Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Koronavirusa yoluxanların sayı yenidən artdı

© AFP 2023 / OSCAR DEL POZOТест на коронавирус, фото из архива
Тест на коронавирус, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Ötən müddət ərzində 1 milyon 187 min 136 test aparılıb. Bugünkü test sayı isə 6 865-dir. Aktiv xəstə sayı 2 301 nəfərdir.

BAKI, 13 oktyabr — Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 277 yeni yoluxma faktı qeydə alınıb, 64 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, bu gün COVID-19-dan 3 ölüm faktı qeydə alınıb.

Hazırkı dövrədək ölkəmizdə 42 min 381 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 39 min 468 nəfər müalicə olunaraq sağalıb, 612 nəfər vəfat edib. Aktiv xəstə sayı 2 301 nəfərdir. Ötən müddət ərzində 1 milyon 187 min 136 test aparılıb. Bugünkü test sayı isə 6 865-dir.

Xəbər lenti
0