdədir - TƏBİB
İsraildə hər dərdin çarəsi var: Cəmi otuz saniyəyə...
Koronavirus testi, arxiv şəkli

Azərbaycanda koronavirusa yeni yoluxanların sayında ciddi artım var

20
Son sutkada Azərbaycanda koronavirusa 988 yeni yoluxma faktı qeydə alınıb, 11 nəfər isə bu xəstəlikdən vəfat edib.

BAKI, 28 oktyabr — Sputnik.Azərbaycanda bu gün koronavirus infeksiyasına 988 yeni yoluxma faktı qeydə alınıb, 340 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 11 nəfər COVID-19-dan vəfat edib. Hazırkı dövrədək ölkəmizdə 52 min 137 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 42 min 033 nəfər müalicə olunaraq sağalıb, 699 nəfər vəfat edib. Aktiv xəstə sayı 9405 nəfərdir. Ötən müddət ərzində 1 milyon 319 min 474 test aparılıb. Bugünkü test sayı isə 11426-dır.

20
Teqlər:
Koronavirus, epidemiya, COVID-19
Əlaqədar
Alimlər koronavirus zamanı karantin rejiminin tətbiq olunmasına qarşı çıxdılar
Daha 20 şagirddə koronavirus aşkarlandı
Azərbaycanda koronavirus xəstəsi yaşayış yerini icazəsiz tərk etdi
Koronavirus daha tez öldürməyə başlayıb
Koronavirus da öz işindədir: Azərbaycanda bir sutkada 230 nəfərdə COVID-19 aşkarlandı
Qoca erməni

Astronomik rəqəmlər - Ermənistanda yoluxanların sayı artır

31
(Yenilənib 13:19 28.10.2020)
Ümumilikdə bu virusdan ölənlərin sayı 1243-ə çatıb. Xəstəlikdən sağalanların sayı 52508 nəfər olub. Hazırda bu ölkədə 28548 nəfər xəstəxanada müalicə alır.

BAKI, 28 oktyabr — Sputnik. Ermənistanda koronavirusa yoluxanların sayı 82651-ə çatıb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzinin yaydığı məlumatda bildirilib.

Məlumatda qeyd olunub ki, bir gündə bu virusa yoluxanların sayı daha 2241 nəfər artıb.

Ermənistanda son gündə daha 21 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 1243-ə çatıb. Xəstəlikdən sağalanların sayı 52508 nəfər olub. Hazırda bu ölkədə 28548 nəfər xəstəxanada müalicə alır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 44 milyonu keçib, 1,17 milyondan çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

31

Diplomatik korpusların nümayəndələri Bərdə Tərtərə gedir

0
(Yenilənib 09:47 29.10.2020)
Oktyabrın 28-də saat 13 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalarından istifadə edilməklə zərbələr endirilib.

BAKI, 29 oktyabr - Sputnik. “Ermənistanın günahsız mülki şəxslərə qarşı qəsdən hazırladığı hərbi cinayətləri beynəlxalq media və diplomatik korpuslara göstərmək üçün Bərdə və Tərtərə gedirik”.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tvitterdə yazıb.

“Ermənistanın siyasi-hərbi rəhbərliyinin cinayətlərini yerindəcə görəcəklər. Bizim diplomatik korpusumuza canı yanma üçün təşəkkür edirik!”

Oktyabrın 28-də saat 13 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalarından istifadə edilməklə zərbələr endirilib.

0